Qəbul imtahanında 600 və daha yüksək bal toplayan abituriyentlər “Bilik yarışının öncülləri” layihəsinə dəvət olunurlar
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 19 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanında 600 və daha yüksək bal toplayan gəncləri “Bilik yarışının öncülləri” internet layihəsində fəal iştirak etməyə, öz təcrübələrini paylaşmağa dəvət edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, “Bilik yarışının öncülləri” internet layihəsi 2016-cı ildən etibarən istifadəyə verilib və abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr olunur.
Layihənin missiyası yüksək bal toplamış gənclərin təbliği ilə yanaşı, bilik yarışının öncüllərinin təcrübələrini şagirdlərə, gələcək abituriyentlərə örnək kimi təqdim etməkdir.
Layihədə iştirak etmək üçün şəxsi kabinetin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə www.abiturient.az saytında təqdim edilən anket-sorğunu doldurmaq lazımdır. Anket-sorğu yalnız bir dəfə və bütün bəndləri doldurulur. Saytda yalnız anket-sorğunu doldurmuş və “Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin www.abiturient.az saytında təqdim olunmasına razısınızmı?” sualına “bəli” cavabını qeyd etmiş gənclər haqqında məlumat təqdim ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 19 Sentyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















