Icma.az
close
up
RU
Şuşa Qələbənin Zirvəsi

Şuşa Qələbənin Zirvəsi

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

8 noyabr 2020-ci il... Bu tarix Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Bu gün təkcə qələbə günü deyil, həm də ədalətin, milli ruhun və dövlət iradəsinin təntənəsi idi. O gün hər bir azərbaycanlı həm sevinirdi, həm də qürur duyurdu — çünki Şuşa azad edilmişdi!

Şuşa... Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi, muğamın səsi, Vaqifin poeziyasının nəfəsi, Xurşidbanu Natəvanın göz yaşı, Üzeyir Hacıbəylinin musiqisinin doğulduğu məkan... Bu şəhərin azadlığı yalnız bir ərazinin deyil, bir xalqın mənəvi azadlığının bərpası idi.

2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqın birliyini, ordunun gücünü və Ali Baş Komandan İlham Əliyevin siyasətinin qətiyyəti, sərkədəliyi bir nöqtədə birləşdirdi. 44 gün ərzində Azərbaycan Ordusu yüzlərlə kəndi, şəhəri azad etdi. Lakin hamı bilirdi: qələbənin açarı Şuşadadır. Çünki Şuşa azad edilmədən Qarabağ tam azad sayılmayacaqdı.

Şuşa əməliyyatı 44 günlük Vətən müharibəsinin ən parlaq səhifəsidir. Çətin relyef, ağır hava, düşmənin möhkəmləndirilmiş mövqeləri... Amma Azərbaycan əsgəri sanki dağa çevrildi, qayadan doğuldu. Silahsız, yalnız ruhla, iradə ilə, “Qarabağ Azərbaycandır!” nidası ilə Şuşaya doğru irəlilədi. Daşdan-daşa, qayadan-qayaya... Və 8 noyabr səhəri Şuşa azad edildi.

Tarixin o anı əbədiləşdi — Ali Baş Komandan xalqa müraciət etdi və bu sözləri dedi: “Əziz həmvətənlər, bu gün Azərbaycan xalqına müjdə vermək istəyirəm. Şuşa şəhəri azad edildi! Şuşa bizdədir! Qarabağ Azərbaycandır!”

Bu cümlələr təkcə hərbi qələbə xəbəri deyildi — tarix idi, qürur idi, bir millətin 30 illik həsrətinə nöqtə idi. O an hər bir evdə, hər bir azərbaycanlının ürəyində tək bir hiss vardı: “Bəli, biz qalib gəldik!”

Şuşanın azad olunması təkcə hərbi əməliyyat deyil, həm də Ali Baş Komandanın dəmir iradəsinin, diplomatik çevikliyinin və xalqla birliyinin rəmzidir. İlham Əliyevin müharibə dövründə dediyi hər bir söz, verdiyi hər bir mesaj cəbhədəki əsgərə qüvvə, arxada qalan xalqa inam verdi: “Mən demişdim ki, biz Şuşasız barışmayacağıq. Şuşa bizim qəlbimizdədir, o, bizim ruhumuzdadır.” Və bu sözlər qısa müddətdə gerçəyə çevrildi.

Şuşa azad olunduqdan sonra Qarabağda yeni bir səhifə açıldı. Bu, təkcə torpaqların deyil, ədalətin, kimliyin və ruhun dirçəlişi idi.

Prezident İlham Əliyev Şuşada Azərbaycan Bayrağını qaldırarkən dedi: “Mən bu bayrağı qaldırıram ki, bir daha heç vaxt enməsin!” Bu sözlər Şuşa ilə birgə Azərbaycan tarixində əbədi yazıldı.

Bu gün Şuşa dirçəlir, yenidən doğulur. Küçələr bərpa olunur, məscidlər, muzeylər, teatrlar yenidən xalqla nəfəs alır. Şuşa artıq dünyaya Azərbaycanın mədəniyyət paytaxtı kimi təqdim olunur. Orada keçirilən “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri” sanki azadlığın musiqisi, azad ruhun yenidən səsidir.

Ali Baş Komandanın dediyi kimi: “Biz bu Zəfəri döyüş meydanında, qəhrəman oğullarımızın qanı və canı bahasına qazandıq. Bu qələbə bizim milli birliyimizin, xalq-ordu-dövlət birliyinin nəticəsidir.”

Bəli, Şuşa azad olanda yalnız bir şəhər deyil, Azərbaycanın ruhu azad oldu.

O ruh bu gün də hər bir azərbaycanlının sinəsində, hər bir bayrağın dalğasında, hər bir uşağın dilində yaşayır.

Və bu ruhun bir adı var — Zəfər!

Elnarə Akimova

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri