Icma.az
close
up
RU
“Qələbə marşı”mızın müəllifi Rüfət Axundzadə KİMDİR...

“Qələbə marşı”mızın müəllifi Rüfət Axundzadə KİMDİR...

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Zəfər Günündə Müdafiə Nazirliyinin Orkestri tərəfindən səsləndirilən və bizi qələbəyə kökləyən marşı yəqin ki eşitməyən az adam tapılar.
Amma "Qələbə marşı" adlanan bu musiqinin müəllifini bəlkə də çox adam tanımır.
Modern.az saytı "Qələbə marşı"nın müəllifini oxuculara təqdim edir:
Rüfət Axundzadə 1981-ci ildə Bakı şəhərində Azərbaycanın Xalq artisti general-mayor Yusif Axundzadənin ailəsində anadan olub. İlk təhsilini İncəsənət Gimnaziyasının truba sinfində aldıqdan sonra 17 yaşında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub. Professor Ağarəsul Rəsulovun sinfində təhsil alan Rüfət Axundzadə 2002-ci ildə bakalavr təhsilini başa vurub və elə həmin il magistratura pilləsində təhsilə davam edib. 2004-cü ildə təhsilini fərqlənmə diplomu ilə bitirib. 2008-ci ildən Bakı Musiqi Akademiyasının "Nəfəs və zərb alətləri" kafedrasında müəllim kimi fəaliyyətə başlayıb, 2011-ci ildə müsabiqə yolu ilə həmin kafedranın baş müəllimi olub. 2015-ci ildən həmin kafedranın dosenti vəzifəsində çalışır.

2014-cü il iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Rüfət Axundzadəyə "Əməkdar incəsənət xadimi" fəxri adı verilib. 

Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin rəisi kimi fəaliyyət göstərən polkovnik-leytenant Rüfət Axundzadə müharibə dövründə yazdığı "Qələbə marşı"nı 1 ay ərzində tamamlayıb. Marş 2020-ci ilin dekabrın 10-da Bakıda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəfərdən sonra keçirilən ilk Hərbi Paradda səsləndirilib. Marş Qələbə Paradında səsləndirildikdən sonra müxtəlif tədbirlərdə, o cümlədən hər Zəfər Günündə Müdafiə Nazirliyinin Orkestri tərəfindən Azərbaycanın müxtəlif regionlarında, işğaldan azad olunan bölgələrdə səsləndirilir. 


Rüfət Axundzadə 2024-cü il yanvarın 15-də Müdafiə Nazirliyinin Hərbi Orkestr Xidmətinin rəisi vəzifəsinə atası Yusif Axundzadənin yerinə təyinat alıb. 


Onu da qeyd edək ki, bəstəkar vəmüğənni, deputat Polad Bülbüloğlu da bu yaxınlarda verdiyi müsahibələrin birində “Qələbə marşı” yazmaq istədiyini bildirmişdi. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Noyabr 2024 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri