“Qəbələ”nin məşqçisi: “Daha yaxşı hazırlaşmışdıq”
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qəbələ”nin məşqçisi Amil Ağacanov Azərbaycan Premyer Liqasının dördüncü turunda “İmişli” üzərində qazanılan qələbəni (2:1) şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis komandada baş məşqçi dəyişikliyindən sonra əvvəlki matçları diqqətlə təhlil etdiklərini bildirib.
“Komandada məşqçi dəyişikliyi baş verdi. Biz əvvəlki oyunları təhlil etdik və daha yaxşı hazırlaşdıq. Bilirdik ki, “İmişli” uzun ötürmələr və standart vəziyyətlər zamanı yaxşı oynayır. Müvafiq qaydada da hazırlaşmışdıq. Hamınızı qələbə münasibətilə təbrik edirəm”, – deyə Ağacanov bildirib.
O, həmçinin çempionatın ilk üç turunda bir qol belə vurmayan “Qəbələ”nin bu dəfə rəqib qapısına iki dəfə yol tapmasının səbəbini izah edib.
“Mən hansısa problemin olduğunu deməzdim. Bu, çempionatın əvvəli idi. Sadəcə, yaratdığımız epizodlardan istifadə edə bilmirdik. Futbolçularla fərdi şəkildə söhbət etdik”, – deyə məşqçi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 04 Sentyabr 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















