Icma.az
close
up
RU
Qəbiristanlıqların statusu dəyişir? Qəbir biznesi kimə tabe olacaq?

Qəbiristanlıqların statusu dəyişir? Qəbir biznesi kimə tabe olacaq?

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son dövrlər Azərbaycanda qəbiristanlıqların salınması və idarə olunması ilə bağlı təsdiq edilmiş qaydaların icrasında ciddi uyğunsuzluqlar müşahidə olunur. Mövcud qəbiristanlıqların bir qisminin hüquqi statusu, hansı qurumun balansında olduğu və faktiki olaraq kim tərəfindən idarə edildiyi aydın deyil.

Bu problem Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov tərəfindən Regional məsələlər komitəsinin iclasında da gündəmə gətirilib.

Deputat bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı bildirib ki, hazırkı qaydalar əsasən yeni salınan qəbiristanlıqlara şamil olunur, lakin bir sıra mövcud qəbiristanlıqlar anlaşılmaz şəkildə bələdiyyələrin üzərinə ötürülür.

Bəs bu proses hansı hüquqi məntiqə əsaslanır, qəbiristanlıqlara nəzarət kimdə olmalıdır və ən əsası - dəfn prosesi niyə vətəndaş üçün getdikcə daha ağır maliyyə yükünə çevrilir?

Məlumat üçün bildirək ki, 29 dekabr 2017-ci ildə qəbul edilən qanun dəyişikliyi ilə “Bələdiyyələrin statusu haqqında” Qanuna qəbiristanlıqların saxlanılması, idarə edilməsi və köçürülməsi ilə bağlı əlavə səlahiyyətlər daxil edilib. Bu dəyişikliklərin icrasını təmin etmək məqsədilə Prezidentin 18 yanvar 2018-ci il tarixli fərmanına əsasən, Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli qərarı ilə “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiqlənib. Eyni zamanda dəfn sahəsində uçot və nəzarət dövlət tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Qəbiristanlıqların reyestri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılır. Dəfnlərin vahid dövlət reyestrinə isə Ədliyyə Nazirliyi cavabdehdir. Bu reyestrdə dəfn olunmuş şəxslər, qəbiristanlıqlar və qəbir yerləri barədə məlumatlar, eləcə də reyestrin aparılması ilə bağlı xidməti məlumatlar toplanır.

“AĞ Partiya” başqanı Tural Abbaslı mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Məsələ hansı aspektdən qaldırılıb və konkret olaraq nə demək istənilib – bunu dəqiq deyə bilmərəm. Amma onu bilirəm ki, bələdiyyələr böyük məmnuniyyətlə həmin qəbiristanlıqları öz balanslarına almaq istəyərlər və onları əlavə gəlir mənbəyinə çevirməyə çalışarlar. Faktiki olaraq bu gün də bu vəziyyət mövcuddur. Bu gün Azərbaycanda, xüsusən də Bakıda, təəssüflə qeyd etməliyik ki, dünyasını dəyişən şəxsin ailəsinin maddi imkanı yoxdursa, onun dəfn olunması ciddi problemə çevrilir. Demək olar ki, istənilən qəbiristanlıqda, istənilən bir insanın dəfn edilməsi üçün “qəbir yeri” adı altında bu və ya digər formada insanlardan müxtəlif məbləğlərdə pullar toplanılır. Bu məbləğlər bəzi hallarda 500 manatdan başlayır və Bakı ərazisində bir qəbir yeri üçün 20–25 min manata qədər yüksəlir. Bu isə artıq təəssüf ki, dəfn prosesinin faktiki olaraq biznesə çevrildiyini göstərir.

Mən də hesab edirəm ki, dəfn prosesi – mütləq şəkildə nizama salınmalı və müəyyən qaydalara tabe olmalıdır. Mövcud qanunvericilikdə bununla bağlı hansı müddəaların nəzərdə tutulduğunu dəqiq bilməsəm də, maraqlıdır ki, dünya praktikasında insan dünyasını dəyişdikdə onun dəfn prosesinin bələdiyyələrin üzərinə düşməsi praktikası mövcuddur.

Hazırda insanın maddi durumundan asılı olmayaraq, bir çox ölkələrdə bələdiyyələr prosesə müdaxilə edir, mərhumun nəşi götürülür, bütün dini ayinlər həyata keçirilir və dəfn prosesi təmin olunur. Yəni bizdə də bu cür olmalıdır. Axı bələdiyyələr mövcuddur, onlara səlahiyyətlər verilir, bələdiyyələr vergi yığırlar. Heç olmasa insanın son mənzilə yola salınması mərhələsində bələdiyyələr, ümumilikdə isə dövlət qurumları vətəndaşlara dəstək göstərsinlər, onlara kömək olsunlar”.

Qəbiristanlıqlarla bağlı məsələyə, qəbirüstü abidələrin qoyulmasına gəldikdə, Tural Abbaslı qeyd edib ki, bu sahədə hazırda ciddi xaotik vəziyyət mövcuddur və bu, mütləq şəkildə qaydaya salınmalıdır:

“Amma narahatlığım ondadır ki, sabah hansısa deputat çıxıb bununla bağlı qanun layihəsi təqdim edəcək və nəticədə elə bir mexanizm yaradılacaq ki, yenə də vətəndaşın cibindən əlavə pul çıxarmağa başlayacaqlar. Ya rüşvətə yol açılacaq, ya da başqa sui-istifadə hallarına zəmin yaranacaq. Bu, düzgün yanaşma deyil. Bu məsuliyyət sırf dövlətin üzərinə düşməlidir. Düşünürəm ki, dövlət dəfn prosesi ilə bağlı bütün xərcləri və öhdəlikləri tam şəkildə öz üzərinə götürməlidir. Qəbiristanlıqların ayrılması, yerlərin müəyyən olunması isə ərazi üzrə əhalinin sıxlığına, insanların qeydiyyatda olduğu ünvanlara və ya doğulduqları yerlərə əsasən tənzimlənə bilər. Bu, məncə, geniş ictimai müzakirə tələb edən bir mövzudur. Təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda, xüsusən də Bakıda bu sahə biznes maraqlarına çevrildiyi üçün qəbiristanlıqlarla bağlı xaotik vəziyyət bu gün də davam edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Fevral 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri