Icma.az
close
up
RU
Əliyev İbrahim Nəbioğlunu darmadağın etdi

Əliyev İbrahim Nəbioğlunu darmadağın etdi

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İbrahim Nəbioğlunun “bestselleri”, yaxud keçmişdə qalmış gələcək!

İbrahim Nəbioğlunun “Gələcək çox tez gələcək” kitabının təbliğatı artıq hamını bezdirib. İbrahim Nəbioğlu kitabı şouya çevirir, ciddi ölçüləri pozur, kitaba münasibəti dayazlaşdırır.

Nə məsələdir? Nə baş verib?

Professor Həsən Quliyev, Rəhman Bədəlov, Qorxmaz Quliyev, Azad Mirzəcanzadə, Kamal Abdulla, Rafiq Əliyev, Qulu Məhərrəmli, Əkbər Nəcəf, Aydın Balayev kimi elm adamlarının kitabları bir qıraqda qalıb, bir avantüristin kitabı ilə Azərbaycan cəmiyyətini məşğul ediblər.

Açığı, Azərbaycanda elmin populyarlaşdırılamasının nümayəndəsi kimi bu kitab məni də maraqlandırdı. Aldım kitabı. İlk qənaətim: Nəbioğlu kəskin narsisizim xəstəliyinə tutulmuş birisidir. Narsistlərin kitabını oxumurlar. O, kitab haqqında təsəvvürləri cılızlaşdırır və təcrübəsiz oxucuları yanıldır. Onun bu kitabı gələcək yox, özü haqqındadır. Valter Benyaminin gözəl bir fikri var: “Əsl müəllif “mən”ini gizlətməyi bacarmalıdır”. İbrahim Nəbioğlu sistem təfəkkürə malik olmadığına görə onun kitabı elmi ədəbiyyat sayıla bilməz. Kitabda istinadların mənbəyi göstərilmir; plagiatlıq açıq-aşkar görünür.

Kitabın “Təhsilimiz, ana dilimiz, gələcəyimiz” bölməsi müəllifin mətbuatda çap olunmuş məqalələridir. Bu məqalələrdə özünün şəxsi nəzər-nöqtəsi ilə insanları təhdid edir. Bu, yolverilməzdir.

Kitabın 24 səhifəsi Azad Mirzəcanzadə haqqındadır. Özünün təbliği üçün böyük alimin adından sui-istifadə edib. Azad müəllimin yanında boy atmağa çalışır.

Azad Mirzəcanzadənin İbrahim Nəbioğluna göz vurmaqlığı

Sitat: “Böyük dissident alim (?) Azad müəllimin sovetin müxtəlif yerlərindən, müxtəlif millətlərdən olan aspirantları vardı. Azad müəllim elmin gələcək inkişafı barədə danışarkən sənaye inqilablarını xatırlatdı və bir pauza verərək: “Baxın, sənaye inqilablarının üçü də eyni coğrafiyada baş verib”, - dedi. Oturduğum partanın yanından keçərkən mənə göz vuraraq Azərbaycan dilində: “Deyə bildim?” - dedi. O baxışlarını heç unutmuram”.

Demək istəyir ki, Azad müəllimin arada göz vurmağı da var imiş.

İbrahim Nəbioğlunun fraktallar yalanı

Yazır: “Azad müəllim fraktalları izah edərkən birdən geri dönüb gözləri ilə məni tapdı. “Fraktalın nə olduğunu bilirsinizmi?” - soruşdu.

İbrahim Nəbioğlu fraktal anlayışını izah edə bilməzdi. O dövrlər bu anlayışı Benua Mandelbrot ortaya atmışdı. Oxucu üçün bu anlayışı maraqlı etmək üçün onun mənasını vermək lazım idi. Nəbioğlunun məqaləsindən görsənir ki, “fraktal” anlayışını kitabda da izah edə bilmir. Bir yerdə sinergetikanın mühüm anlayışı olan “bifrukasiya” anlayışının adını çəkir. Təəssüflər olsun ki, bu anlayışın da mənasını oxucuya izah edə bilmir.

Azad müəllimin adından sui-istifadə etmək əxlaq normalarına uyğun gəlmir. Bu nəhəng alimin davamçıları var. Kimlər ki, elmdə onun yolunu gedib, davamçıları onlardır. İbrahim Nəbioğlu Azad müəllimin dərs dediyi minlərlə tələbənin biridir, lakin böyük alimin elmindən üz döndərərək jurnalistikaya üz tutub. Məqalələrində hər dəfə Azad müəllimin adını çəkməklə təfəkkürünə elmi don geyindirməyə çalışır.

Kitabın böyük bir hissəsi illər üzrə internetdə yer alan Nobel mükafatı laureatları haqqındadır. Bunlar informasiya xarakterli internet məlumatlardır. Bu məlumatları kitaba daxil etmək elmi yenilik deyil, plagiatlıqdır...

İbrahim Nəbioğlunun erməni sevgisi

İbrahim Nəbioğlu “Dolma və silikon” məqaləsində Armen Sarqisyanın timsalında ermənilərin İT sahəsində qazandığı uğurlardan yazır. Sitat: “Ermənistanın sabahlarının açarı onun beyin gücüdür (?). ABŞ Ticarət Nazirliyinin hesabatına görə, Ermənistan MDB ölkələri arsında adambaşına düşən ixtira sayına görə birincidir. Ermənilər öz qurtuluş yolunu elmdə, yeni texnologiyalarda görür və bunun üçün də sistemli fəaliyyət göstərir. Əllərində məhdud maliyyə imkanlarını modern gənclər yetişdirməyə xərcləyir”.

Ermənilər nəyi ixtira edib? Bu ölkənin universitetləri reytinqlərdə ən aşağı yerlərdə qərarlaşıb.

“Onlara qibtə edirəmmi?” essesində (səh 228) İ. Nəbioğlu yazır:

“Ermənilər sevinirlər

Həm də çox. Və buna haqları da var.

Erməniəsilli alim dünyanın ən perestijli mükafatına –Nobelə layiq görülüb”.

Söhbət Livanın payraxtı Beyrutda bir erməni ailəsində doğulan Ardem Pataputyanın Fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülməsindən gedir.

Nəbioğlu davam edir:

“Ermənilər sevinirlər

Onlara qibtə edirəmmi?

Edirəm, həm də çox.

O qədər çox ki, sözlə ifadə edə bilmirəm.

İstəyirəm, bizdən də belə alimlər çıxsın.

İstəyirəm, biz də elm tarixinə düşək.

Tədrislə, təhsilin dili ilə bağlı fikirlərimdə nə qədər haqlı olduğumu görürəm yenə...”

İbrahim Nəbioğlu anlamır ki, Pataputyan heç Ermənistanın üzünü görməyib. 300-dən çox yəhudi Amerika elm mühitində Nobelə layiq görülüb.

Ermənini kitaba salmağa nə ad qoymaq olar? Yaxud Əziz Səncərlə niyə öyünmür?

Kitabın 6-cı fəslində “Nobel mükafatı cazibəsi” başlığı altında dərc olunan məqalələr internet materiallarıdır. Təhlil yoxdur. Mənbə göstərilmir, 48 səhifə plagiatdır. Hamının bildiyi informasiyalardır. İbrahim Nəbioğlu belə bir kitabla Azərbaycan cəmiyyətini ovsunlaya bilibsə, vallah, qoçaq adamdır.

Adam bəs haralı olar?

Bu məqaləsində İbrahim müəllim Şimali Amerika alimlərinin daha çox elm sahələri üzrə Nobelə layiq görülmələrinin səbəbini izah edə bilməyib. Problemdən tam məlumatsızdır. Oxucunu çaşdırır. Bu məqalədə bircə maraqlı məqam var. İzah edə bilməyəndə məlum ləhcəyə müraciət edib: “Ağrın alem, bə adam haralı olar?!”

Erməni əsilli Daron Əcəmoğlunu da xeyli tərifləyib. Bu fonda biz azərbaycanlılara həqarət edib. Sitat: “Bizim Tolstoyevski isə balasını rusca oxudur, uşaq məktəbə sanki 11 illik rus dili kurslarına gedir. 170 balla universitetə girir, 4 il ayaq döyür, başında yellər, əlində bir kağız parçası məzun olur...”

Zəruri qeyd: Kitabda böyük alimlər və filosoflar haqqında verilən məlumatlar çox bəsitdir. Mətnlər arasında məntiqi əlaqə yoxdur.

İbrahim Nəbioğlunun kitabına kitabxanamda yer tapa bilmədim. Elsonun bukinistinə verəcəm.

Əsl bukinistlik kitabdır.

Etibar Əliyev,

Alim, sabiq millət vəkili, təhsil eksperti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 Oktyabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see401

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see363

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see345

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see322

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see320

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see294

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see262

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see253

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see248

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see232

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see221

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see191

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see182

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see179

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see177

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see174

2027 ci ildə həyatını dəyişəcək və qəfil varlanacaq bürclər

19 Avqust 2026 00:02see170

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see165

Əlbəttə, pley off mərhələsi xüsusi həyəcan doğurur Valdas Dambrauskas

19 Avqust 2026 01:26see161

Türkiyədə keçmiş nazirin məzarı açılacaq ŞÜBHƏLİ ÖLÜM

19 Avqust 2026 02:05see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri