Icma.az
close
up
RU
Builki imtahanların gedişatı ümumi qəbul ballarına necə təsir edəcək?

Builki imtahanların gedişatı ümumi qəbul ballarına necə təsir edəcək?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Artıq abituriyentlərin buraxılış və birinci mərhələ üzrə qəbul imtahanları yekunlaşıb. Bununla yanaşı, blok imtahanlarının nəticələri də elan olunub. Bəzi abituriyentlər sualların nisbətən asan olduğunu və yaxşı nəticələr topladıqlarını desələr də, digərləri üçün imtahanlar gözləniləndən çətin keçib və nəticələrdən də razı qalmayıblar.

Bütün bunların fonunda maraqlı sual yaranır: builki imtahanların nəticələri ümumi qəbul prosesinə necə təsir edəcək? Keçid ballarında dəyişiklik ola bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan Ramin Nurəliyev hesab edir ki, suallar çətin olduqda abituriyentlər cavablamaqda çətinlik çəkirlər, balları azalır, bu da müsabiqə şərtlərini keçənlərin sayına təsir edir:

"Marafon hələ ki yekunlaşmayıb, abituriyentləri qarşıda ikinci cəhd blok imtahanı gözləyir. Buraxılış və qəbul imtahanlarının birinci cəhdində suallar ötən illə müqayisədə çətin salınıb. Bu isə balların düşməsinə səbəb olur. Balların az olması da müsabiqə şərtlərini keçən abituriyentlərin sayına təsir edir".

Onun sözlərinə görə, mövcud vəziyyət ümumi qəbul ballarının aşağı salınacağından xəbər verir:

"Ötən il suallar asan olduğu üçün abituriyentlərin balları yüksək oldu, nəticə etibarilə ixtisas qrupları arasında qəbul balları 50-100 bal arası qalxdı. Mövcud vəziyyət hazırda balların düşəcəyindən xəbər verir. Balların düşməsi müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayının azalması deməkdir. Çünki 150 baldan aşağı nəticə əldə edənlər ali təhsil müəssisələrinə qəbul ola bilmir, 200 baldan aşağı toplayanlar isə məhdudiyyət çərçivəsində ixtisas seçə bilirlər, yəni hər ixtisasa sənəd verə bilmirlər.

Ölkədə hər il qəbul üçün plan yerləri artırılır. Ötən il təxminən 58 min plan yeri var idisə, bu il 65 500 ətrafında plan yeri var. Bu yerin dolması üçün təxminən 70 min abituriyent müsabiqəyə buraxılmalıdır ki, onlar arasında seçim edilə bilsin.

Hər ixtisas qrupu üzrə verilən plan yerindən daha çox abituriyent müsabiqəyə buraxılmalıdır ki, orada obyektiv seçim həyata keçirilsin.

Ona görə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi birinci cəhd blok imtahan suallarının çətin olması, müsabiqə şərtlərini keçən abituriyentlərin sayının plan yerlərinə uyğun olmaması DİM-i ikinci cəhd blok imtahanlarını asanlaşdırmağa məcbur edəcək. Təcrübəyə dayanaraq deyə bilərəm ki, ikinci cəhd blok imtahanı asan olacaq. Digər tərəfdən, iddialar da səsləndirilir ki, ikinci cəhd blok imtahanı ödənişli əsasla keçirildiyi üçün birinci cəhd imtahanı çətin olub ki, hər bir abituriyent məcbur olub, ikinci cəhd blok imtahanına girsin".

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 İyun 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri