Icma.az
close
up
RU
Qədir Xəlilov: Kibertəhlükəsizlik sahəsində gənclərin fəal iştirakı strateji əhəmiyyət daşıyır

Qədir Xəlilov: Kibertəhlükəsizlik sahəsində gənclərin fəal iştirakı strateji əhəmiyyət daşıyır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 aprel, AZƏRTAC

Müasir dövrün başlıca çağırışlarından biri olan kibertəhlükəsizlik sahəsində gənclərin fəal iştirakının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov aprelin 23-də Bakıda keçirilən Gənclərin Kibertəhlükəsizlik Forumunda çıxışı zamanı söyləyib. O, forumun əhəmiyyətindən danışaraq qeyd edib: “Bu gün biz yalnız müzakirə üçün deyil, eyni zamanda, aktual və vacib bir mövzunu gənclərlə birlikdə dəyərləndirmək üçün buradayıq. Gənclər Fondu olaraq bu cür təşəbbüslərdə sizinlə birlikdə olmaqdan məmnunluq duyuruq”.

Q.Xəlilov forum çərçivəsində kibertəhlükəsizlik mövzusunun müzakirəsinin son dərəcə vacib olduğunu bildirərək bu sahədə gənclərin maarifləndirilməsinin və təşəbbüslərə cəlb olunmasının prioritet istiqamətlərdən biri olduğunu bildirib. O, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının fəaliyyətini yüksək qiymətləndirib və təşkilatın son dövrlərdə reallaşdırdığı önəmli layihələri nümunə göstərib: “ATGTİ ailəsi artıq cəmiyyətimiz və dünyamız üçün əhəmiyyət daşıyan məsələlərə dair mühüm təşəbbüslərlə çıxış edir. Yaxın zamanda keçirilmiş Quantum Forumu, eləcə də ötən həftə baş tutan “Süni İntellekt və Təhsil” mövzusunda tədbir bu istiqamətdə atılmış uğurlu addımlardandır. Bu gün keçirilən Kibertəhlükəsizlik Forumu da olduqca məqsədəuyğundur. Forumda ölkənin aparıcı ekspertlərinin iştirakı tədbirin həm elmi, həm də praktiki dəyərini daha da artırır”.

Q.Xəlilov Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətinin ölkədə gənclərin hərtərəfli inkişafına şərait yaratdığını diqqətə çatdırıb. O bildirib ki, bu siyasət çərçivəsində kibertəhlükəsizlik məsələsi də əsas prioritetlərdən biri kimi qəbul olunur: “Sürətlə inkişaf edən rəqəmsal texnologiyalar fonunda kibertəhlükələr də artır və bu baxımdan gənclərin bu sahədə biliklərlə silahlanması, təşəbbüslərə qoşulması və maarifləndirilməsi strateji əhəmiyyət kəsb edir”.

Sonra Qədir Xəlilov forum iştirakçılarına uğurlar arzulayaraq bu kimi təşəbbüslərin davamlı şəkildə həyata keçirilməsinin vacibliyini bir daha vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri