Icma.az
close
up
RU
“Qəbələ” mərhəmət istədi, PFL acı cavab verdi klub bu səhvə görə bədəl ödəyəcək!

“Qəbələ” mərhəmət istədi, PFL acı cavab verdi klub bu səhvə görə bədəl ödəyəcək!

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı İctimai TV-də yayımlanan "OffTop" verilişində maraqlı məlumat paylaşıb:

“Premyer-liqadan 1-ci liqaya düşməzdən əvvəl PFL-ə 110 min manat borcumuz qalıb. AFFA bizə 700 min manat dəstək göstərdi. Biz də PFL-dən ötən il nə qədər xahiş etdik ki, bizə pul vermirsiz, heç olmasa, siz də bu 110 mini silin. Amma silmədilər”.

Klub rəsmisi borcun cərimələrdən və legioner rüsumlarından yarandığını açıqlayıb:

"Ertələməyə də razı deyildilər, birtəhər razı saldıq. Bəlkə də dostlar məndən inciyəcək, amma açıqlamalıyam. 110 min manatın 50 min manatı 13-cü legioner sifarişinə görə idi. 2023/24 mövsümünün son oyunlarında gənc oyunçularımız debüt etməyə başladılar. Əvəzedici heyətdə olan gənclərin adını da sifariş vərəqəsinə yazdırdıq ki, o ab-havanı hiss etsinlər. Onsuz da premyer-liqadan düşürük, ən azı onlara təcrübə olsun. Bu zaman gənclərdən biri – Elnur İbrahimov Rusiya vətəndaşı olsa da, fərqində olmamışıq. Komandanın meneceri də Elnur adını görüb və siyahıda başqaları kimi onun da yerli olduğunu düşünərək “okey” verib. Həmin futbolçu bir oyun ehtiyatda oldu. Hazırda həmin futbolçu heç bizim komandada da deyil, deyəsən, futbolu buraxıb. Belə səhv nəticəsində böyük məbləğdə ziyana düşdük”.


İdman direktoru bu problemə görə PFL-ə üz tutsalar belə, onlara heç bir güzəşt edilmədiyini vurğulayıb:

“12 legionerimiz olduğundan, bunu da 13-cü kimi nəzərə alan PFL bizi 50 min manat cərimələdi. Düzdü, bizim səhvimizdi, amma bu formada baş verib. Dedik siz də bilirsiz ki, təsadüfi olub. Müraciət etdik ki, 110 mini keçmirsiz, ən azı 50 mini silin. Lap siz də, biz də açıqlama verək ki, belə bir səhv olub. Kimsə etiraz edərsə də, belə başa salmaq olar. İlin-günün bu vaxtı heç nədən 50 min zərərə düşdük. Ötən il iki avtobusumuzu satıb akademiyaya xərcləmişik. Bu yandan isə nəyə görəsə 50 min manat cərimə ödəməliyik. Haqlı qərardı, amma nəyəsə görə keçmək olardı”.

Bu məsələ ilə bağlı PFL-in Media və marketinq direktoru Sənan Abdullayevin mövqeyini öyrəndik:

“Üzvlük haqqı ilə bağlı əvvəllər çox boşluqlar var idi. 2022-ci ildə Elxan Səmədov prezident seçiləndən sonra klublara bildirildi ki, əvvəlki borclarınız silinir. Amma xahiş edirik, bundan sonra diqqətli olun. Bu, təkcə “Qəbələ”yə aid məsələ deyildi. Əksər klubların borcu var idi. Hər dəfə güzəşt edilərsə, AFFA İcraiyyə Komitəsinin rüsumlarla bağlı qəbul etdiyi qərarın heç bir mənası qalmır. Ümumilikdə ən çox borcu silinən klub “Qəbələ”di. Təəssüf ki, bu barədə danışmayıblar və bu da yumşaq desək, səmimiyyəti şübhə altına alır. İndiki borc məbləğini isə silinmədən sonra yığıblar. Bununla yanaşı, “Qəbələ” klubuna dəfələrlə güzəşt məktubu və borcunu ödəməsi üçün möhlət verilib. Elnur İbrahimov adlı futbolçuya gəlincə, Rusiya vətəndaşı olan futbolçu - başqa sözlə, legioner niyə ehtiyatda oturulur ki? Klubda legionerlə yerlinin fərqləndirilə bilməməsi də artıq başqa reallıqdı”.

MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 İyul 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri