Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Qəbələ zirvəsi və Azərbaycanın liderlik rolu

Qəbələ zirvəsi və Azərbaycanın liderlik rolu

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

2025-ci il oktyabrın 7-də Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü, Türk dünyasının həmrəyliyini, strateji gücünü və gələcək inkişaf istiqamətlərini bir daha nümayiş etdirdi. Bu zirvə görüşü yalnız rəsmi bir toplantı olmaqla qalmadı, həm də Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyası üçün mühüm platforma rolunu oynadı. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı bu baxımdan xüsusi əhəmiyyət kəsb etdi, çünki o, yalnız Azərbaycanın mövqeyini deyil, bütövlükdə türk coğrafiyasının geosiyasi perspektivlərini də dəqiq və məqsədyönlü şəkildə ortaya qoydu. Zirvə görüşü zamanı iki əsas istiqamət xüsusi diqqət mərkəzində idi: birincisi, Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə ciddi geosiyasi mərkəz kimi formalaşması, ikincisi isə Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin regionda dayanıqlı sabitliyin təminatçısı kimi rolu. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında mühüm geosiyasi aktor kimi tanınır və onun fəaliyyətinin hər bir istiqaməti regionda balanslı güc nisbətinin formalaşmasına xidmət edir. Bu, yalnız formal üzvlük deyil, eyni zamanda real siyasi, iqtisadi və strateji təsirin göstəricisidir. Qəbələ Zirvəsi bu prosesin yeni mərhələsini simvolizə edir və göstərir ki, türk dövlətləri yalnız mədəni və mənəvi birliyin təmsilçisi deyil, həm də iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik və diplomatik sahələrdə ortaq strategiyaların formalaşdırıcısıdır. Bu inteqrasiya türk dünyasının beynəlxalq sistemdə daha təsirli, müstəqil və balanslı mövqeyini təmin edir. Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, təşkilatın son illərdəki dinamik fəaliyyəti, beynəlxalq arenada qazandığı nüfuz və təşəbbüskar rolu onun real güc mərkəzinə çevrildiyini sübut edir. Bu, Türk dünyasının əməkdaşlığının yalnız regional deyil, qlobal səviyyədə də yeni güc balansının yaranmasına səbəb olduğunu göstərir. Qəbələ Zirvəsində müzakirə olunan mövzular – iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, kommunikasiya və müdafiə sahəsində inteqrasiya – bu strateji prosesin təməlini möhkəmləndirir. Azərbaycan, təşəbbüskar rolu ilə, nəqliyyat-kommunikasiya dəhlizlərinin inkişafı, enerji resurslarının şaxələndirilməsi və humanitar əməkdaşlıq sahələrində bir çox layihələrin reallaşmasını təmin edir. Bu layihələr təkcə iqtisadi inteqrasiyanı deyil, həm də regional təhlükəsizlik, sabitlik və qarşılıqlı etimadın möhkəmlənməsini təmin edir. Azərbaycanın türk dünyasındakı liderlik rolu bir daha təsdiqləndi. Bakı, türk dünyasının birliyi üçün konkret layihələr təqdim edən, iqtisadi və humanitar körpülər quran və siyasi dialoqun əsas dayağına çevrilmiş şəhər kimi çıxış edir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın təşkilatın Katibliyinə ayırdığı 2 milyon ABŞ dolları məbləğində ianəni də qeyd etdi. Bu, Azərbaycanın türk dünyasına səmimi dəstəyinin, həmrəyliyə verdiyi dəyərin bariz göstəricisidir. Zirvə görüşünün ikinci əsas mövzusu Azərbaycanın sülh və təhlükəsizlik siyasəti idi. Dövlət başçısı vurğuladı ki, sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Təhlükəsizlik təmin edilmədən nə iqtisadi artım, nə sosial rifah, nə də beynəlxalq əməkdaşlıq mümkün deyil. Azərbaycanın həyata keçirdiyi siyasət bu həqiqətin parlaq nümunəsidir. Müzəffər Vətən müharibəsindən sonra regionda formalaşan yeni reallıqlar Azərbaycanın sülh gündəliyinin uzaqgörən və praqmatik olduğunu bir daha göstərdi.

Prezident İlham Əliyev Qəbələdə bildirdi ki, atılan bütün addımlar Azərbaycanın sülhə, sabitliyə və qarşılıqlı etimadın möhkəmlənməsinə sadiqliyini təsdiqləyir. Azərbaycanın sülh təşəbbüsləri yalnız region daxilində deyil, Türk Dövlətləri Təşkilatı çərçivəsində də dayanıqlı əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Təhlükəsizlik olmadan inkişaf mümkün deyil, sabitlik olmadan isə iqtisadi tərəqqi davamlı ola bilməz. Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün təminatıdır. Azərbaycan Ordusunun gücü və dövlətin müstəqil siyasəti sülhün ən etibarlı təminatçısına çevrilib. Azərbaycan sülh gündəliyini regional əməkdaşlıq layihələri ilə dəstəkləyir – bu, nəqliyyat dəhlizləri, enerji ixracı, humanitar və təhsil təşəbbüsləri ilə birbaşa əlaqəlidir. Zəngəzur dəhlizinin açılması isə Türk dünyasının birləşməsi üçün tarixi əhəmiyyət kəsb edir. Bu dəhliz yalnız iqtisadi deyil, həm də strateji və mədəni dəyərlərə malikdir. Dəhliz türk xalqlarını fiziki olaraq birləşdirəcək və inteqrasiyanı daha dərin səviyyəyə daşıyacaq. Bu isə gələcəkdə regional əməkdaşlıq, qarşılıqlı iqtisadi fayda və mədəniyyətlərarası əlaqələrin genişlənməsi üçün yeni imkanlar açacaq.

Qəbələ Zirvə Görüşü, Türk dünyasının gələcək inkişaf xəritəsində Azərbaycan Prezidentinin baxışlarının strateji və məqsədyönlü olduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışında vurğulanan iki əsas istiqamət – Türk Dövlətləri Təşkilatının qlobal geosiyasi güc mərkəzinə çevrilməsi və Azərbaycanın sülh gündəliyinin regionda sabitlik yaradan əsas faktor olması – bugünkü və gələcək geosiyasi reallıqlar üçün ən vacib mesajları ehtiva edir.Bu çıxış bir daha göstərdi ki, Azərbaycan yalnız amilli maraqlarını deyil, bütövlükdə türk dünyasının birliyini, təhlükəsizliyini və rifahını prioritet hesab edir. Qəbələdən yayılan bu mesaj Türk Dövlətləri Təşkilatını XXI əsrin ən mühüm siyasi platformalarından birinə çevirən yeni ideoloji, strateji və mənəvi xəttin başlanğıcıdır. Azərbaycanın liderliyi, təşəbbüskar rolu və strateji baxışları, türk dünyasının ortaq gələcəyinin formalaşmasına əvəzsiz töhfələr verir. Prezident İlham Əliyevin çıxışı göstərir ki, türk dünyası yalnız mədəni və tarixi birliyə deyil, həm də strateji, iqtisadi və siyasi həmrəyliyə malikdir. Bu, regional sabitlik, təhlükəsizlik və davamlı inkişaf üçün möhkəm təməl yaradır.Prezident İlham Əliyev çıxışında həmçinin vurğuladı ki, Azərbaycan beynəlxalq təşkilatlarda, o cümlədən BMT, Qoşulmama Hərəkatı və digər nüfuzlu forumlarda aktiv iştirak etməklə, Türk Dövlətləri Təşkilatının mövqeyini gücləndirir və onun qlobal səviyyədə tanınmasına xidmət edir. Azərbaycanın bu fəaliyyəti göstərir ki, milli maraqların qorunması və beynəlxalq əməkdaşlıq eyni zamanda mümkün və məqsədəuyğundur. Azərbaycanın regional layihələri, xüsusən də nəqliyyat dəhlizlərinin açılması, enerji ixracının şaxələndirilməsi və humanitar əməkdaşlıq, həmçinin təhsil və mədəniyyət sahələrində təşəbbüslər, Türk Dövlətləri Təşkilatının vahid geosiyasi güc mərkəzinə çevrilməsini sürətləndirir. Bu təşəbbüslər həm də regionda iqtisadi sabitliyin və sosial inkişafın təmin olunmasına xidmət edir. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyəti qarşılıqlı etimad, davamlı əməkdaşlıq və regional inteqrasiya prinsipləri üzərində qurulmalıdır. Bu yanaşma təkcə iqtisadi deyil, həm də siyasi, hərbi və mədəni sahələrdə davamlı inkişaf üçün əsas təməl rolunu oynayır. Azərbaycanın sülh və təhlükəsizlik siyasəti, Türk dünyasının birliyi üçün təməl prinsipləri təmin edir. Bu siyasət göstərir ki, regionda sabitlik və inkişaf yalnız dövlətlər arasında etimad, əməkdaşlıq və strateji tərəfdaşlıq əsasında mümkündür. Azərbaycanın təşəbbüsləri, o cümlədən enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin açılması və humanitar layihələr, Türk Dövlətləri Təşkilatının birliyini gücləndirir və regionda davamlı sabitliyin təmin olunmasına xidmət edir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri