“Qəbələ”nin “Sumqayıt” kabusu: Qolsuz və qələbəsiz seriyalar
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Misli Premyer Liqasının VII turunda bu gün "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək. Sport24.az-ın məlumatına görə, bu, komandaların ölkə çempionatları tarixində 51-ci qarşılaşması olacaq.
İndiyədək keçirilən 50 oyunun 10-da "kimyaçılar", 25-də isə "qırmızı-qaralar" meydanı üç xalla tərk edib. Daha 15 görüş heç-heçə ilə yekunlaşıb.
Topların nisbətində də "Qəbələ"nin üstünlüyü var - 71:40.
Bununla belə, son illərdə "Sumqayıt" bu rəqibinə qarşı aşkar üstünlüyə malikdir. Belə ki, "Gənclik şəhəri" təmsilçisi Premyer Liqada "Qəbələ" ilə keçirdiyi son 7 oyunda məğlub olmayıb.
Üstəlik, "Qəbələ" son 6 çempionat görüşündə "Sumqayıt"ın qapısına yol tapa bilməyib. "Qırmızı-qaralar"ın bu rəqib üzərində həm qələbə qazandığı, həm də qol vurduğu son oyunlar isə 2023-cü ilə təsadüf edir.
Qeyd edək ki, bu gün keçiriləcək "Sumqayıt" – "Qəbələ" qarşılaşması saat 19:30-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 10 Oktyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















