Qələbə istəyiriksə, Vinisius meydanda olmalıdır
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
"Real"ın baş məşqçisi Alvaro Arbeloa Çempionlar Liqasının "Monako" ilə oyunu ərəfəsində komandanın ulduz futbolçusu Vinisius Juniordan danışıb.
QOL.az xəbər verir ki, mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran mütəxəssis braziliyalı vingerin tənqidlərə rəğmən əsas heyətdəki yeri və əvəzlənməsi ehtimalı barədə qəti mövqe nümayiş etdirib:
"O, hazır olduğu və indiki səviyyədə oynadığı müddətcə meydanda olacaq. Vinisius fantastik və müstəsna futbolçudur. "Real"ın məşqçisi kimi, əgər qələbə qazanmaq şansımın olmasını istəyirəmsə, o mənə lazımdır. Vinisiusun meydanda olmasına ehtiyacım var".
Xatırladaq ki, Xabi Alonsonun istefasından sonra azarkeşlər komandadakı enişə və komandadakı qeyri-sağlam mühitə görə Vinisiusu günahlandırırdılar. Cari mövsümdə "kral klubu"nun heyətində 29 oyuna çıxan 25 yaşlı hücumçu 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 19 Yanvar 2026 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















