Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Qəbələli arıçı təsərrüfatında arı məhsullarından ibarət sərgi muzey açıb

Qəbələli arıçı təsərrüfatında arı məhsullarından ibarət sərgi muzey açıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qəbələ, 20 may, AZƏRTAC

BMT-nin Baş Assambleyasının 2017-ci ildə verdiyi qərara əsasən, hər il mayın 20-si Dünya Arı Günü kimi qeyd edilir. Dünya Arı Gününün qeyd edilməsində məqsəd arıların planetin və insanların sağlamlığı üçün daşıdığı böyük əhəmiyyətə, eyni zamanda, arıçılıq təsərrüfatlarının qarşılaşdıqları çoxsaylı problemlərə diqqət çəkməklə, bu barədə məlumatlılığı artırmaqdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son illər ölkəmizdə də arıçılıq inkişaf edir, bu sahədə müsbət nəticələr əldə olunur. Bu, ilk növbədə, peşəsini sevən, daim yeniliklərə can atan insanların sayəsində baş verir. Qəbələdən olan arıçı Anar Məmmədov kimi. Dünya Arı Günündə təsərrüfatında arıçılıq məhsullarından ibarət sərgi-muzey açan Anar Məmmədov, bundan əvvəl də bir sıra layihələri ilə yerli və xarici qonaqların diqqətini özünə cəlb edə bilib.

Məmmədovlar ailəsi Qəbələnin ucqar Məmədağalı kəndində yaşayır. Ailə təsərrüfatı da elə həyətlərində yerləşir. Lakin bu məkana ilin hansı fəslində daxil olsanız, burada arıçılıqla bağlı diqqətinizi bir deyil, bir neçə yenilik, maraqlı məqam cəlb edəcək.

Beş il əvvəl təsərrüfatın ətrafını arıçılığa dair rəsmlərlə bəzəyərək, yerli və xarici qonaqların diqqətini çəkən arıçı Anar Məmmədov daha sonra ilk apiterapiya (arı zəhəri və onun məhsullarından istifadə etməklə müalicə üsulu – red.) otaqları təşkil edərək, bura gələnlərə xidmət göstərməyə başlayıb. Son illər yüzlərlə insan bu otaqlarda apiterapiya müalicəsi alıb.

İllərini bu çətin və maraqlı peşəyə həsr edən ailə üzvləri arıçılığı nəsildən-nəslə ötürür. Məmmədovlar ailəsi 40 ildən çoxdur ki, arıçılıqla məşğuldur. Babadan başlayan bu ənənəni bu gün nəvələr davam etdirir. Ailə uzun illər bu sahə ilə məşğul olduğundan istehsal etdikləri məhsulların sərgi və muzeyini təşkil etmək qərarına gəlib.

Arıçı Anar Məmmədov yerli həmkarlarının deyil, həm də xarici ölkələrin arıçılığa dair təcrübəsini öyrənir, yenilikləri təsərüfatında tətbiq edir. “Yerli və xarici ölkələrdə qatıldığım sərgilər mənə biliyimi, təcrübəmi artırmağa imkan verir. Bu sərgilərdə gördüyüm yenilikləri öz təsərrüfatımda tətbiq etməyə çalışıram. Ən böyük arzum isə təsərrüfatımda istehsal etdiyimiz məhsulların muzeyini açmaq idi”, - deyən Anar Məmmədov artıq bu istiqamətdə ilk addımın atıldığını vurğulayır.

“Bəs, sərgi-muzeydə hansı arı məhsulları nümayiş etdirilir?” - deyə sual etdikdə, arıçı bildirir ki, təsərrüfatında beş növ bal var: “Buraya çiçək və lavanda balları, eyni zamanda, köçəri arıçılıqdan topladığımız cökə, dağ balı və şabalıd balı daxildir. Təsərrüfatımızda 2019-cu ildə əldə etdiyimiz bir neçə növ məhsulumuz bu gün muzeyimizi bəzəyir”. Arıçı onu da əlavə edir ki, burada güləm, çiçək tozu, arı südü kimi məhsullar da var.

Təsərrüfatında daim yenilik və innovasiyalara üstünlük verən arıçı həyətində yetişdirdiyi meyvə və giləmeyvələrin sirkəsini də hazırlayır. Arıçı bu il ballı sirkə hazırlamaqla daha bir ilkə imza atmasından danışıb: “Ailəmizdə hələ keçmiçdən sirkə hazırlamaq ənənəsi vardı. Bu işi yenidən bərpa etmişik. Hazırda 15 növ sirkə hazırlayırıq. Bu ildən isə sirkə çeşidlərinin sırasına ballı sirkəmizi də qoşduq. Bu, çiçək balından hazırlanan sirkədir. Gələcəkdə digər ballardan da sirkə hazırlayacağıq”.

Qeyd edək ki, rayonda və ölkəmizdə arıçılığın inkişafına töhfələr verən Anar Məmmədov ötən il dövlət başçısının Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see174

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see148

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see146

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri