Icma.az
close
up
RU
Qəbul imtahanları süni intellektlə yoxlanılacaq EKSPERT

Qəbul imtahanları süni intellektlə yoxlanılacaq EKSPERT

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illərdə dünyanın bir çox sahəsində olduğu kimi, təhsil sistemində də süni intellektin tətbiqi sürətlə genişlənir. Dünyanın bir çox ölkələrində imtahanların qiymətləndirilməsində, xüsusilə də açıq sualların təhlilində süni intellektdən istifadə təcrübəsi formalaşmaqda davam edir. Belə ki, yaxın gələcəkdə ölkəmizdə də qəbul imtahanlarının nəticələrinin süni intellekt vasitəsilə yoxlanılmasıyla bağlı fikirlər mövcuddur.

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Əmrah Həsənli bildirib ki, təhsil sistemində süni intellektin tətbiqi artıq gələcəyin yox, bu günün reallığına çevrilib. Onun sözlərinə görə, əgər bu proses Azərbaycanda da tətbiq olunarsa, məqsəd insan faktorunun yaratdığı subyektivliyi minimuma endirmək və qiymətləndirməni daha obyektiv mexanizm üzərindən aparmaq olacaq.

“Əslində, süni intellekt vasitəsilə yoxlanış prosesi yalnız “cavabı avtomatik oxumaq” deyil, eyni zamanda “analitik təhlil və məntiqi ardıcıllığı” müəyyənləşdirmək üzərində qurulur. Bu sistemlər əvvəlcədən minlərlə cavab nümunəsi ilə qidalanır, cavabların strukturu, ifadə tərzi və məzmunu üzərində dərin təlimdən keçir. Yəni süni intellekt hər bir cavabı müəyyən “qiymətləndirmə meyarları” çərçivəsində təhlil edərək nəticə çıxarır. Bu isə gələcəkdə yazılı və esse tipli sualların yoxlanışında ciddi fayda verə bilər”.

Ekspert qeyd edib ki, burada ən böyük müzakirə mövzusu ədalətlilik məsələsidir:

“Mən hesab edirəm ki, süni intellektin tam ədalətli nəticə verməsi üçün ilkin mərhələdə sistem həm alqoritmik, həm də insani nəzarət balansı ilə işləməlidir. Yəni ilk mərhələdə həm mütəxəssis yoxlanışı, həm də süni intellekt nəticələri müqayisəli şəkildə aparılmalıdır. Bu həm sistemin dəqiqliyini artırar, həm də ictimai inamı möhkəmləndirər. Ən real tətbiq sahələrinə gəlincə isə, bura qapalı testlər, situasiya tapşırıqları və yazılı cavabların struktur təhlilini daxil etmək olar”.

Təhsil eksperti, həmçinin vurğulayıb ki, açıq sualların tam şəkildə süni intellektlə qiymətləndirilməsi üçün sistemin Azərbaycan dilinin semantik xüsusiyyətlərinə uyğunlaşdırılması vacibdir:

“Bu mərhələ texniki və dil baxımından çox ciddi hazırlıq tələb edir.

Mən bu prosesi çox pozitiv qarşılayıram. Hesab edirəm ki, süni intellekt təhsildə şəffaflığın və obyektivliyin əsas təminatçılarından birinə çevriləcək. Amma bu, tələsik deyil, mərhələli şəkildə - pilot layihələr, dil modellərinin lokallaşdırılması və mütəxəssis nəzarəti ilə aparılmalıdır. Real proqnoz versək, Azərbaycanda bu sistemin praktik tətbiqi 2-3 il ərzində, ilkin mərhələdə isə sınaq formatında mümkün görünür”.

Yekun olaraq ekspert onu da əlavə edib ki, süni intellekt müəllimi və ya imtahançını əvəz etmir, sadəcə qiymətləndirmə prosesinə daha dəqiq, obyektiv və şəffaf yanaşma gətirir. Ə.Həsənlinin fikrincə, burada əsas məsələ bu texnologiyanı düzgün yönləndirmək və onu təhsilin keyfiyyətinə xidmət edən alətə çevirməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Oktyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri