Icma.az
close
up
RU
“Qəbələ”dən doğru qərar +

“Qəbələ”dən doğru qərar +

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Qəbələ” deyir ki, digər klublar kimi – futbol məktəbi formatına keçirəm. Necə ki, akademiya adını qoyub, ancaq mahiyyətcə ona uyğun olmayan digər Premyer Liqa klubları kimi…

Bəli, akademiya formatına ən uyğun fəaliyyət “Qəbələ”də idi. 70-80 nəfərlik yatılı şərait – böyük maliyyə və resurs tələb edən işdir. Daha böyük büdcəsi olan “Neftçi”, “Qarabağ” heç bu formatda görmür işi.

“Qəbələ”, əslində, doğru qərar verdi. Çünki akademiyaya qoyulan xərc müqabilində iştirak etdikləri regional liqa ilə güc nisbətindəki uçurum işin effektivliyinə zərbə idi. Hələ klubun imkanlı vaxtlarında da bu məqam arabir qabardılardı. Sadəcə, həmin ərəfələrdə klub öz imkanları hesabına akademiyanı müxtəlif xarici kamplara, turnirlərə göndərirdi və qeyd olunan inkişaf defisitini kompensasiya edirdi. İndi o imkanın yarısının yarısı yoxdur. Akademiya formatından futbol məktəbi formatına keçid ən məntiqli addımdır. Hərçənd, regionda futbola marağın aşağı olduğunu nəzərə alsaq, futbolla məşğul olacaq uşaq baxımından yetərsay problemi yarana bilər. İstənilən halda, klub bu vəziyyətdə də əlavə xərcə qatlanıb, yaxın ətrafdakı uşaqların gediş-gəliş məsələsini yoluna qoymalı olacaq.

Birtəhər nizamlanacaq və hər şeydən aktual məsələ – büdcəni əsasən əsas komandaya xərcləmək marağı da təmin olunacaq. Sadəcə, mövcud vəziyyətin hay-həşir kimi təqdimatı çaşdırıcıdır. İnsanlar elə bilir ki, “Qəbələ”ni də bu vəziyyətə AFFA salıb… Əslində isə nəinki “Qəbələ”, həmçinin “Xəzər Lənkəran”, “Bakı”, “İnter” və s. də.

Bəli, AFFA-nı bu məsələdə sudan quru çıxarmağa gücənmə simptomları gözə dəyir. Eybi yox, həmişəki danadişilərdir…

Həqiqətsə birdir: Azərbaycan futbolunda ortaya çıxan istənilən anlaşılmaz və anormal durumun baiskarı AFFA-dır.

Pisdirsə, deməli, idarəetmə, hüquqi-iqtisadi mexanizm işlək/effektiv deyil. Deyilsə, onda AFFA-ya nə bəraət qondarmaq olar?

Qondara bilənlərin məharətinə alqış! Bizdə o fərasət olmayıb, yoxdur, olmayacaq da…

Elçin Cəlilov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 İyul 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see451

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see374

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see367

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see360

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see318

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see280

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see274

DÇ 2026: İngiltərə Meksika matçı ildırım səbəbindən təxirə salındı

06 İyul 2026 03:33see236

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see236

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see224

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see198

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see189

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see187

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see182

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see182

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see177

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see171

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see171

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see170

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri