Qəhvəni bu saatda için
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər.
Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrində dayandırmaq məsləhətdir. Çünki kofeinin təsiri bir neçə saat davam edir və günün sonlarında qəbul edilməsi yuxunun keyfiyyətini poza bilər.
Həddindən artıq kofein istehlakı ürəkdöyünmə, təzyiqin yüksəlməsi və yuxu pozğunluğuna səbəb ola bilər. Xüsusilə ürək xəstəliyi, ritm pozğunluğu və hipertoniya olan şəxslərin kofein qəbulunda daha diqqətli olması tövsiyə edilir.
Mütəxəssislər qəhvəyə şəkər, qaymaq və dadlandırıcı əlavə edilməsini də məhdudlaşdırmağı məsləhət görürlər. Belə əlavələr qan şəkəri və xolesterinin yüksəlməsinə səbəb ola bilər.
Bildirilib ki, filtr qəhvəyə üstünlük vermək daha məqsədəuyğundur. Filtrsiz qəhvənin xolesterinə təsiri daha çox ola bilər.
Həmçinin qəhvə və çayın dəmirin sorulmasını azaltdığı qeyd edilir. Bu səbəbdən dəmir çatışmazlığı olan şəxslərin kofein qəbuluna xüsusi diqqət etməsi tövsiyə olunur.
Mütəxəssislər sağlam insanlar üçün şəkərsiz və kremsiz gündə 1-2 fincan qəhvənin ölçülü qəbulunu uyğun hesab edirlər. Uşaqların isə kofeinə öyrəşdirilməməsi tövsiyə olunur.
Müəllif: Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 01 Oktyabr 2026 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















