Icma.az
close
up
RU
Qələbələri yalnız xalqının önündə gedən böyük liderlər qazandıra bilər!

Qələbələri yalnız xalqının önündə gedən böyük liderlər qazandıra bilər!

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkəmiz yeni bir inkişaf, tərəqqi və yenilənmə mərhələsinə qədəm qoyur. Artıq təkcə paytaxt Bakı deyil, Azərbaycanın bütün regionları sürətlə dəyişir, müasir dövrün çağırışlarına cavab olaraq dirçəlir. Şübhəsiz ki, bu böyük yüksəlişin arxasında Prezident İlham Əliyevin uzaqgörən siyasəti, sarsılmaz iradəsi və daim hiss olunan diqqət və qayğısı dayanır.

Regionların sosial-iqtisadi inkişafı görülən fövqəladə işlərin fonunda aydın şəkildə özünü göstərir. Prezidentin hər bir səfəri yeniliyin və quruculuğun başlanğıcı kimi tarixə həkk olunur.

Gəncədə görülən işlərlə tanışlıqdan sonra ölkə başçısının Kəlbəcərə səfəri isə xalqımız üçün təkcə növbəti addım deyil, həm də qürurverici və tarixi bir an oldu. 

44 günlük şanlı Zəfər savaşından sonra Prezident İlham Əliyevin diplomatik məharəti nəticəsində imzalanmış rəzil kapitulyasiya aktı ilə düşmən tərəfindən boşaldılaraq azad olunan Kəlbəcərdə ölkə başçısını bu tarixi yurdun doğma sakinləri ilə yenidən birgə görmək əsl bayram əhval-ruhiyyəsi yaratdı.

Qalib xalqın qalib liderinin Kəlbəcər şəhərinin sakinləri ilə görüşü, onlara mənzillərin açarlarını təqdim etməsi xalqımızın yaddaşında əbədi iz buraxacaq. Kəlbəcərin azad olunmasını siyasi qüdrəti ilə təmin edən Prezident İlham Əliyev bu əsrarəngiz yurd yerimizi sürətlə dirçəltmək əzmini ortaya qoyub. Ölkə başçısının iradəsi ilə bu gün təkcə Kəlbəcər yenidən qurulmur, onunla birgə sakinlərin ümidləri, doğma torpağa inamı və gələcəyə olan güvəni də bərpa olunur. 

Xalqın qırılmış ümidini özünə qaytaran Prezident İlham Əliyev Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində inşa olunmuş fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olduqdan sonra buraya köçən sakinlərlə görüşdü. Bu səmimi görüş zamanı səsləndirdiyi fikirlər ölkəmizin inkişafı və işğaldan azad olunmuş torpaqların gələcəyi baxımından mühüm əhəmiyyət daşıyırdı.

Prezident İlham Əliyev çıxışı zamanı vurğuladı ki, bu gün Kəlbəcər artıq dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Dövlət başçısı sakinlərlə görüşdə həm görülən işləri dəyərləndirdi, həm də vacib anonslar verdi.

O, “Böyük Qayıdış” Proqramı çərçivəsində birinci mərhələdə Kəlbəcər şəhərində 

dörd yaşayış kompleksinin inşasının planlaşdırıldığını və həmin komplekslərdə 10 mindən artıq insanın yaşayacağını bildirdi.

Bununla yanaşı, Prezident İlham Əliyev Vaşinqtonda baş tutan görüşdən söz açaraq mühüm bir məqamı vurğuladı. Prezident söylədi ki, Ermənistanla sülh müqaviləsinin müəllifi də Azərbaycandır. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, bu sənədin bəndləri hazırlanarkən Azərbaycanın mövqeyi əsas götürülüb və məhz bu mövqe bölgədə sabitliyin və davamlı sülhün bərqərar olmasında həlledici rol oynayıb.

Prezidentin sözlərinə görə bu sənədin paraflanması ilə Ermənistan-Azərbaycan qarşıdurmasına faktiki olaraq son qoyulur. Bu təkcə siyasi yox, həm də tarixi bir dönüş nöqtəsidir. Ən mühüm məqamlardan biri isə odur ki, bu razılaşma ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanla quru bağlantı artıq reallığa çevrilir.

Ölkə başçısı çıxışında daha bir mühüm məqama toxunaraq vurğuladı ki, artıq Naxçıvanla dəmir yolu əlaqəsi tam şəkildə müasirləşdiriləcək. Bununla yanaşı, Ermənistan ərazisində də yeni dəmir yolunun inşası planlaşdırılır və ən önəmlisi odur ki, Ermənistan bu öhdəliyi rəsmi olaraq öz üzərinə götürüb. Bu fakt təkcə nəqliyyat bağlantısının təmin olunması ilə yekunlaşmır. Həm də Azərbaycanın növbəti tarixi uğuru, regionda söz sahibi olan dövlət kimi mövqeyinin növbəti təsdiqidir.

Prezident İlham Əliyev çıxışında Ermənistan–Azərbaycan normallaşma prosesinin artıq başa çatdığını bəyan edərək, imzalanmış sənədlərin ölkəmizin milli maraqlarını tam şəkildə təmin etdiyini vurğuladı.

Bu kontekstdə dövlət başçısı illərlə fəaliyyətsiz qalan, formal olaraq mövcudluğunu sürdürən, lakin reallıqda heç bir rol oynamayan ATƏT-in Minsk qrupunun da tarix səhnəsindən silindiyini açıq şəkildə ifadə etdi. Cənubi Qafqazda artıq oyun qaydalarını başqaları deyil, Azərbaycan müəyyən edir. Azərbaycanın siyasi iradəsi, qətiyyəti və diplomatik uğurları regionda yeni reallıqlar yaradıb və bu reallıqlar isə artıq dəyişməzdir. Nəhayət, tarix göstərdi ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması düzgün və zəruri bir addım oldu və əsas məqsəd ölkəmizin suverenliyini tam şəkildə bərpa etməkdən ibarət idi. Dırnaqarası Laçın dəhlizinin aradan qaldırılması və onun Laçın–Xankəndi yoluna çevrilməsi, eləcə də Ermənistan–Azərbaycan sərhədinin Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsinin yaradılması bu məqsədə doğru atılan mühüm və tarixi addımlar sırasında yer alır. 

Milli hədəf isə Prezidentin qətiyyəti və uzaqgörən siyasəti sayəsində tam şəkildə gerçəkləşdi. Azərbaycan suveren hüquqlarını bərpa etdi. Bu tarixi zəfərin davamı olaraq Prezident İlham Əliyev Kəlbəcər rayonunda sakinlərlə görüşür, onların məskunlaşdığı yeni evlərlə tanış olur. Bu xoşbəxtlik və qürur hər bir xalqa, hər bir liderə nəsib olmur. Qələbələri  isə yalnız xalqının önündə gedən böyük liderlər qazandıra bilər! Azərbaycan isə lideri ilə birlikdə qələbə yolunda irəliləyir!

Rəşad Mahmudov,

YAP İdarə Heyətinin üzvü, 

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Avqust 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see152

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see148

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see138

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see131

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see129

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see129

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see129

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see126

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see125

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see125

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see124

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see123

Qalatasaray Beşiktaş matçında iki qol vuruldu

05 Oktyabr 2025 00:28see123

Gənc müəllim: Süni intellektdən istifadə olunması tədrisi canlı, maraqlı və müasir edir MÜSAHİBƏ

05 Oktyabr 2025 13:01see122

3 cü MDB Oyunlarında günün proqramı

05 Oktyabr 2025 11:00see120

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see118

“Bayer” “Union” üzərində inamlı qələbə qazanıb

05 Oktyabr 2025 01:07see117

lll MDB Oyunlarının boks üzrə qalibi: Hər döyüş mənim üçün böyük sınaqdır

05 Oktyabr 2025 18:49see116

UEFA nın ən çox pul mükafatı verdiyi 10 ölkənin adı açıqlandı

05 Oktyabr 2025 01:30see116

Kişilər arasında dəbə çevrilən ƏMƏLİYYAT: həyati riski var

05 Oktyabr 2025 06:06see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri