Icma.az
close
up
RU
Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ

Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az Lent.az-a istinadən xəbər verir ki, rayonun kəndlərindən birinin sakini, Ədalət Mirişov (şərti adla) arvadının kənd müəllimi olan Hüseynqulu Cəfərovla (şərti adla) ona xəyanət etdiyini öyrənib. O bununla bağlı polisə müraciət edib. Kişi həmçinin iddiasında astma xəstəsi olduğu üçün təqaüd aldığını və arvadının həmin pulu da müəllimə xərclədiyini bildirib. Onun sözlərinə görə, arvadı təqaüd pullarını götürərək, Hüseynqulunun maşınının kreditinə və digər xərclərinə verib.

Şikayət əsasında polis əməkdaşları sonradan cinayət hadisəsi olmasın deyə, Hüseynqulunu izahat verməyə çağırıblar. Hüseynqulu isə şöbəyə gəlməkdən imtina edib və olduğu avtovağzalda ifadə vermək istədiyini bildirib. Lakin burada da Hüseynqulu ifadə vermək istəmədiyini deyib. Bu zaman o, şöbəyə aparılıb. Şöbədə saxlanılma və şikayət səbəbi ona izah olunanda isə Ədalət Mirişovu və onun arvadını nalayiq ifadələrlə söyüb.

Buna görə də, Hüseynqulu barəsində müvafiq maddə ilə inzibati protokol tərtib olunub.

Kənd məktəbində müəllim işləyən Hüseynqulu ifadəsində bildirib ki, Ədalətin xanımı Mahizər (şərti adla) onun maşın və telefonunun kreditlərini ödəməyib:

"Həmin xanımı tanıyıram. 2023-cü ildə həyat yoldaşımla birgə Mahizər xanım mənə sistem köçürməsi üçün onların evinə getdik. Biz gedən zaman onun əri evdə olan vaxt da olub, olmadığı vaxt da. Sistem vurdurmağa yoldaşım olmadan getməmişəm. Bir müddət sonra Mahizər xanımla münasibətlərimizin olması ilə bağlı söz-söhbətlər yarandı. Bir dəfə Gəncəyə gedəndə, Mahizər xanımı yolda görüb avtomobilə götürdüm, onu Bərdəyə qədər apardım və qayıdanda gətirdim. Bundan sonra onunla mesajlaşmağa və zəngləşməyə başladıq. Lakin sonradan ona bildirdim ki, bunları bitirək. Nəsə problem olanda, dar vəziyyətdə olanda mesajlaşmışıq.

Mahizər xanım ərindən şikayətçi idi, əri onu döyüb incidirmiş. Mahizər xanımı tanıyana kimi maşınımı almışdım, yəni Mahizər mənim kreditimi ödəməyib. Haqqımızda söz-söhbət yarandığı üçün Mahizər xanıma mesajlaşmaları bitirməyi dedim. Hətta onu bloka da atdım, onun yazdığı mesajlara cavab vermədim. Mahizər xanım başqa nömrələrdən zəng edirdi. O, bir dəfə zəng edəndə telefonu həyat yoldaşım açdı, həmin vaxt Mahizər mənə başqa nömrədən zəng edib. Həyat yoldaşım mesajları mənim telefonumdan götürüb Ədalətə atıb".

Hüseynqulu son olaraq əməlindən peşman olduğunu və Mahizər xanımla münasibəti olduğu üçün xəcalət çəkdiyini bildirib.

Məhkəmənin qərarı ilə Hüseynqulu Cəfərov 4 gün müddətinə inzibati qaydada həbs edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Avqust 2026 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri