Icma.az
close
up
RU
Qəlbimiz Azərbaycan əsgəri ilə birgə döyünür

Qəlbimiz Azərbaycan əsgəri ilə birgə döyünür

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Qafqaz Müsəlmanları İdarəsində 27 Sentyabr – Anım gününə həsr olunmuş tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə din xadimlərinin, ictimai-siyasi xadimlər iştirak ediblər. Mərasim Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Quran tilavəti ilə başlanıb.

Tədbiri giriş sözü ilə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə açıb:

"Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm dini konfessiya rəhbərləri, qazılarımız, din xadimləri!

Bu gün xalqımızın, dövlətimizin tarixinin möhtəşəm ildönümü ərəfəsindəyik. Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan Vətən müharibəsinin başlanmasından beş il ötür. Tarixi ədalətin bərpası yolunda Haqq savaşımızın tarixi hər bir azərbaycanlının şərəf günü, qürur mənbəyidir. İnşallah, 44 gün ərzində qazandığımız Zəfərin 5 illiyini xüsusi qeyd edəcəyik, lakin 27 sentyabr – Anım günü tarixinin milli dirçəlişimizin, dövlətçilik qüdrətimizin, Vətən sevgisinin zirvəsi olaraq xalqın yaddaşında önəmi olduqca özəldir.

Azərbaycan xalqı 27 sentyabrda öz tarixinin ən böyük imtahanına daxil oldu. İllərlə həsrətində olduğu əzəli torpaqlarını işğalçıdan, öz milli-mədəni abidələrini əsarətdən azad etmək, məscidlərini həqarətdən, sərvətlərini talandan qurtarmaq yolunda haqq mübarizəsinə başladı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu haqqımızı özümüzə qaytarmaq, beynəlxalq hüququn tanıdığı, lakin təmin edə bilmədiyi ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli vəzifəni həyata keçirdi. Bu adil savaşda Vətən yolunda canından keçən qəhrəman şəhidlərimizəə Uca Allah rəhmət eləsin, igid qazilərimizə şəfalar bəxş etsin!

Həmin günlərdə hər birimizin qəlbi Azərbaycanla, Azərbaycan əsgəri ilə birgə döyünür, 30 illik həsrətin bitəcəyinə inanırdıq. Əmin idik ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı Qarabağda qələbə çalacaq, sülh və ədalət bərqərar olacaqdır. Din xadimlərimiz həmin taleyüklü günlərdə gecəli-gündüzlü xalqın yanında oldular, əsgərlərimizə, onların ailə və yaxınlarına dini-mənəvi xidmət göstərdilər. Bu, bizim din xadimi olaraq mənəvi vəzifəmizdir və biz bu vəzifəmizi Vətən müharibəsi günlərində layiqli şəkildə həyata keçirdik. Müxtəlif dinlərə mənsub Vətən şəhidlərimizin dəfn mərasimlərinə birgə qatıldıq, müsəlman, katolik, pravoslav, yəhidi - fərq qoymadan birlikdə iştirak etdik. İstər Vətən müharibəsi günlərində, istərsə mübarək Zəfərimizdən sonra biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya başçıları dəfələrlə onlayn və bilavasitə görüşərək II Qarabağ savaşının müqəddəs amalları barədə ətraflı bəhs etmiş, haqq mücadiləmiz barədə dünya ictimaiyyətinə geniş məlumatların çatdırılması yönündə əlimizdən gələni əsirgəməmişik. Erməni tərəfinin müharibə cinayətləri, xalqımıza qarşı həyata keçirdiyi qeyri-insani əməllər haqqında, yaydıqları dezinformasiyaları və məkrli ittihamları ifşa etmək üçün əməkdaşlıq etdiyimiz bütün dini mərkəz və beynəlxalq qurumlarla intensiv iş apardıq. Fəxarət doğurucu haldır ki, möhtərəm dövlət başçımız İlham Əliyev cənabları mədəniyyət paytaxtımız Şuşanın Cıdır düzündə etdiyi tarixi çıxışı zamanı Qarabağ Zəfərinə Azərbaycanın din xadimlərinin, dindarların töhfəsini xüsusi qeyd etdi, fəaliyyətimizi yüksək dəyərləndirdi. Bu gün də Azərbaycandakı katoliklər, pravoslavlar, yəhudilər, alban-udilər müsəlmanlarla bərabər Vətən şəhidlərinin ailələrini diqqət və qayğı ilə əhatə edirlər, onların xatirələrini layiqli şəkildə anırlar. Bizim bu birliyimiz heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsidir və multikultural ənənələrimiz sayəsində Azərbaycan dövlətinin qüdrəti hər zaman qələbələrlə davam edəcəkdir.

Möhtərəm Prezidentimiz Zati-aliləri İlham Əliyev cənabları Azərbaycanı qalib ölkə, Azərbaycan xalqını zəfər çalmış xalq yüksəkliyinə qaldırdı, ata vəsiyyətini — Azərbaycan xalqının Ulu Öndərinin vəsiyyətini yerinə yetirdi. Bu gün Azərbaycanın müzəffər lideri qalibiyyət dastanımızın yeni səhifələrini yazır. Zati-aliləri “Konstitusiya və Suverenlik ili” elan etdiyi 2025-ci ildə - Böyük Qarabağ Zəfərinin 5-ci ildönümü ərəfəsində Azərbaycan xalqına daha bir misilsiz qürur və sevinc yaşatdı, dünya miqyaslı yeni Zəfər bəxş etdi, qlobal siyasi-diplomatik müstəvidə tarixi ədalətin bərpasına, suverenliyimizin ali məqamda təsdiqinə nail oldu.

Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Zati-aliləri Vaşinqton Zirvəsində beynəlxalq müstəvidə qələbəmizin manifestini bütün dünya ictimaiyyətinə nümayiş etdirdi. Haqq-ədalət öz yerini tutdu, Azərbaycana qarşı qərəz nümunəsi olan 907-ci düzəlişin ABŞ Prezidenti cənab Donald Tramp tərəfindən ləğv edilməsi Zati-alilərinə və onun simasında Azərbaycan dövlətinə olan ehtiram və etimadın təcəssümü oldu. Azərbaycanla-ABŞ arasında strateji əməkdaşlığın təməlinin qoyulması, Zati-alilərinin dünyanın lider ölkəsində yüksək səviyyədə qəbulu zamanı imzaladığı sənədlərin dəyər və mahiyyəti sayəsində ATƏT-in Minsk qrupunun onilliklərlə davam edən mənasız və nəticəsiz səylərinə son qoyuldu. Prezident İlham Əliev cənablarının Azərbaycan naminə siyasətinin daha bir təntənəsi – bölgədə sabitlik və təhlükəsizliyə təminat verən və Azərbaycan Respublikasının milli maraqlarını təmin edən, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz bağlantını təmin edən Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu adlanan Zəngəzur layihəsinin gündəmə gəlməsi oldu. Biz, din xadimləri və dindarlar Vaşinqton sazişinin Cənubi Qafqazda daimi sülhün bərqərar olması işindəki tarixi əhəmiyyətini təbliğ etməklə dövlətimizin sülh məramını və dövlət başçımızın müdrik siyasi kursunu dəstəklədiyimizi Bəyanatımızla nümayiş etdirəcəyik.

Hörmətli tədbir iştirakçıları! Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələri — vəhşicəsinə dağıdılmış şəhər və kəndlərin, mənəvi məkanların tezliklə bərpası, torpaqlarımızın minalardan təmizlənməsi, sürətlə aparılan genişmiqyaslı quruculuq işləri bizi hədsiz sevindirir. Din xadimlərinin azad olunmuş torpaqlarımıza səfərləri zamanı dağıdılmış, şəhid edilmiş, təhqir olunmuş məscidlərimizi görmək nə qədər kədərli olsa da, Şuşada əsası qoyulmuş yeni, möhtəşəm məscid binası, ucalan Azan səsləri, bərpa və yenidən qurulan məscid və ibadətgahlar, xristian məbədlərini ziyarətimiz bizi bir o qədər sevindirir. Bu, mənəvi dəyərlərini, multikultural dini irsini milli sərvət olaraq dəyərləndirən, onu dirçəldərək hifz edən Azərbaycan dövlətinin mədəni-mənəvi üstünlüyü, tolerant dövlət siyasətinin təzahürüdür. Zati-aliləri və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərə ənənəvi olaraq diqqət və qayğı ilə yanaşmasına, nəinki Azərbaycanda, dünyanın müxtəlif nöqtələrində - Vatikanda katakombaların bərpasına, Serbiyada məscid və kilsə bərpasına töhfələrinə bütün dünya şahiddir. Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlayan dövlətimiz Şuşada məscidlərimizlə yanaşı pravoslav və erməni kilsəsini bərpa edir. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin multikultural siyasəti, mənəvi üstünlüyüdür.

Uca Allahın köməyi və müdrik dövlət rəhbərimizin misilsiz səyləri ilə Füzuli, Zəngilan, Laçın hava limanları, Şuşaya aparan Zəfər yolu, Xankəndidə yenidənqurma, Böyük Qayıdış, Qarabağ torpaqlarının yeni, gözəl görkəmi, beynəlxalq zirvələrin keçirildiyi ənənəvi ünvana çevrilməsi bizim əminliyimizi, nikbinliyimizi artırır. Bu günlərdə Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərlərinin Məşvərət Şurasının Əsasnaməsi məhz Şuşada qəbul edilmişdir. COP 29 Bakı görüşü zamanı Dini Liderlərin Zirvəsinə təşrif buyuran ali dini rəhbərlərlə azad Qarabağa səfər edərkən işğal dövründə törədilənləri əyani şəkildə nümayiş etdirməklə, habelə Ümumdünya Kilsələr Şurası ilə əməkdaşlıq edərək onları mütəmadi şəkildə Azərbaycan həqiqətləri ilə tanış etməklə biz erməni kilsəsinin anti-Azərbaycan təbliğatını, bugünədək davam etdirdikləri revanşizm ruhlu dezinformasiyalara qarşı tutarlı faktlar qoyuruq. Bu günlərdə dünya miqyasında yüksək nüfuza malik, ən böyük beynəlxalq dinlərarası sülh məramlı qurum olan “Dinlər Sülh Naminə” Təşkilatının həm-prezidenti və Ümumdünya Şurasına üzv seçilməyim, heç şübhəsiz ki, Azərbaycan dövlətinə, onun liderinin səylərinə verilən beynəlxalq dəyərin daha bir təzahürüdür.

 Olduqca önəmli haldır ki, ölkəmizin adı dünya miqyasında dinlərarası dialoqla yanaşı, İslamdaxili anlaşma müstəvisində örnək olaraq vurğulanır. İslamdaxili dialoqun üzləşdiyi problemlər və onların aradan qaldırılması yollarının araşdırılması məsələlərinə həsr olunmuş Bəhreyn tədbirində müstəqil Azərbaycanın timsalında məzhəblərarası anlaşma və qardaşlığın nadir nümunəsi bütün dünyaya model olaraq təqdim olunur. Bu, Azərbaycan dövlət başçısının yeritdiyi siyasətin daha bir uğurlu nəticəsidir. Böyük fəxrlə sizlərə “Qiblə Əhlinə Çağırış” nəşrini təqdim etmək etmək istəyirəm. Sənədin hazırlanması zamanı Azərbaycanın dini reallıqlarına əsaslanan nümunəvi modelinə istinad edilmişdir. “Qiblə Əhlinə Çağırış” İslam dünyası tarixində xüsusi əhəmiyyət kəsb edən tarixi sənəddir və mən əminəm ki, bu Çağırış bütün İslam dünyası üçün xeyirlərə vəsilə olacaqdır inşallah.

 Hörmətli tədbir iştirakçıları! Azərbaycan dövlətinin qüdrəti sarsılmazdır və müdrik dövlətçilik xətti davam etdikcə zəfərlərimiz davam edəcəkdir. Bu gün Xankəndi Azərbaycanın Beynəlxalq Zirvə görüşləri keçirdiyi məkan kimi dünyanın gündəmindədir. Xocalıda soyqırım qurbanlarının Memorial abidəsi ucaldılır. Bakıda isə Zəfər Tağı qürurlu qələbəmizi təcəssüm etdirir. Bu, İlahi ədalətin qələbəsi deməkdir. Azərbaycan din xadimləri, bütün dindarlarlarımız Zati-aliləri Prezident İlham Əliyev cənablarının müdrik daxili və xarici siyasətini, qalibiyyətli siyasi xəttini hər zaman dəstəkləyirlər və onun üçün həmişə dualar edirlər. Uca Allah Azərbaycanı qorusun, dövlət rəhbərimizi hifz etsin! Allah-Təala bütün şəhidlərə, 44 günlük Vətən Müharibəmizin qəhrəman şəhidlərinə rəhmət eləsin! Amin!"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Sentyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see271

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see268

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see260

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see245

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see236

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see232

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see222

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see220

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see216

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see214

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see202

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see199

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see195

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see191

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see191

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see184

Küçə xuliqanı, həbsdən qaçan agent, yorğun biznesmen... Jan Pol Belmondonun 5 məşhur rolu

06 Sentyabr 2026 14:00see180

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see177

ABŞ nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb

06 Sentyabr 2026 08:52see174

Rembrandtın avtoportreti 80 ildən sonra Qotaya qayıdıb

06 Sentyabr 2026 10:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri