Icma.az
close
up
RU
Qəbul imtahanları: maksimal balın əhəmiyyəti varmı?

Qəbul imtahanları: maksimal balın əhəmiyyəti varmı?

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 1 iyun 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan etdi. İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə https://eservices.dim.gov.az/2025/netbak/ linkində tanış oldular.

Verilən məlumata görə imtahanda iştirak etmək üçün ərizəsini təsdiq etmiş 37693 abituriyentdən (I qrup üzrə 31167 nəfər, IV qrup üzrə 6526 nəfər) 1551 nəfər (I qrup üzrə 1379 nəfər, IV qrup üzrə 172 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 7 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 7986 abituriyentdən 954 nəfər coğrafiya fənni üzrə imtahana gəlməyib.

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Neftçala rayonu Bankə qəsəbə 2 saylı orta məktəbin məzunu Əliyev Mirağa İxtiyar oğlu və Gəncə şəhər 13 saylı orta məktəbin məzunu İsmayılov Alı Vəfadar oğlu göstərib. İsmayılov Alı Vəfadar oğlu hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək nəticəni (697.5 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 297.5 bal toplayıb.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 nəfər – Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin məzunu Əliyeva Fidan Ayaz qızı, Mingəçevir şəhər 11 saylı orta məktəbin məzunu Hüseynli Arif Pərviz oğlu, Xaçmaz rayon 8 saylı şəhər orta məktəbinin məzunu Əliyeva Ləman Vasif qızı, Bakı şəhər 129 saylı orta məktəbin məzunu Babayev Anar Qurban oğlu, Bakı şəhər 220 saylı məktəb-liseyin məzunu Xəlilova Aylin Rauf qızı göstərib. Xəlilova Aylin Rauf qızı hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (697.5 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 297.5 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 21 iyun saat 10:00-dan 23 iyun saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır, abituriyentlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir, abituriyentlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir. Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab kartında (vərəqində) təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Məlumat üçün qeyd edək ki, Dövlət İmtahan Mərkəzi təxminən 2 həftə əvvəl II və III ixtisas qrupları üzrə 25 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsi də elan edilmişdi. İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 54246 abituriyentdən (II qrup üzrə 25960 nəfər, III qrup üzrə 28286 nəfər) 2018 nəfər (II qrup üzrə 1296 nəfər, III qrup üzrə 722 nəfər) imtahanda iştirak etməmişdi. İmtahanda iştirak edən abituriyentlərdən 13 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunaraq nəticələri ləğv edilmişdi.

Həmin imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 391.7 bal toplayan Ucar rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Cənnətov Fuad Əlikram oğlu göstərmişdi. O, imtahanın birinci mərhələsində 282.3 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 680.0 bal toplayan Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunu İsmayılzadə Xədicə Xaliq qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 380.0 bal toplayıb.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 2 nəfər – Qax rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Hümmətli Çiçək Hümmət qızı və Qazax rayonu 1 saylı şəhər tam orta məktəbinin məzunu İbrahimov Əli Ruslan oğlu göstərib. Hümmətli Çiçək Hümmət qızı imtahanın birinci mərhələsində 297.5 bal toplayıb. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 697.5 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. İbrahimov Əli imtahanın birinci mərhələsində 290 bal toplayıb.

Qeyd edək ki, bu ilki qəbul imtahanlarında maksimal balı (700) toplayan şagird olmadı. 1000-dən çox abutiriyent isə 600-dən yuxarı bal toplayıb. Ötən il 7 abituriyent 700 bal toplamışdı. I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə 2 nəfər maksimum nəticə - 700 bala nəticə göstərmişdi.

Bu il 3-cü qruplar üzrə balların artacağı barədə məlumatlar da var. Bu barədə bir müddət əvvəl Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə açıqlama vermişdi. Onun sözlərinə görə, II ixtisas qrupunda bu vəziyyət müşahidə edilmir: “I və IV ixtisas qrupunda da düşünürük ki, ballar ötənilki səviyyədə olsun. Ümumilikdə, ərizə verənlərin sayından yox, bütün imtahan nəticələrindən sonra müqayisə edilə bilər ki, müsabiqəyə kim buraxılsın. Müsabiqəyə buraxılanlar isə yalnız 200 baldan, ya da müəyyən istiqamətlər üzrə 150 baldan yuxarı nəticə göstərən şəxslərdir”.

Təhsil eksperi Ramin Nurəliyev Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadənin dediklərinə münasibət bildirərkən deyir ki, keçən il balların artmasına səbəb buraxılış imtahanının suallarının əvvəlki illərlə müqayisədə asan olması idi: “Blok imtahanları da çətin olmadı. Nəticə etibarilə əvvəlki illərə nisbətdə ortalama qruplara görə 30-80 bal artım müşahidə olundu. Bu qəbul ilində isə hələ ki, yəni buraxılış və blok imtahanının birinci cəhdini analiz edəriksə, rahatlıqla qeyd edə bilərik ki, buraxılış imtahanı keçən ilki buraxılış imtahanından asan deyildi. Eləcə də, blok imtahanı tarix fənnini nəzərə alarıqsa keçən ilkinə nisbətdə çətin idi. Əgər suallar çətin olarsa ballar düşür, asan olarsa, ballar qalxır. İndi belə bir sual formalaşır: dəyərli DİM sədri niyə belə bir fikir bildirib? Axı suallar çətin olub deyilir. Çətin olan suallara görə ballar qalxmamalıdır, əksinə düşməlidir. Demək ki, DİM sədri ikinci cəhd imtahanının asan olacağı siqnallarını verir. Əgər həqiqətən də 3-cu qrupda ballar xanımın dediyi kimdirsə, yəni 3-5 bal artacaqsa, demək ki, ikinci cəhddə suallar birinciyə nisbətən asan olacaq. Ehtimalıma görə, belə bir vəziyyət birinci cəhdin nəticəsinə görə mümkünsüzdür”.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması ” istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:313
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 İyun 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see301

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see253

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see247

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see244

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see230

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see228

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see223

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see219

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see215

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see209

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see205

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see203

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see202

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see197

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see190

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see189

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see183

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see172

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see162

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri