Icma.az
close
up
RU
Qədim Moran şəhəri, Yardımlının köçürülən kəndləri, küp qəbirlər "Rüstəmxanlı söhbətləri" VİDEO

Qədim Moran şəhəri, Yardımlının köçürülən kəndləri, küp qəbirlər "Rüstəmxanlı söhbətləri" VİDEO

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı "Bakupost TV"-də aparıcısı olduğu "Rüstəmxanlı söhbətləri" verilişinin növbəti buraxılışını doğulduğu Yardımlı rayonuna həsr edib.

Dünyaya gəldiyi Hamarkənd yaxınlığındakı "El yolu"nda kamera qarşısına keçən S.Rüstəmxanlı bu yolun tarixi haqda maraqlı məlumatlar açıqlayıb:

"Vətənin hər yeri mənim xoşuma gəlir, amma elə nöqtələr var ki, orada dayananda sanki kosmosdan, fəzadan hansısa enerji gəlir və sənin içinə dolur. Bir az xiffət, bir az kədər... Biz burada El yolunun üstündə dayanmışıq. Bu, vaxtilə Muğandan, Şirvandan gəlib Ərdəbilə gedən yollardan biridir. Burada niyə həmişə duyğulanıram? Çünki bizim babalarımız bu yaylaq yerləri olan Haçayurd, Dibyurd, Ortayurd, Tiydaş yolları ilə gediblər, həm də Muğanda qışlaqları olub. İndi isə orada sərhəddir. O yollar gedir, dirənir Ərdəbil ilə bizim aramızdakı sərhədə. Mən həmişə xiffət, kədər deyəndə onu düşünürəm".

Xalq şairi heç zaman Yardımlı haqqında deyilən "ucqar rayon" ifadəsi ilə razılaşmadığını bildirib:

"Həmişə deyirlər, Yardımlı ucqar rayondur, amma mən bütöv Azərbaycanı fikirləşmişəm və demişəm ki, əslində bura ucqar deyil. Bir tərəfi Təbriz, bir tərəfi Xəzər olan yer ucqar olmaz. Bunu yazmışam. Əgər Azərbaycan bir gün bütövləşsə (günün birində hökmən bütövləşəcək), onda bu dağlar onun ortasında ən gözəl guşələrdən biri olacaq".

S.Rüstəmxanı həmçinin sovet vaxtı Yardımlının sərhədə yaxın olan 28 kəndinin köçürülməsindən, qədim Moran şəhəri və Deman kəndindən, eləcə də Yardımlı ərazisində rast gəlinin küp qəbirlər mədəniyyətindən söz açıb.

Ətraflı videoda...


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Sentyabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri