Qədim Azərbaycan şəhərinə dolu düşəcək
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gümrü və Aparan şəhərlərində bu gün axşam saatlarında güclü yağışların yağacağı gözlənilir.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Hidrometeorologiya və Monitorinq Mərkəzinin direktoru Levon Azizyan məlumat verib.
O, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada yaxın saatlarda hər iki yaşayış məntəqəsində leysan xarakterli yağışların gözlənildiyini bildirib.
“Yaxın saatlarda Gümrü və Aparan icmalarında güclü yağışlar gözlənilir. Eyni zamanda dolu düşməsi ehtimalı da var”, – deyə Levon Azizyan qeyd edib.
Meteoroloq sakinləri hava şəraitinin pisləşməsi ehtimalını nəzərə almağa çağırıb.
Baxış sayı:110
Bu xəbər 12 İyun 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















