Qəbələnin iki kəndində həkim məntəqəsi əsaslı təmir olunub
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Qəbələ rayonunun Hacıalılı və Zalam kəndlərində uzun müddət yararsız vəziyyətdə olan həkim məntəqələri əsaslı təmirdən sonra istifadəyə verilib.
SİA-nın məlumatına görə, Qəbələ Rayon İcra Hakimiyyətindən bildirilib ki, istifadəyə verilən həkim məntəqələrində Qəbələ Rayon Mərkəzi Xəstəxanasının və məntəqələrin tibb heyəti tərəfindən sakinlərin müayinəsi aparılıb.
Pediatr, terapevt, nevroloq, həmçinin EKQ və ultrasəs müayinələrindən keçirilən sakinlər regionlarda əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülmüş işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 07 Fevral 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















