Icma.az
close
up
RU
Qəhvəyi düyü ağ düyüdən daha təhlükəlidir ARAŞDIRMA

Qəhvəyi düyü ağ düyüdən daha təhlükəlidir ARAŞDIRMA

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Qəhvəyi düyü tez-tez öz qida dəyərinə görə təriflənir, halbuki ağ düyü hələ də istehlakçılar arasında ən populyardır.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə , Miçiqan Dövlət Universitetində aparılan araşdırma göstərib ki, qəhvəyi düyü, əslində, daha təhlükəli ola bilər - tərkibindəki daha yüksək toksin səviyyəsinə görə. 

Araşdırma nəyi göstərir?

Alimlər  qəhvəyi və ağ düyünün qida xüsusiyyətləri ilə bağlı geniş ədəbiyyat icmalı aparıblar, xüsusilə hər ikisindəki arsen (mişar) səviyyəsinə diqqət yetiriblər. Onlar müəyyən ediblər ki, qəhvəyi düyünün xarici qatında - yəni kəpəyində - arsenin, xüsusilə zərərli anorganik arsenin miqdarı daha yüksəkdir. ABŞ-da yetişdirilən düyü nümunələri üzərində aparılan analiz göstərib ki, qəhvəyi düyüdə daha zərərli anorganik arsenin payı 48% təşkil edir, bu göstərici ağ düyüdə isə 33 faiz olub.

Niyə bu vacibdir?

Düyü müxtəlif arsen formaları ehtiva edir - həm orqanik, həm də anorganik. Anorganik arsen isə insan üçün təsdiqlənmiş kanserogendir, yəni xərçəng riskini artırır, alimlər belə deyirlər. Ohio Dövlət Universitetinin Health & Discovery səhifəsində dietoloq Devon Vaqner qeyd edir ki, düyü torpaqdakı və sudakı anorganik arsenin böyük hissəsini hopdura bilir, çünki düyü çox məsaməli bitkidir və su ilə dolu sahələrdə yetişdirilir.

Qəhvəyi düyü bu zərərli arsen formasını öz xarici təbəqəsində topladığı üçün, onu yeyən insanlar xərçəng yaradan maddəyə daha yüksək səviyyədə məruz qala bilərlər.

Ən çox kim risk altındadır?

Araşdırmaya görə, 5 yaşa qədər olan uşaqlar bədən çəkisinə görə düyünü daha çox miqdarda qəbul etdiklərindən, arsenin təsirinə daha çox məruz qalırlar. Onların gündəlik anorganik arsen qəbulu hətta əvvəllər təhlükəsiz hesab edilən səviyyələri də keçə bilər. Böyüklər, xüsusən də 60 yaşdan yuxarı insanlar, bu qədər yüksək risklə üzləşmirlər.

Araşdırma nəticəsində düyü kəpəyində aşkar edilmiş anorganik arsenin yüksək konsentrasiyası, bu məhsulun "superfood" (super qida) kimi tanınması ilə bağlı geniş yayılmış fikirləri sual altına qoyur. Lakin alimlər vurğulayırlar ki, bu nəticələr qəhvəyi düyünün sağlamlıq üçün zərərli olduğunu sübut etmir - insanlar onun qəbulunu tam dayandırmamalıdırlar, çünki qəhvəyi düyü lif, maqnezium və B qrupu vitaminləri ilə zəngindir.

Əlavə xəbərdarlıq

Daha əvvəl dietoloqlar xəbərdarlıq ediblər ki, bişmiş düyünü otaq temperaturunda uzun müddət saxladıqda Bacillus cereus kimi bakteriyalar çoxala bilər və toksinlər hasil edərək qida zəhərlənməsinə səbəb ola bilər. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 Aprel 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri