Icma.az
close
up
RU
Qənimətlə Tural Trampa 1 milyardı necə verdilər?

Qənimətlə Tural Trampa 1 milyardı necə verdilər?

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın mənafeyi, millətin maraqları naminə neçə ildir xaricə sığınmış, oradan hər gün ölkəmiz əleyhinə işlər görən bir dəstə vətənşüvən var.

Onların bilmədiyi mövzu, baş çıxartmadığı məsələ yoxdur. Hərşeyşünaslıq üzrə rekordlar qırıblar. Universitet-falan oxumalarına gərək yoxdur – həyat onlara elə bir “diplom” qazandırıb ki, nüfuzlu universitetlər bunu bacarmazdı. Çeşidli “proqnozlar” verirlər, şər(h)lər səsləndirirlər. Dünyaca məşhur analitiklər bunu eşitsə, təəccübdən dodaqları uçuqlayar, paxıllıqdan halları pisləşər. “Necə olub, bu cür tezis daha əvvəl bizim ağlımıza gəlməyib” deyib, qəhərlənərlər...

Bu “analitik qrupun” başında “Azərbaycan Saatı” kanalının rəhbəri, hazırda Fransada yaşayan Qənimət Zahid, onun silahdaşı sayılan Natiq Adilov dayanır. Bu siyahıya “Azad Söz” kanalının rəhbəri Tural Sadıqlını da əlavə etsək, buket tam olar.

Hər gün canlı yayın açır, ya da veriliş çəkir, paylaşırlar. Nədən desən danışırlar, hardan soruşsan, cavablandırırlar. Yüksək səviyyədə fəaliyyət göstərirlər. Amma və lakin... Onların proqnozları, israrla üzərində dayandıqları tezislər sonra doğrulmur. Nəticədə tamaşaçı və oxucu qarşısında yalançı çıxırlar. Amma o qədər “istedadlıdırlar” ki, növbəti tezislərlə boşluğu doldurur, doğrulmayan sözlərini ört-basdır edə bilirlər.

Məsələn, bugünlərdə deyiblər ki, Azərbaycan ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına üzvlük üçün 1 milyard dollar ödəyib. Sizcə, bu şən və çoxbilmiş oğlanlar 1-2 milyonluq söhbət edələr? Əsla! Adlarına layiq rəqəmlərlə xalqı “maarifləndirir”, ictimai rəyi “işıqlandırırlar”. Sadəcə olaraq bir az tələsir qırışmallar. Məsələn, hakimiyyəti istedadla şərləyirlər, amma bunu əsaslandırmaq üçün tutarlı fakt tapmağı “unudurlar”.

Tural Sadıqlı antiterror əməliyyatından öncə “DQR”i dövlət kimi tanımışdı. Demişdi ki, onların ordusu var, dövləti var, Azərbaycan onlara heç nə edə bilməyəcək. Sonra ondan soruşuldu ki, hanı sənin paytaxtın, topun, topxanan? Noldu, Sadıqlı? Bəs deyirdin... Cavab verdi ki, bunları Azərbaycanın mənafeyi naminə deyibmiş. Bax belə oğlandı Sadıqlı Tural...

Eybi yoxdur, olan işdir. Məşədi İbadın sözü olmasın, bir növ adətkardırlar. Bir neçə il öncə Qənimət Zahid Milli Şura üzvləri ilə onlayn söhbətdə demişdi ki, tutarlı fakt tapmayanda hakimiyyəti şərləmək lazımdır. Onun bu sözü sosial şəbəkələrdə sürətlə yayılmışdı. Xalq agah olmuşdu ki, bu cəbhə qəhrəmanı, “Xəqani 33”ün ən diribaş veteran məzunu həqiqətin ortaya çıxması üçün lazım gələrsə şərə, yalana da əl atar və atır! Bəli, Qənimət həqiqətin ortaya çıxması naminə yalan danışa bilən az saylı istedad nümunəsidir.

Yeri gəlmişkən, o məşhur videokonfransda Gültəkin Hacıbəyli, Cəmil Həsənli və s. bu kimi siyasət dahiləri də iştirak edirdi.

Onlar da prinsiplərinə sadiq qalaraq Qənimətə bu təklifinə görə heç nə demədilər. Susaraq ona dəstək verdilər. Orda bir epizod da olmuşdu. Gültəkin əsl ağbirçək ədası ilə cəbhədaşlarını Azərbaycan neftinin 14 dollara qədər ucuzlaşması münasibəti ilə təbrik etmişdi. Buna görə onlardan hədiyyə gözlədiyini söyləmişdi. Cəmil müəllim də demişdi ki, neft ən son həddə qədər ucuzlaşsın, sənə hədiyyə alacam.

Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına qayıdaq. Hər bir təşkilat yaradılandan sonra üzvlük üçün pul ödənir. Bu istər regional, yerli təşkilatlar olsun, istərsə də qlobal səviyyədə. Məsələn, nüfuzlu beynəlxalq təşkilatlara üzv ölkələr üzvlük haqqı ödəmir? Əlbəttə ödəyir. Sülh Şurasına gəldikdə, təşkilatın Nizamnaməsində aydın şəkildə yazılıb ki, hər hansı ölkə 3 ildən artıq təsisçi üzv kimi  onun sıralarında qalmaqda davam edərsə, bir çox faktordan asılı olaraq üzvlük haqqı ödəyəcək. Təbii ki üzvlük haqqının miqdarı məsələsində də  ərazi, əhali və digər məsələlər  əsas rol oynayacaq.  İndiki vəziyyətdə isə nəinki hər hansı ödəniş yoxdur, bundan söhbət belə getmir.  Bunu xaricdə əcnəbilərin  qucağına sığınmış “vətənpərvər” dəstənin nümayəndələri üçün yazdıq ki, gələn dəfə badımcan tarlasına gedib girməsinlər. Yalanlarının üstü açılsa, xaricdəki gizli fondlardan aldıqları qonorar azala, bəlkə də kəsilə bilər.

Bu dəstə 2020-ci ilin iyul ayında Tovuz döyüşləri başlayandan bəri bir ağızdan söyləyirdilər ki, Azərbaycan dövləti müharibə yolu ilə torpaqları qaytaran deyil. Sonra müharibə başladı. İlk günlər müharibənin çox davam etməyəcəyini bəyan edirdilər. 10 oktyabrda atəşkəs elan olunanda “biz demişdik, gördünüz” sədaları ölkəni başına götürdü. Amma döyüş əməliyyatları başladı və ordumuz işğaldakı əraziləri düşməndən təmizləməyə davam etdi. Bu dəfə nə dedilər? “İki-üç rayonu azad edib, dayanacaqlar. Rusiya imkan verməz çox qabağa gedələr”. Beləcə, Azərbaycan ordusu Şuşanı alana kimi bu tezis və proqnoz dahiləri dil boğaza qoymurdu. 9 noyabrda Əli Kərimli Prezident İlham Əliyevə təşəkkür etdi, ölkə başçısını qazandığı Zəfər münasibəti ilə təbrik etdi.

2020-ci ilin 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədə əsasən Rusiya sülhməramlı kontingenti Qarabağa gəldi. 1960 nəfərlik hərbi heyəti bu dəstə Rusiya qoşunu kimi ictimai rəyə sırımağa çalışdı. Üstəlik bildirdilər ki, Rusiya Qarabağı işğal etdi. Bu o vaxt idi ki, Azərbaycan xalqı zəfəri bayram edirdi. Bunlar isə alternativ yaratmışdılar: antiqələbə əhvalını bütün ölkə boyu yaymağa çalışdılar. Əsas tezis bu idi ki, Rusiya hərbçiləri Qarabağda 5 ildən artıq qalacaq. Hətta ordan çıxmayacaq. Bu tezis 2024-cü ilin aprel ayına kimi çörəklərinin üstünə yağ çəkdi. Liderləri Əli Kərimli xalqa həşəmətli müraciətlər edirdi. Deyirdi ki, hakimiyyətin vədlərinə inanmayın, Rusiya hərbi kontingentini əbədiyyən Qarabağdan çıxarmayacaq. Eləsi vardı, deyirdi ki, əgər Rusiya sülhməramlıları ölkəni tərk etsə, adını tərsinə yazdıracaq. Bu qədər prinsipialdır bu dəstə üzvləri.

Bir gün Rusiya hərbçiləri Qarabağdan və Azərbaycandan çıxdı. Bunların da yalanı üzə çıxdı. İstedadlı uşaqlardır, sadəcə bəxtləri gətirmir...

Fərəh Abdulla

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Yanvar 2026 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri