Icma.az
close
up
RU
Şəhid anası: Qısa ömrünə baxmayaraq, o, qəhrəmanlığı ilə yaddaşlarda əbədi qalacaq

Şəhid anası: Qısa ömrünə baxmayaraq, o, qəhrəmanlığı ilə yaddaşlarda əbədi qalacaq

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şirvan, 27 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Torpağın da yaddaşı var və o yaddaşda Vətən uğrunda can verənlərin adı əbədi yaşayır. Vətəni üçün canını fəda edən belə igidlərdən biri də gənc yaşında ölümsüzlüyə qovuşan Qəribov Asif Səxavət oğludur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Asif Qəribov 2000-ci il sentyabrın 10-da Şirvan şəhərində anadan olub. Böyüdükcə zəhməti, mərdliyi və əxlaqı ilə seçilən Asif uşaqlıqdan fərqli bir xarakterə malik idi - arzuları böyüklərə məxsus idi. Atasını itirdikdən sonra ailəsinin dayağına çevrilən Asif bacı-qardaşına həmişə dayaq olub. Çiyinlərinə düşən məsuliyyəti yeniyetmə yaşlarından ləyaqətlə daşıyıb.

Onun ən böyük arzusu şəhidlik zirvəsinə ucalmaq idi, çünki Asif üçün Vətən sadəcə torpaq deyil, müqəddəs bir amal idi. Tez-tez “bir gün bu torpaqları öz canımızla, qanımızla azad edəcəyik” deyərdi.

Şəhidin anası Mərmər Qəribova oğlunu belə xatırlayır: “Asif çox vətənpərvər, ağıllı və zəhmətkeş idi. O deyirdi ki, bir gün torpaqlarımızı azad edəcəyik və siz şəhid valideyni olduğunuzla qürur duyacaqsınız. Mən indi qürurluyam, çünki Asifin arzusu çin oldu. Qısa ömrünə baxmayaraq, o, qəhrəmanlığı ilə yaddaşlarda əbədi qalacaq. Döyüşlər başlayan kimi ön cəbhəyə yollandı və qəhrəmancasına vuruşaraq şəhidlik məqamına ucaldı. Biz analar üçün övlad itkisi nə qədər ağır olsa da, övladlarımızla bir o qədər qürur duyuruq”.

Şəhidin dayısı Pənah Zərbalıyev isə deyir: “Asifin uşaqlıqdan hərbiyə marağı var idi. Həqiqi hərbi xidmətə çağrılanda sevincinin həddi-hüdudu yox idi və ruh yüksəliyi ilə xidmətə yollandı. Əsgərliyini bitirdikdən sonra yenə də ordu sıralarında qalmaq istəyirdi. Çevikliyinə və fiziki qüvvəsinə görə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət etdiyi üçün də çox sevinirdi. Xidməti vaxtı da arzusuna çatdı, Vətənimizin azadlığı uğrunda silaha sarıldı. Döyüşlər başlayandan mərdliyi və şücaəti ilə seçilib. Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Onun dəfnində böyük izdiham var idi. Qəlbimiz ağrısa da, qürurlu idik, çünki cəbhədən gələn qələbə xəbərlərini Asif və onun kimi qəhrəmanların sayəsində eşidirdik. Onlar canlarını fəda edərək torpaqlarımızı azad etdilər və daim xalqımızın yaddaşında qəhrəman olaraq yaşayacaqlar”.

Qeyd edək ki, Asif Qəribov göstərdiyi şücaətə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri