Icma.az
close
up
RU
AYNA nın bu yoldakı problemləri bitib tükənmir Video

AYNA nın bu yoldakı problemləri bitib tükənmir Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Son bir il ərzində paytaxtın Xocalı prospektində hərəkətin təşkili ilə bağlı edilmiş yeniliklərdən sonra yaranmış problemlər bitmək bilmir.

“Qafqazinfo” xəbər verir ki, mövzu ilə bağlı dəfələrlə məlumatların yayılmasına baxmayaraq, prospekt boyu avtobus zolağının çəkilməsindən sonra parkinq ərazisindən çıxan bəzi minik avtomobillərinin cərimələnməsi davam edir. Bu da sürücülərin haqlı narazılığına səbəb olur.

Belə ki, sürücülər avtobus zolağının sağında yaradılmış parkinq ərazisindən çıxıb avtomobillə öz zolaqlarına doğru hərəkət edərkən qarşıda kəsilmiş xətlə nişanlanmış hissənin olmadığı üçün növbəti yol kəsişməsinədək avtobus zolağı ilə hərəkət etməyə məcbur olur. Bu da onların ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş yerdə hərəkət etməsi anlamına gəlir və DYP kameraları vasitəsilə 100 manat + 2 cərimə balı ilə cərimələnməsinə gətirib çıxarır.

Prospektdə hərəkətin təşkilinin təmin edilməsi layihəsini həyata keçirmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi daha əvvəl də burada problemin olmadığını açıqlasa da, sürücülər hələ də qeyd edilən məsələyə görə cərimələndiklərini bildirirlər.

Sözügedən yoldan daha bir sürücü video paylaşıb, haqsız yerə cərimələndiyini bildirib. Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirib ki, vətəndaşın sosial şəbəkə hesabından etdiyi son videomüraciətlə əlaqədar araşdırma aparılır: “Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.az-a belə açıqlama verilib: “Xətai rayonunun Xocalı prospektində avtobus zolağı və parklanma məntəqələri yolun hərəkət hissəsinin sağında yanaşı yaradılıb. Parklanma yerinə daxil olmaq və oradan çıxmaq üçün xüsusi hərəkət zolağında qırıq xətlərlə giriş və çıxış təşkil edilib. Hərəkət iştirakçılarına yol cizgi xətlərinin tələblərinə riayət etmək tövsiyə olunur”.

Ümumilikdə isə ərazidən paylaşılan görüntü göstərir ki, burada parkinq ərazisinin seçimi və hərəkətin təşkilində müəyyən qüsurlar var. Çünki Xocalı prospektində yerləşən şadlıq evinin qarşısındakı mövcud cib tipli parkinq piyada səkisinin hesabına yaradılıb. Mütərəqqi şəhərsalma prinsiplərinə uyğun olmayan parkinqin yaradılması ilə ərazidə piyadalar üçün çox ensiz bir yer qalıb və onların hərəkəti xeyli çətinləşib. Bundan başqa avtobus zolağından sağda parkinqin yerləşməsi həm də ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinə də əlavə çətinliklər yaradır və qəza riskini artırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Yanvar 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see354

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see318

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see290

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see274

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see273

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see269

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see269

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see260

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see250

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see246

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see243

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see242

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see236

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see232

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see221

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see216

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see216

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see205

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri