Icma.az
close
up
RU
Qəbələ sammiti: Türk dünyasının yeni təhlükəsizlik xəritəsi formalaşır ŞƏRH

Qəbələ sammiti: Türk dünyasının yeni təhlükəsizlik xəritəsi formalaşır ŞƏRH

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

2009-cu ildə Naxçıvanda əsası qoyulan Türk Dövlətləri Təşkilatı (TDT) bu gün təkcə mədəni və iqtisadi əməkdaşlıq platforması deyil, eyni zamanda geosiyasi sabitliyin təminatçısı rolunda çıxış edir.

Qəbələdə keçirilən sammitin əsas mövzusu olan “Regional sülh və təhlükəsizlik” ifadəsi, əslində, türk dövlətlərinin qarşısında duran yeni çağırışların mahiyyətini açır. Dünyanın müxtəlif regionlarında artan müharibə riskləri, enerji və nəqliyyat xətlərinin təhlükəsizliyi, eləcə də böyük güclər arasında toqquşmalar fonunda TDT artıq daha ciddi strateji funksiyaya sahib olur.

Türk dövlətlərinin Qəbələdə bir araya gəlməsi həm simvolik, həm də siyasi baxımdan önəmlidir. Simvolikdir, çünki bu görüş Azərbaycan torpağında - türk dünyasının mərkəzi coğrafi qovşağında keçirilir. Siyasi baxımdan isə sammit Türk Dövlətləri Təşkilatının təkcə iqtisadi layihələr üzərində deyil, sülh və təhlükəsizlik mexanizmlərinin qurulması istiqamətində də dərinləşdiyini göstərir. Bu istiqamətdə birgə hərbi təlimlərin keçirilməsi, ortaq müdafiə sənayesi layihələrinin hazırlanması və informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə mövzularına daxildir.

Qərb ölkələrinin, xüsusilə ABŞ və Avropa İttifaqının TDT-yə münasibəti müsbətdir. Vaşinqton və Brüssel türk dövlətləri arasında inteqrasiyanın regionda sabitlik və iqtisadi açılımlar yaradacağını düşünür. Bu, həm də Qərbin Rusiya və Çinlə rəqabətində Orta Asiya istiqamətində yeni tərəfdaşlıq modeli formalaşdırmaq istəyi ilə bağlıdır. Zəngəzur dəhlizinin reallaşması bu baxımdan xüsusi əhəmiyyət daşıyır - bu marşrut həm türk dünyasını birləşdirəcək, həm də Qərb üçün alternativ enerji və ticarət yoluna çevriləcək.

Bununla yanaşı, Rusiya, Çin və İran TDT-nin artan gücünü ehtiyatla izləyirlər. Bu dövlətlər təşkilatın birliyini öz təsir dairələrinə qarşı potensial alternativ kimi görürlər. Halbuki, Türk Dövlətləri Təşkilatı heç bir ölkəyə qarşı yönəlmir, əksinə, qarşılıqlı inteqrasiyanı və regional əməkdaşlığı gücləndirməyi hədəfləyir. Bu model üzv ölkələrin müstəqil inkişafını sürətləndirir və xarici asılılıqları azaldır.

Qəbələdə keçirilən sammit həm də Türk dünyasının yeni mərhələyə keçidinin göstəricisidir. Burada yalnız iqtisadi məsələlər deyil, regional sabitlik, enerji təhlükəsizliyi, müdafiə əməkdaşlığı və informasiya mübarizəsi kimi qlobal mövzular müzakirə olunacaq. Şimali Kipr Türk Respublikasının sammitdə iştirakı isə türk birliyinin coğrafi və siyasi miqyasının genişləndiyini göstərir.

Ümumilikdə, Qəbələ sammiti türk dövlətlərinin gələcək onillikdə regional və beynəlxalq sistemdə daha fəal rol oynayacağının göstəricisidir. TDT-nin güclənməsi, təkcə üzv ölkələr üçün deyil, bütövlükdə Avrasiya məkanında sülh, təhlükəsizlik və qarşılıqlı etimad üçün yeni bir strateji dayağın formalaşması deməkdir.

Züriyə Qarayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Oktyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri