Qəbələ MDB nin 2025 ci il üçün Gənclər Paytaxtı beynəlxalq proqramının açılış mərasimi keçirilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 2 iyul, AZƏRTAC
Qəbələ şəhərində "Qəbələ - MDB-nin 2025-ci il üçün Gənclər Paytaxtı" beynəlxalq proqramının açılış mərasimi keçirilib.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra “Qəbələ – Gənclərin Paytaxtı” haqqında videoçarx nümayiş olunub.
Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, MDB Gənclər Şurasının rəhbəri Tatyana Kovaleva və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış ediblər. Şəhərin “MDB Gənclər Paytaxtı” statusunu təsdiqləyən sertifikat icra başçısı Səbuhi Abdullayevə təqdim olunub. Ardınca "Qəbələ - MDB-nin 2025-ci il üçün Gənclər Paytaxtı" loqosu nümayiş etdirilib.
Sonra tədbir Emiliya Yaqubova, muğam kvarteti, Mətin və Rilayanın ifasında konsert proqramı ilə davam edib.
Qeyd edək ki, 2023-cü ildə MDB Hökumət Başçıları Şurasının Daşkənddə keçirilən iclasında Qəbələ şəhəri 2025-ci ildə MDB-nin "Gənclər Paytaxtı" elan olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 02 İyul 2025 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















