Icma.az
close
up
RU
Qələmin gücüylə danışan vicdan

Qələmin gücüylə danışan vicdan

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nübar MƏMMƏDOVA 
Hüseyn Cavidin Ev-Muzeyinin əməkdaşı


Azərbaycan mətbuatı öz tarixi boyu milli oyanış və maarifçilik hərəkatının əsas sütunlarından biri olub. Xüsusilə,  XIX əsrin sonları və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş "Əkinçi", "İqbal", "Açıq söz" kimi qəzetlər yalnız xəbər vasitələri deyil, həm də cəmiyyətin maariflənməsinə, ictimai-siyasi fikrin formalaşmasına və milli özünüdərkin inkişafına xidmət edən publisistik tribunalar idi.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin  yaradıcılığı təkcə bədii irs deyil, həm də milli-mənəvi dəyərlərin daşıyıcısı kimi mətbuatda geniş təmsil və təqdim olunub. Hüseyn Cavidin publisistik yazıları əsasən milli istiqlal, azərbaycançılıq, təhsil və mədəniyyət məsələlərinə həsr edilib. O, qəzet və jurnallarda çıxışları ilə xalq arasında maarifçilik işi aparıb, sosial ədalət və bərabərlik ideyalarını təbliğ edib.

Cavidin məqalələri həm sənətkar, həm də vətəndaş mövqeyindən yazılıb, gənc nəsli maariflənməyə çağırıb. Dahi ədibin yalnız dramaturgiya və poeziyadakı xidmətləri deyil, həm də publisistika sahəsindəki fəaliyyəti Azərbaycan ictimai fikrinin inkişafında mühüm yer tutur. Hüseyn Cavid tənviri-əfkar, yəni maarifçilik ideyasının təbliğatçılarından olub. Bu ideyanın əsas qayəsi zehni aydınlamanı təmin etmək, maarifləndirmə yolu ilə tərəqqiyə nail olmaq idi. Onun XX əsrin əvvəllərində çıxış etdiyi "İqbal", "Şərqi-rus", "Həyat", "Açıq söz" kimi mətbu orqanlar milli maarifçilik və ideya mübarizəsinin əsas tribunasına çevrilmişdi. Dahi dramaturq əsasən milli azadlıq, mənəvi yüksəliş, Şərq-müsəlman dünyasında oyanış, düşüncə mədəniyyəti kimi məsələləri müdafiə edərək zülmü, istibdadı tənqid edirdi. Cavidin publisistikası ilə yaxından tanış olduqca humanizm, sülhsevərlik, dostluq, sədaqət və vətənpərvərlik kimi əxlaqi keyfiyyətlərin əsas motivlər olduğunu görürük. Dahi ədibin ilk çıxış etdiyi nəşrlərdən biri "İqbal"idi. Burada Hüseyn Cavid əsasən poetik və məqalə formasında çıxış edərək milli oyanışın zəruriliyini vurğulayırdı. Cavidin bu dövr məqalələrinə nəzər yetirdikcə görürük ki, istibdada qarşı maarifçilik yoluyla mübarizəni əsas çıxış yolu hesab edib. "Həqiqət"qəzetində 1910-cu ildə nəşr olunan yazısında millətin formalaşmasında dilin vacibliyini vurğulayıb. Hüseyn Cavidin publisistik əsərləri arasında milli şüurun yüksəldilməsi, milli dəyərlərin qorunması və inkişaf etdirilməsi mövzuları da geniş yer tutur. Onun məqalələrində azərbaycançılıq ideyası, dilimizin və mədəniyyətimizin qorunmasının zəruriliyi vurğulanır. Məqalələrində o, həmçinin maarifçilik və təhsilin xalqın tərəqqisində əsas amil olduğunu dəfələrlə qeyd edib: "Bir millətin tərəqqi və tədənnisini bilmək için o millətin məktəbini, daha doğrusu, ibtidai məktəblərini görmək kifayət edər". Bu yazıda Hüseyn Cavid təkcə bir ədəbiyyat adamı kimi deyil, həm də maarif və dövlətçiliyə dair işıqlı fikirləri ilə çıxış edən bir ziyalı mövqeyi ortaya qoymağı bacarıb.

Hüseyn Cavid publisistikası açıq-aşkar göstərir ki, o, millətin öz kökünə bağlı olmasının vacibliyini təbliğ edib. Cavidə görə, hər bir millətin mütləq lisan (dil) müəllimi olmalıdır, çünki lisan müəlliminin yoxluğu nəticəsində bir çox şagirdlər özlərini unudurlar. Özünü-sözünü bilməyən kimsə isə nəticə etibarilə tarixindən, kökündən xəbərsiz qalır. Bu amil isə bir millət üçün böyük qəflətdir. Hüseyn Cavid düşüncəsinə əsasən, millətin nicatı maarif və mənəviyyatdadır. Publisistikada bu formada açıq, qorxmaz, cəsarətli fikirləri sayəsində o, dövrünün ictimai-siyasi həyatına fəal müdaxilə edən, ideoloji və əxlaqi məsələlərdə açıq mövqe bildirən bir intellektual obrazı formalaşdırmışdı. Onun qələmində publisistika yalnız informasiya yox, həm də mənəvi təbliğ vasitəsinə çevrilmişdi. Cavid peşəkar jurnalist deyildi, lakin yazdığı məqalələr, seçdiyi mövzular və yazı üslubu onu dövrünün maarifçi publisistləri ilə eyni sıraya qoyur. O, publisistik yazılarında ədəbi üslubla fəlsəfi dərinliyi, sosial məsuliyyətlə poetik duyumu vəhdət halında təqdim edir. Bu isə onu  publisistika tarixində fərqli və seçilən bir yerə yüksəldir. Cavid üçün mətbuat milli ruh, mənəviyyat, azadlıq düşüncəsini yaymaq üçün bir tribuna idi. O, maarifçilik ideyalarını yalnız publisistika ilə məhdudlaşdırmayıb, həm də dramaturgiya və poeziya vasitəsilə xalqı maarifləndirməyə çalışıb. 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://525.az
archiveBu xəbər 23 İyul 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see385

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see343

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see337

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see311

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see307

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see287

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see247

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see247

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see242

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see225

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see213

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see185

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see181

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see176

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see176

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see172

2027 ci ildə həyatını dəyişəcək və qəfil varlanacaq bürclər

19 Avqust 2026 00:02see166

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see164

Əlbəttə, pley off mərhələsi xüsusi həyəcan doğurur Valdas Dambrauskas

19 Avqust 2026 01:26see160

Türkiyədə keçmiş nazirin məzarı açılacaq ŞÜBHƏLİ ÖLÜM

19 Avqust 2026 02:05see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri