Icma.az
close
up
RU
Qəbələdə tarixi Zirvə: Nə ilə yadda qalacaq?

Qəbələdə tarixi Zirvə: Nə ilə yadda qalacaq?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Dünən və bu gün Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilir”.

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Türk Dövlətləri Təşkilatının əhəmiyyəti hər keçən gün artır:

“Bu gün Nazirlər Şurasının toplanıtısı keçirilib. Həmçinin, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçıları Azərbaycana səfər ediblər. Artıq bir sıra mühüm görüşlər keçirilib. Bu Zirvə Görüşünün önəmi böyükdür. Bu toplantı Türk Dövlətləri Təşkilatına sədrliyin Qırğızıstandan Azərbaycana keçməsi ilə də yadda qalacaq”.

Millət vəkili xatırladıb ki, Türk Dövlətləri Təşkilatı Azərbaycanın təşəbbüsü ilə yaradılıb:

“Bu təşkilat 2009-cu ildə Naxçıvan Bəyannaməsi ilə yaradıldı. O zaman Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təsisçi üzv dövlətlər olaraq təşkilatı formalaşdırdılar. Daha sonra isə Özbəkistan təşkilata üzv oldu. Həmçinin, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstan bu təşkilata müşahidəçi üzv qismində qatıldılar. Bu gün türk dövlətlərinin bir araya gəlməsi və vahid təşkilat daxilində yeni qütb formalaşdırması olduqca vacib məsələdir”.

Arzuxan Əlizadə vurğulayıb ki, dəyişən çoxqütblü dünyada Türk Dövlətləri Təşkilatı da əsas qütblərdən birinə çevriləcək:

“İqtisadi, siyasi, hərbi və digər sahələri özündə əhatə edən bir birlikdən bəhs edirik. Bütün bunlar həm türk dünyası, həm də qlobal müstəvi üçün çox əhəmiyyətlidir. Çünki türk dövlətlərinin yerləşdiyi coğrafi məkan da geostrateji önəmə sahibdir.

Türk dövlətlərinin birlikdə strateji hədəfləri istiqamətində addım ataraq bir təşkilat formasında eyni siyasəti yürüdürlər. Təşkilatın bu cür zirvə toplantılarında da dəyişən dünyaya uyğun qərarlar qəbul edilir. Üstəlik, Türk Dövlətləri Təşkilatının güclənmə prosesi getdikcə sürətlənməkdədir”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Türk Dövlətləri Təşkilatı Qəbələ

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri