Qəhvə hər kəs üçün uyğun deyil Ekspert səbəbi izah etdi
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kasnı (çikoriy) ürək döyüntüsü və ritm pozuntusu yaşayan, lakin qəhvədən imtina etmək istəməyənlər üçün alternativ içki hesab olunur.
Milli.Az xəbər verir ki, Diyetoloq Natalya Denisovanın sözlərinə görə, gündəlik qəhvə norması dörd fincana qədər olsa da, bəzi insanlar az miqdarda kofeinə belə həssas reaksiya verirlər. Bu zaman ürəkdöyünmə, baş ağrısı və təzyiqdə qısamüddətli yüksəlmə müşahidə oluna bilər.
Mütəxəssis bildirib ki, qəhvə içdikdən sonra narahatlıq hiss edən şəxslər kasnı içkisini sınaqdan keçirə bilərlər. Qəhvəyə bənzər dada malik olan bu bitki içkisi kofein ehtiva etmədiyindən orqanizmi həddindən artıq stimullaşdırmır və qan təzyiqinin artmasına səbəb olmur.
Denisovanın sözlərinə görə, kasnının tərkibində olan inulin maddəsi qan şəkərinin tənzimlənməsinə müsbət təsir göstərir və diabet xəstələri üçün də uyğun hesab olunur.
Diyetoloq qəhvə sevənlərə təbii qəhvəyə üstünlük verməyi tövsiyə edib. Onun fikrincə, hazır qəhvədə antioksidantların miqdarı olduqca azdır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 20 İyun 2026 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















