Icma.az
close
up
RU
Qəbələdə vəzifəli şəxsə müqavimət göstərənə hökm oxundu

Qəbələdə vəzifəli şəxsə müqavimət göstərənə hökm oxundu

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qəbələ Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Səfa Babayevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abbas Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə o, 1 il 3 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.


İttihama görə, hadisə 21 dekabr 2024-cü il tarixdə, saat təxminən 20:50 radələrində Qəbələ rayonu Hacallı kəndinin mərkəzində qeydə alınıb.


Belə ki, sərxoş vəziyyətdə olan Səfa Babayev əvvəllər Qəbələ Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini işləmiş, hazırda təqaüddə olan zərərçəkmiş Namiq Vəliyevin (ad, soyadı şərtidir) xidmətdə olduğu zaman, yəni 2023-cü ilin may ayında onun Qəbələ şəhərində yerləşən çay evi ilə bağlı inzibati xəta haqqında protokol yazdıraraq cərimə etdirməsini qanunsuz hesab edib. O, 21 dekabr 2024-cü il tarixdə zərərçəkmişin qohumlarına məxsus Hacıalılı kəndinin mərkəzində yerləşən yeni tikilməkdə olan mağazanı yandırmaq, şüşələrini vurub sındırmaqla, eləcə də ona sair formada maddi ziyan vurmaq məqsədi ilə həmin ünvana gedib. Səfa orada Namiq Vəliyevlə rastlaşıb, heç bir əsaslı səbəb olmadan ucadan zərərçəkmiş şəxsin ünvanına söyüş söyüb. Sonra təqsirləndirilən şəxs onun üzərinə hücum çəkib yaxasından tutaraq dartıb, yumruqla sifətinin sağ tərəfinə çənə hissədən bir dəfə vurub. Sonra ərazi üzrə xidmət aparan Qəbələ Rayon Polis Şöbəsinin post patrul xidməti bölüyünün əməkdaşları ora yaxınlaşıb, Səfanın qanunsuz hərəkətlərinə son qoymasını tələb edib, araya girib. Bu zaman o, polis əməkdaşlarına müqavimət göstərməklə onlardan biri - polis serjantının sifətinə başı ilə zərbə vurmağa cəhd edib, barmağını dişləyib.


Daha sonra Səfa polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. 

Kamal Məmmədov 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://pravda.az
archiveBu xəbər 01 May 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see287

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

18 İyun 2025 15:24see167

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see144

Survivor dan qazancı məlum oldu

18 İyun 2025 17:25see126

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

18 İyun 2025 17:16see124

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

19 İyun 2025 01:37see123

Yaponiyada güclü zəlzələ baş verib

19 İyun 2025 06:21see122

Azər Qasımlının məhkəməsi başlayıb

18 İyun 2025 17:46see121

Putin Ərdoğana təşəkkür edib

19 İyun 2025 02:51see121

24 il sonra ilk: ABŞ ın “Qiyamət günü təyyarəsi”... Video

18 İyun 2025 17:37see120

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see119

Yenidən B seriyasında işləyəcək

19 İyun 2025 05:48see119

Tramp: İran təslim olmalı və müqaviməti dayandırmalıdır KONKRET

18 İyun 2025 20:29see118

Yamal Messinin bu yaşda olduğundan daha güclüdür

18 İyun 2025 21:56see117

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

19 İyun 2025 15:23see116

Avropa Komissiyası bir sıra Aİ ölkələrinə qarşı məhkəmə iddiası qaldıracaq

18 İyun 2025 17:36see115

Mariya Zaxarova Rusiya Ermənistan münasibətlərinə dair sualı cavablandırdı

19 İyun 2025 18:50see114

Tofiq Musayev: Kiminləsə döyüşdən imtinanı özümə yaraşdırmıram

18 İyun 2025 11:17see113

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see112

Yeni komissiya yaradıldı SƏRƏNCAM KONKRET

19 İyun 2025 09:48see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri