Icma.az
close
up
RU
Türk Dövlətləri liderləri Qəbələdə… Zirvə görüşləri başlayır

Türk Dövlətləri liderləri Qəbələdə… Zirvə görüşləri başlayır

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

2025-ci il oktyabrın 6–7-də Qəbələdə baş tutacaq Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısı türkdilli dövlətlər arasında həmrəyliyin, inteqrasiyanın və strateji əməkdaşlığın yeni mərhələsini ifadə edir. Ümumiyyətlə son dövrlərdə baş tutan zirvə görüşləri təkcə diplomatik hadisə kimi deyil, həm də XXI əsrdə türk sivilizasiyasının siyasi və mədəni dirçəlişinin təzahürü kimi təhlil edilməlidir.

Qəbələnin ev sahibi seçilməsi təsadüfi deyil: Azərbaycanın tarixi, mədəni və geosiyasi baxımdan türk dünyasının mərkəzində yerləşməsi bu şəhəri simvolik bir məkan halına gətirib. Zirvə toplantısı türk xalqlarının birliyinin tarixi dərinliyini, strateji əhəmiyyətini və gələcəyə yönəlik yeni çağırışlarını əks etdirir.

Tribunainfo.az xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov bildirib. O qeyd edib ki, bu prosesin önündə dayanan şəxs Azərbaycan Prezidenti İlham Əliyevdir:

“Onun liderliyi altında türk dünyası yalnız ideoloji və mədəni baxımdan deyil, həm də siyasi, iqtisadi və hərbi baxımdan real inteqrasiyaya doğru irəliləyir.

44 günlük müharibədən sonra Azərbaycanın atdığı addımlar nəticəsində türk dövlətləri arasında qəbul olunan qərarlar, imzalanan sənədlər və verilən bəyanatlar türk dövlətlərinin koordinasiyalı xarici siyasət, vahid iqtisadi məkan və birgə müdafiə konsepsiyası istiqamətində iradəsini nümayiş etdirməkdədir. Halbuki, müdafiə və təhlükəsizliklə bağlı nəinki əməkdaşlıq, heç düşünmək belə 2020 – ci ilə qədər mümkün deyildi və Mərkəzi Asiya dövlətləri bu riski düşünmürdülər belə”.

Z.Məmmədov son nailiyyətləri də sadalayıb:

“ -Türk iqtisadi inteqrasiyası.
Orta Dəhliz və Zəngəzur dəhlizinin açılması ilə türk ölkələrinin Avrasiya məkanında vahid iqtisadi arteriya kimi formalaşması;
-Birgə təhlükəsizlik mexanizmləri: Türk Müdafiə Alyansının yaradılması ideyası;
-Elm, təhsil və mədəniyyət sahəsində vahid platforma: Türk Akademiyasının və Türk Mədəniyyət Fondu nun rolu;
-Rəqəmsal transformasiya və enerji əməkdaşlığı: Xəzər regionu ilə Mərkəzi Asiya arasında enerji körpüsü.
Prezident İlham Əliyev türk birliyinin ideoloji və institusional formalaşmasında sistem yaradan lider kimi çıxış edir. Onun təşəbbüsü ilə türk dövlətləri arasında əməkdaşlıq artıq sadəcə “mədəni qardaşlıq” çərçivəsini aşaraq praktik siyasi və iqtisadi sintezə çevrilib”.

Politoloq əlavə edib ki, Azərbaycan Prezidenti türk dövlətlərinin beynəlxalq arenada vahid mövqedən çıxış etməsinin vacibliyini daim vurğulayıb:

“Bu baxımdan Qarabağ müharibəsindən sonrakı mərhələdə türk ölkələrinin Azərbaycanla həmrəyliyi türk diplomatiyasının yeni modelini formalaşdırdı: “bir millət – çox dövlət, amma vahid strateji xətt”.

Hərbi inteqrasiya

Türkiyə və Azərbaycan arasında “Bir millət, iki dövlət” konsepsiyası artıq TDT məkanında kollektiv təhlükəsizlik ideyasına çevrilməkdədir. Bu istiqamətdə real mexanizmlərin yaradılmasına — birgə təlimlər, müdafiə sənayesi əməkdaşlığı, hərbi texnologiya mübadiləsi genişlənməkdədir.

İqtisadi və nəqliyyat inteqrasiyası

Azərbaycanın təşəbbüsü ilə Zəngəzur dəhlizi ideyası türk coğrafiyasının Avrasiya iqtisadi sisteminə bağlanmasını təmin edən strateji layihə kimi dəyərləndirilir. Bu dəhliz Türk Dövlətlərini Avropa və Asiya arasında yeni logistik xəttlə birləşdirəcək və TDT-ni qlobal ticarətin mərkəzinə çevirəcək.

Türk sivilizasiyasının oyanışı.

Prezident İlham Əliyev türk birliyini təkcə siyasi layihə deyil, həm də sivilizasion model kimi təqdim edir. Onun çıxışlarında tez-tez səsləndirdiyi “türk dünyasının gələcəyi birliyimizdədir” fikri artıq strateji fəlsəfəyə çevrilib. Azərbaycan türklüyün, islam mədəniyyətinin və müasir dövlətçilik modelinin sintezini göstərərək, multikulturalizm və milli identiklik arasında tarazlığı qoruyan örnəkdir.

Nəticə etibarilə bu gün birmənalı şəkildə qeyd edilməldir ki, Türk tarixində indiyə qədər heç bir dövrdə türk xalqları bu qədər vahid strateji platformada, bu qədər həmrəy və güclü şəkildə bir araya gəlməmişdi. Azərbaycanın da iştirakı və mühüm töhfələri ilə yuxarıda sadalananlar bu prosesin zirvəsini təşkil edir.

Prezident İlham Əliyev təkcə milli lider deyil, həm də bütöv türk dünyasının inteqrasiya memarı, türk sivilizasiyasının XXI əsrdəki yenidən doğuluşunun ideoloqu kimi tarixdə qalacaq.

Türk Dövlətləri Təşkilatının Azərbaycanda baş tutan toplantıları, o cümlədən Qəbələ toplantısı türk xalqlarının gələcək onilliklərdə vahid iqtisadi məkan, güclü hərbi sistem və dərin mədəni sintez şəklində formalaşacağına işarədir”.

Gülşən Rəsul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri