Icma.az
close
up
RU
“Qəbələ İdman Paytaxtı 2025”in açılış mərasimi olub AZƏRTAC

“Qəbələ İdman Paytaxtı 2025”in açılış mərasimi olub AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Qəbələ, 16 yanvar, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qəbələ - İdman Paytaxtı 2025”in açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan tədbir müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradı ilə başlayıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin və Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.

Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abbasova Qəbələnin bu şərəfli işi layiqincə yerinə yetirəcəyinə əminliyini bildirib. O, 2024-cü il üçün Azərbaycanın “İdman paytaxtı” seçilmiş Qubanın il ərzində gördüyü işlərdən, əldə etdiyi nailiyyətlərdən bəhs edib.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova qeyd edib ki, əsas məqsəd Qubanın təcrübəsindən istifadə etməklə əhali arasında idmana marağı artırmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Qəbələnin bu il keçiriləcək MDB Oyunları üçün “Gənclər paytaxtı” seçildiyini xatırladan Ə.Osmanova bu regionun belə möhtəşəm layihədə yer almasının sevindirici hal olduğunu vurğulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov Qəbələdən olan idmançıların çoxluq təşkil etdiyini, onların gələcəkdə Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edəcəklərinə inandığını deyib. O, “İdman paytaxtı” çərçivəsində il ərzində Qəbələ şəhərində bir çox yarış və tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. Nazir görüləcək işlərin çox olduğunu, lakin Qəbələnin bu missiyanı uğurla yerinə yetirəcəyini, yaxşı nəticələr əldə olunacağını söyləyib.

Rəsmi çıxışlardan sonra F.Qayıbov idman paytaxtının rəmzi açarını Ətayə Osmanova təhvil verib. Daha sonra “Qəbələ - İdman Paytaxtı 2025”in maskotu “Marşal” ictimaiyyətə təqdim olunub.

2024-cü ilin idman səfirləri seçilən bədii gimnastika üzrə millinin keçmiş üzvü Aliyə Paşayeva, veteran futbolçu İlqar Qurbanov, sabiq cüdoçu Orxan Səfərov və milli idman növləri üzrə məşqçi Xəyyam Orucov da çıxış ediblər. Onlar Azərbaycan bayrağı altında çıxış edən bütün idmançılara uğurlar və yeni-yeni qələbələr arzulayıblar.

Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növlərini təmsil edən atletlər musiqi sədaları altında məharətlərini nümayiş etdiriblər. Sonda konsert proqramı təşkil olunub.

Qeyd edək ki, Qəbələ şəhəri 2023-cü il dekabrın 7-də Gənclər və İdman Nazirliyi Kollegiya iclasında keçirilmiş səsvermə nəticəsində 2025-ci il üçün Azərbaycanın “İdman paytaxtı” seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Yanvar 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri