Icma.az
close
up
RU
“Qəbələ” Premyer Liqada da iddialı olacaq” Elvin Yunuszadə

“Qəbələ” Premyer Liqada da iddialı olacaq” Elvin Yunuszadə

Icma.az bildirir, Qol.az portalına istinadən.

“Bizim üçün də çətin oyunlar olur. Premyer Liqa ilə 1-ci liqadakı futbol tam fərqlidir. Bizə çox xoşdur ki, əsas vəzifələrimizdən birini yerinə yetirdik. Deyə bilərik ki, “Qəbələ” layiq olduğu yerə çatdı”.

Bu sözləri QOL.az saytına açıqlamasında “Qəbələ”nin futbolçusu Elvin Yunuszadə deyib.

Azərbaycan millisinin sabiq üzvü mövsümün sonuna 7 tur qalmış Premyer Liqaya vəsiqə qazanan komandası üçün hər şeyin heç də asan başa gəlmədiyini bildirib: “Bu liqada hər oyun çətindir. Deməzdim ki, 1-ci liqanın səviyyəsi aşağıdır. Həqiqətən də 1-ci liqada yaxşı futbolçular var. Sadəcə, bizim işə yanaşmamız, düzgün analizlərimiz öz təsirini göstərdi. Təbii ki, uğur işə yanaşmadan başlayır. Klubda da gərək işlər düzgün qurulsun. “Qəbələ” bu sarıdan həmişə öndə gedənlərdən olub”. 
Bölgə klubunda maddi cəhətdən heç bir problemlə üzləşmədiyini deyən 32 yaşlı müdafiəçi mövsümün sonunda mükafatlandırılacaqlarına da inanır: “Məncə, idmançı üçün ən birinci motivasiya elə çempion olmaqdır. Yəni bu haqda düşünməkdir. Çempionluq ən böyük pul mükafatından da önəmlidir. Təbii ki, bonuslar da olacaq. Çünki bu, bizim işimizdir, komandada hamı ailəsini dolandırmalıdır. Uğurun həmişə mükafatı olur. “Qəbələ” də elə bir klubdur ki, heç vaxt hansısa nailiyyəti mükafatsız qoymaz. 

“Qəbələ”də maddi tərəfdən heç bir problem yoxdur. Hər şey vaxtında olur. Rəhbərlik də bu cür məsələlərə çox diqqət edir. Doğrudan da heç vaxt futbolçunu mükafatsız qoymurlar. Əslində çempionluğa oynayan komandada bunlar əsas şərtlərdəndir”. 

E.Yunuszadə qeyd edib ki, Premyer Liqaya vəsiqə qazanmaq onları arxayınlaşdıra bilməz: “Bizim mövsümün əvvəlindən qarşımıza qoyduğumuz əsas məqsəd çempion olmaqdır. Hər şeydən əvvəl komandanın düzgün oyunu olmalıdır. İşlər elə qurulmalıdır ki, uğurlar ardıcıl gəlsin. Yəni biz təkcə bu mövsümü düşünməməliyik. Ona görə də hər hansı bir nailiyyət bizi arxayın edə bilməz. Premyer Liqaya vəsiqə qazanmışıq, amma çempion olmaq da əsas hədəfimizdir”. 

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu “Qəbələ”nin Premyer Liqada da iddialı olacağını vurğulayıb: “Qəbələ” Azərbaycanın böyük klublarından biridir.Ona görə də hamının gözləntisi odur ki, komanda yaxşı yerlər üçün oynasın. Premyer Liqamızda da dəyişikliklər olacaq, yeni komandalar mübarizəyə qoşulacaq. Ona görə də necə olcağını bilmək üçün bir az zaman lazımdır. Amma əlbəttə ki, “Qəbələ” yenə iddialı olacaq və ən yaxşı yerlər üçün mübarizə aparacaq".

2024-cü ilin yayından “Qəbələ”də çıxış edən futbolçunun “qırmızı-qaralar”la müqaviləsi mövsümün sonunda baş çatır. O, bundan sonra da "Qəbələ"də çıxış etmək istəyində olduğunu, ancaq hələlik müqavilə ilə bağlı danışıqların aparılmadığını deyib: “Hələ ki, əsas məsələ çempionluğu təmin etməkdir. Qarşımıza qoyulan məqsədə çataq, sonra bu haqda danışmaq olar. Yəqin ki, hər şey yaxşı olar. Əlbəttə ki, mənim üçün “Qəbələ”də hər şey yaxşıdır. Futbolçu üçün “Qəbələ”də hər şey var. Məsləhət olsa, niyə də komandada qalmayım? Bir yerdə Premyer Liqaya qalxmışıqsa, bundan sonra “Qəbələ” kimi komandada oynamaq mənim üçün xoş olar”.

Ramiq Ağaməmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://qol.az
archiveBu xəbər 08 Aprel 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri