“Qəbələ”də 5 ayrılıq RƏSMİ
Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
I Liqanın çempionu "Qəbələ” 5 futbolçu ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqaya vəsiqə qazanan bölgə təmsilçisi qapıçı Müşviq Nadirov, yarımmüdafiəçi Samir Həsənov və hücumçu Ruslan Voronsovla başa çatan müqavilələr uzatmayıb.
Müdafiəçi İbrahim Ramazanov və yarımmüdafiəçi Oçe Oçoveçinin icarə müddəti başa çatıb.
Qeyd edək ki, bu futbolçuların dördü 2024-cü ilin yayından, İbrahim 2025-ci ilin əvvəlindən “qırmızı-qaralar”ın formasını geyinirdi.
Vasili Berezutski: "Söz-söhbətlər bizə təsir etmir" "Şamaxı"da növbəti ayrılıq Bəhlul Mustafazadə: "Titullarımızın sayını artırmaq istəyirik" Qurban Qurbanov: "Sabah" bəlkə də bu yerə layiq deyildi" Premyer Liqada növbəti mövsümün transfer pəncərələrinin vaxtı müəyyənləşdi
