Icma.az
close
up
RU
Qəbulda əsəbiləşdiyi üçün öldüyü deyilən müəllimlə bağlı Açıqlama Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Qəbulda əsəbiləşdiyi üçün öldüyü deyilən müəllimlə bağlı Açıqlama Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Goranboy şəhər 1 nömrəli tam orta məktəbdə fizika fənnini tədris edən Elnur Aslanovun bir neçə gün öncə Goranboy Təhsil Sektorunda qəbul zamanı əsəbiləşdiyi üçün beyninə qan sızdığı, bundan sonra olunan tibbi müdaxilələrə baxmayaraq vəfat etdiyi iddia olunurdu.

"Qafqazinfo”nun məlumatına görə, məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi açıqlama yayıb.

Bildirilib ki, fizika müəllimi Elnur Aslanovun 30 oktyabr tarixində Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədovun qəbulunda olması və qəbuldan sonra əsəbləşərək halının pisləşməsi məlumatları həqiqəti əks etdirmir:

"Belə ki, Elnur Aslanov 30 oktyabr, saat 17:00 radələrində çalışdığı məktəbin direktor vəzifəsini icra edən Gülxanım Abdullayeva ilə birgə SIMA proqramının yüklənməsinə dəstək göstərilməsi məqsədi ilə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun inzibati binasına gəliblər. Sektorda təxminən 30 dəqiqə qaldıqdan sonra işini bitirib, sektor müdirinin qəbulunda olmadan evə getmək üçün binadan ayrılıb”.

Qeyd edilib ki, sektorun həyətində müəllimin halının pisləşdiyini görən sektorun əməkdaşları dərhal təcili tibbi yardım xidmətinə müraciət ediblər:

"Elnur Aslanov Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Təəssüf hissi ilə bildiririk ki, Elnur Aslanov 03 noyabr 2024-cü il tarixdə öz evində dünyasını dəyişib. Sosial şəbəkələrdə Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru ilə bağlı səsləndirilən digər məsələlər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb. Məsələ ilə bağlı hazırda araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Noyabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri