Qəbələnin qaranlığa qərq olan yolları: turizm bölgəsinin problemləri bitib tükənmir
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qəbələ turizm, təbiət gözəllikləri və tarixi abidələri ilə ölkəmizin ən cazibədar rayonlarından biri kimi tanınır.
Avtosfer.az xəbər verir ki, rayonun infrastrukturda olan problemlər bəzi hallarda yerli sakinlərin və sürücülərin narazılığına səbəb olur. Məsələn, Zarağan-Ağdaş yolunun işıqlandırmasında olan nasazlıq gecə saatlarında təhlükəli vəziyyət yaradır. Xüsusilə kəndlərə dönən yolayrıclarında işıqlandırmanın olmaması bu təhlükəni ikiqat artırır.
Sakinlərin sözlərinə görə, mövcud problem uzun müddətdir ki, davam edir. Nəticədə qaranlıq yollar həm piyadalar, həm də sürücülər üçün çətinliklər yaradır.
Məsələ ilə bağlı Qəbələ Rayon İcra Hakimiyyətinə ünvanlanan müraciətlərimiz və zənglərimiz cavabsız qaldı.
Qeyd edək ki, Qəbələnin yollarının işıqsız qalması təkcə təhlükəsizliyə təhdid deyil, həm də turizm potensialına mənfi təsir edir.
Fidan Məmmədova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 23 Dekabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















