Icma.az
close
up
RU
Qəbələ ilə Əbu Dabi arasında birbaşa reyslər açıldı Fotolar

Qəbələ ilə Əbu Dabi arasında birbaşa reyslər açıldı Fotolar

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəbələ Beynəlxalq Hava Limanı Birləşmiş Ərəb Əmirliklərinin ultra aşağı büdcəli milli aviadaşıyıcısı “Wizz Air Abu Dhabi”nin Əbu-Dabi–Qəbələ marşrutu üzrə ilk birbaşa reysini qarşılayıb.

“Qafqazinfo” xəbər verir ki, bu marşrut Qəbələni “WIZZ Air”in marşrut xəritəsində Bakıdan sonra Azərbaycanın ikinci təyinat nöqtəsinə çevirir və ölkənin regional aviasiya infrastrukturunun gücləndirilməsi baxımından əhəmiyyətli bir mərhələ sayılır.

Yeni marşrut Azərbaycanın şimal-qərb bölgəsini Yaxın Şərqin aparıcı aviasiya qovşaqlarından biri ilə birləşdirir və həm turizm, həm də biznes səfərləri üçün sərfəli və birbaşa səyahət imkanları yaradır. Reyslər həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Bir istiqamət üzrə biletlərin qiyməti 24,99 ABŞ dollarından başlayır. Aviabiletləri artıq wizzair.com saytında və WIZZ mobil tətbiqində əldə etmək mümkündür.

İlk reysin başlanması münasibətilə “Wizz Air Abu Dhabi” bu gün bron edilmiş bütün biletlərə 20%-ə qədər xüsusi endirim təklif edir.

“Əbu-Dabi və Qəbələ arasında birbaşa uçuşların başlaması Azərbaycanın regionlarının beynəlxalq nəqliyyat və logistika dəhlizlərinə inteqrasiyası istiqamətində strateji əhəmiyyətə malikdir. Bu uçuş təkcə Qəbələnin qlobal aviasiya xəritəsindəki mövqeyini gücləndirmir, həm də ölkəmizin şimal-qərb regionunun turizm, investisiya və logistika potensialının artırılmasına xidmət edir. Bu marşrutu beynəlxalq hava nəqliyyatının inkişafına dair regional strategiyanın tərkib hissəsi, həmçinin Azərbaycanın Avrasiyanın mərkəzində yerləşən dinamik nəqliyyat qovşağı kimi mövqeyinin gücləndirilməsinə xidmət edən geniş miqyaslı inkişaf konsepsiyasının bir elementi kimi dəyərləndiririk,” -  Azərbaycan Hava Limanlarının Əməliyyatlar üzrə direktoru Teymur Həsənov bildirib.

“Bu gün biz WIZZ-in sərfəli səyahətlər xəritəsinə Qəbələni əlavə edərək bu istiqamətə reyslərə başladığımızı qeyd edirik,” - “Wizz Air” şirkətinin kommersiya direktoru Tamara Vallois deyib.

“Birbaşa kommersiya reyslərinin işə düşməsi bölgədə turizmin və iqtisadi inkişafın sürətlənməsi üçün yeni imkanlar yaradır. “Wizz Air Abu Dhabi”nin sərfəli qiymətləri sayəsində Azərbaycanın şimal bölgələrinin sakinləri artıq Əbu-dabinin rəngarəng mədəniyyəti və zəngin irsini kəşf etmək üçün sürətli və rahat imkana malikdirlər. Eyni zamanda, Əbu-Dabidən gələn sərnişinlər bu bölgənin unikal mənzərələrindən və təbiət gözəlliklərindən ilboyu yararlana biləcəklər. Birbaşa hava əlaqəsini qeyd etmək məqsədilə biz bu günə xüsusi 20%-dək endirim təklif edirik. Şəbəkəmizi genişləndirməyə və sərfəli səyahət imkanları təqdim etməyə sadiq qalırıq, eyni zamanda Əbu-Dabinin unikal qlobal istiqamətlərə çıxış qapısı rolunu daha da gücləndiririk”, - o bildirib.

Yeni marşrut təkcə ölkələr arasında əlaqəni gücləndirmir, həm də mədəni mübadilə, ikitərəfli turizm, iqtisadi əlaqələr və tranzit imkanlarını təşviq edir. 

Əbu-Dabi haqqında

Əbu-Dabi - Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı - ziyarətçilərə irsi, innovasiyanı və dünya səviyyəli görməli yerləri bir arada təqdim edir. Şəhər Şeyx Zayed Məscidi, Luvr Əbu-Dabi kimi memarlıq və mədəniyyət inciləri ilə, eləcə də Ferrari World, Warner Bros. World və Yas Waterworld kimi əyləncə mərkəzləri ilə məşhurdur. Qonaqlar Korniş sahilində dincələ, manqrov meşələrində qayıqla gəzə, ya da lüks ticarət mərkəzlərində və ənənəvi bazarlarda alış-veriş edə bilərlər. Əbu-Dabi sənət, təbiət, ailəvi istirahət və kosmopolit enerjini özündə birləşdirən unikal təcrübə təqdim edir.

Qəbələ haqqında

Qəbələ - Azərbaycanın ən mənzərəli və mədəni baxımdan zəngin bölgələrindən biridir. Ölkənin şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən bu şəhər dağ mənzərələri, qədim arxeoloji abidələri və bütün ilboyu davam edən turizm potensialı ilə tanınır. Bölgədə lavanda tarlaları, yürüş və velosiped marşrutları, xizək mərkəzləri, gastronomik festivallar və məşhur Tufandağ Turizm Kompleksi yerləşir. Qəbələ ekoturizm, mədəniyyət və aktiv istirahət üçün inkişaf edən mərkəz kimi təbiət, irs və qonaqpərvərliyi sevən səyahətçiləri qarşılayır.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 İyun 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri