Icma.az
close
up
RU
Tək bir hərəkət beyni sözün əsl mənasında kompüterə çevirir!

Tək bir hərəkət beyni sözün əsl mənasında kompüterə çevirir!

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Elm adamları yalnız bir fiziki hərəkətin beyin funksiyalarını nəzərəçarpacaq dərəcədə yaxşılaşdıra biləcəyini müəyyən ediblər.

Artıq sübut olunub ki, fiziki fəaliyyət təkcə əzələləri deyil, beyni də gücləndirir. Mütəxəssislərə görə, müntəzəm idman yaddaşı gücləndirir, məkan qavrayışını artırır və hətta beyinin yaşlanma prosesini ləngidə bilər.

News24.az bildirir ki, bu barədə "Marylebone Sağlamlıq Qrupu"ndan fizioterapevt Dr. Paulina Kloskovska Böyük Britaniyanın The Times qəzetinə verdiyi açıqlamada bildirib:

O qeyd edb ki, beyin funksiyalarına müsbət təsir göstərən çoxsaylı elmi tədqiqatlar mövcuddur: "Cəmi dörd növ fiziki fəaliyyəti gündəlik həyatınıza daxil etməklə zehni çevikliyinizi əhəmiyyətli dərəcədə artıra və beyin yaşlanmasını ləngidə bilərsiniz.”

Günün diqqətçəkən idman növləri:

1. Uzun məsafəli qaçış – Yaddaşı gücləndirir

2021-ci ildə aparılan araşdırmada 22 uzun məsafəli qaçışçı ilə oturaq həyat tərzi keçirən 20 nəfərin beyin strukturu müqayisə olunub.

MRI nəticələrinə əsasən, qaçışçıların yaddaşa cavabdeh olan hipokampus bölgəsində xeyli çox boz maddə (grey matter) olduğu aşkarlanıb.

Bundan əlavə, Salk Bioloji Tədqiqatlar İnstitutu tərəfindən aparılan və Neurology jurnalında dərc olunan digər tədqiqat, həftədə ən azı 180 dəqiqə edilən kardio məşqlərinin, hətta yaşlı insanlarda belə, yeni neyronların yaranmasını stimullaşdırdığını ortaya qoyub.

2. Tarazlıq məşqləri – Məkan qavrayışını artırır

Yaş artdıqca insanlar məkanla bağlı fərqindəliklərini itirə bilirlər. Lakin tarazlıq məşqləri bu qabiliyyəti yenidən inkişaf etdirə bilər.

"Scientific Reports" jurnalında dərc edilən bir araşdırmaya əsasən, həftədə 50 dəqiqə olmaqla 12 həftəlik tarazlıq proqramı iştirakçıların həm məkan qavrayışında, həm də yaddaşında nəzərəçarpacaq inkişaflar göstərib.

ClubQ idman məşqçisi Harry Cox evdə edilə biləcək məşqləri tövsiyə edir:

– Bir dəqiqə tək ayaq üstə dayanmaq. Daha irəli səviyyədə isə gözləri yumaraq bu hərəkəti yerinə yetirmək sinir-əzələ koordinasiyasını artırır.

3. HIIT – Beyin üçün zəruri zülalları aktivləşdirir

Yüksək intensivlikli interval məşqləri (HIIT) qısa fasilələrlə edilən sıx idman proqramlarıdır.

Bu cür məşqlər beynin inkişafı üçün vacib olan BDNF (Beyin mənşəli neyrotrofik faktor) adlı zülalın səviyyəsini artırır.

Dr. Kloskovska bildirir ki, BDNF öyrənmə bacarığı, sinir elastikliyi və zehni çeviklik üçün əvəzolunmazdır.

Translational Neurodegeneration jurnalında yayımlanan məlumatlara görə, BDNF çatışmazlığı Alzheimer xəstəliyində geniş yayılmışdır və HIIT bu xəstəliklə mübarizədə önəmli rol oynaya bilər.

4. Güc məşqləri – Zehni davamlılığın açarı

Güc məşqləri təkcə fiziki dözümlülüyü artırmır, həm də yaşla əlaqəli beyin strukturundakı pozulmaların qarşısını ala bilir.

Dr. Kloskovska bu sahədə artan elmi sübutların diqqətçəkici olduğunu vurğulayır.

Ev şəraitində, məsələn televizor qarşısında yüngül dambıllarla başlamaq və zamanla daha geniş idman proqramlarına keçmək, uzunmüddətli zehni sağlamlığın qorunmasında təsirli strategiyadır.

Aqil

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 İyun 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri