Icma.az
close
up
RU
Ukrayna Rusiya artilleriyasını zəiflədir, lakin başqa bir silah növünün təhlükəsi artır Forbes

Ukrayna Rusiya artilleriyasını zəiflədir, lakin başqa bir silah növünün təhlükəsi artır Forbes

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müharibənin ilk dövrlərində Rusiya artilleriyası Kreml üçün əsas üstünlüklərdən biri sayılırdı: kütləvi atəşlər "od pərdəsi” yaradaraq qoşunların irəliləməsinə şərait yaradırdı. Həmin vaxt Rusiyanın artilleriya qurğularının sayına görə Ukraynanı 10 dəfə üstələdiyi bildirilirdi və Ukrayna prezidenti Volodimir Zelenski müttəfiqlərdən müntəzəm olaraq mərmilər tələb edirdi.

Qaynarinfo xəbər verir ki, Ukrayna Milli Qvardiyasının "Tayfun” PUA bölməsinin komandiri "Maykl” ləqəbli hərbçinin "Forbes”ə bildirdiyinə görə, o vaxtdan bəri vəziyyət xeyli dəyişsə də, artilleriya hələ də mövcuddur, amma əsas təhlükə artıq dronlardan gəlir.

Dronlar Rusiya artilleriyasını necə tapır?

Ukrayna əks-batareya mübarizəsində ciddi uğurlar qazanıb. Atəş açan qurğular, məsələn, ABŞ istehsalı olan AN/TPQ-36 "Firefinder” tipli radarlarla aşkar olunur. Bu radarlar mərmilərin trayektoriyasını izləyərək atış nöqtəsini müəyyənləşdirir. Bundan əlavə, yeni nəsil akustik sensorlar da tətbiq olunur.

"Radar ilkin mərhələdir. O, təxmini ərazini müəyyən edir, dəqiq nöqtəni yox. Bu da çox vaxt 200x200 metrlik sahə deməkdir – dəqiq zərbə üçün çox genişdir”, – deyə hərbçi bildirir. Ona görə də daha sonra real vaxt video ötürən və yüksək keyfiyyətli görüntülər çəkən geniş radiuslu dronlardan istifadə edilir. Bu vasitələr hədəfin dəqiq yerini müəyyənləşdirərək koordinatları ötürür.

Artilleriyanı nə vaxt axtarmaq daha effektlidir?

"Artilleriyanı ən asan atəş açan zaman tapmaq olur – alışma, tüstü, heyətin hərəkəti. Silah ağaclar və ya binalarla bir qədər gizlədilsə belə, siluetindən tanıyırıq. Meşədə isə tırtıl izlərini, torpağın pozulmasını və texnikanın istisini (əgər termal kamera varsa) izləyirik”, – deyə Maykl izah edir.

Koordinatlar təsdiqləndikdən dərhal sonra zərbə endirilməlidir – silah mövqeni dəyişmədən öncə.

Niyə PUA-lar artilleriyadan üstündür?

Əks-batareya atəşi hələ də əhəmiyyətlidir, lakin bir çox hallarda haubitsaları artıq PUA-lar əvəz edir.

"FPV dronlar – istər kvadrokopter, istər planerlər – çox vaxt artilleriyadan daha dəqiq və sürətlidir. Keyfiyyətli dron artilleriya sistemini məhv etmək üçün ən effektiv vasitədir”, – deyə Maykl vurğulayır.

Praktikada dron mərmidən daha yavaş uçur (\~160 km/saat, mərmi isə \~1000 km/saat), lakin hədəfə daha tez çatır, çünki atəşin tənzimlənməsinə ehtiyac qalmır. FPV hədəfə birbaşa uçur və çox zaman ilk cəhddə vurur. Artilleriya isə, xüsusən hədəf hərəkətdədirsə, bir neçə zalp tələb edir.

Əgər artilleriya özüyeriyəndirsə, mərmi gələnə qədər mövqedən çıxıb gedə bilər. Dron isə onu izləyərək hərəkətdəykən də vurmaq gücünə malikdir. Qoşqulu toplarla iş daha çətindir – onlar tək-tək hissələrə: sürgü, nişangah, qoşqu vasitəsi üzrə vurulmalıdır. 

"Əsas məsələ sabit video bağlantıdır. Onsuz operator dronu dəqiq yönəldə bilməz”, – deyə hərbçi izah edir. Bu baxımdan yeni "fiber-dronlar” kömək edir – bu cihazlar çətin şəraitdə də rabitəni itirmir. Zərbədən sonra müşahidə dronu ilə hədəfin məhv edilib-edilmədiyi təsdiqlənir.

Artilleriya dronlara uduzur

"Rusiya artilleriyası hələ də ciddi təhlükə yaradır”, – deyə Maykl bildirir. Bununla belə, ruslar minlərlə kəşfiyyat dronu itirsələr də, hələ də hava məkanında kifayət qədər PUA-ları var.

"Onların \[rusların] kəşfiyyat dronlarında qıtlıq yoxdur. Onlar daim havadadır”, – deyə ukraynalı hərbçi vurğulayır. Ən maraqlısı isə odur ki, Rusiya artilleriyaya malik olsa da, getdikcə FPV-dronlara daha çox güvənməyə başlayır. Hər gün yüzlərlə pilotsuz zərbə həyata keçirilir.

Açıq mənbələrin məlumatına görə, Rusiya 2025-ci ildə 2 milyonadək FPV-dron istehsal etməyi planlaşdırır, artilleriya mərmilərinin sayı isə 3 milyon olacaq. Ukrayna da istehsalı artırır.

Ukraynada müharibəyə dair digər xəbərlər

Bundan əvvəl UNIAN xəbər vermişdi ki, Ukrayna Prezidenti Volodimir Zelenskiyə görə, müharibənin ABŞ-da Donald Trampın bu prezidentlik dövrü ərzində – 2029-cu il yanvarın 20-dək başa çatması arzuolunandır.

"ABŞ-ın təsirinə çox ümid edirəm. Bu, kömək edə biləcək əsas amildir. Sanksiyalar vacibdir. Diplomatiya lazımdır. Təhlükəsizlik də önəmlidir”, – deyə Zelenski vurğulamışdı.

Bundan başqa, ilk dəfə olaraq süni intellekt modullu və uzaq məsafədən idarə edilə bilən kameraya malik "Şahed” dronu aşkar olunub. Bu da onun əl ilə uzaq məsafələrdən yönləndirilməsinə imkan verir.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 İyun 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri