Icma.az
close
up
RU
“Qərar qəbul ediləndə yaxşı olardı ki, təkcə klublar yox, milli də nəzərə alınsın”

“Qərar qəbul ediləndə yaxşı olardı ki, təkcə klublar yox, milli də nəzərə alınsın”

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

AFFA İcraiyyə Komitəsinin (İK) baş tutan sonuncu iclasında qəbul edilən önəmli qərarlardan biri də növbəti mövsüm üçün legioner limitinin ləğv edilməsi oldu.

Uzun müddətdir ki, müzakirəsi gedən bu qərarın təsdiqi futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Bu qərarın lehinə olanlar, limitə görə yerli futbolçuların daha rahat olduğunu və limit ortadan götürüldükdən sonra öz mövqelərini itirməmələri üçün daha çox çalışacaqlarını əsaslandırır. Qərarın əleyhinə olanlar isə akademiyalarımızda yetişən futbolçuların hamısının xaricə çıxmaq şansı olmadığını və başlanğıcda isə təcrübə yetərsizliyinə görə legionerlərə uduzacaqlarını düşünürlər.

“Təhsil” Respublika İdman Mərkəzinin (RİM) 8 saylı İOEUGİM-in rəhbəri Nəcməddin Rəhimov “Futbolpress.az”a açıqlama verərək, mövzuyla bağlı fikirlərini bölüşdü:

”Legioner limitinin ləğvi ilk növbədə uşaq futboluna təsir edəcək. Ona görə ki, uşaq futboluna sponsor tapmaq və rəqabətliliyi qorumaq çox çətindir. Onsuz da sponsorlar yoxdur. Yenə də niyyətləri var idisə, bu qərardan sonra onlar da uşaq futboluna yatırım etməkdən daşınacaqlar. Çünki klublarımız müəyyən bir yaşdan sonra xariciləri gətirəcəklər. Düşünsək ki, mövcud olan ölkə reallığına, əsasən, 6 yaşlı bir uşağın 17 yaşına kimi dərs alması akademiyaya əgər 60 min manata başa gələcəksə, xaricdən gətirmək daha sərfəlidir. Həmçinin həmin uşağın futbolçu olub-olmayacağı dəqiq deyil. Ona görə də akademiyalar düşünəcək ki, elə öz aşağı yaş qrupuma uyğun 17-18 yaşda bizimkilərdən daha yaxşı olan afrikalını və braziliyalını 10-20 min manata cəlb edə bilə və rahatlıqla böyük komandalara verə bilərəm. Belədə də futbol infrastrukturu bərbad gündə olan, ayağı təbii ot görməyən sintetik meydançada böyüyən bu uşaqların o yaşda xaricilərlə rəqabət aparması qeyri-mümkündür. Vitamin qəbul eləmiş, təbii örtüklü meydançalarda məşq etmiş, psixoloji dəstək görmüş və akademiya mühitində böyümüş, milyonların içindən seçilmiş uşaqların inkişafı fərqli olur. Məsələn, Düsseldorf akademiyasına 5 milyonluq şəhər xidmət eliyir. Düşünün ki, 5 milyonun içərisindən seçilmiş bir uşaq gəlib düşəcək 2 min nəfərin içərisindən seçilmiş bir akademiyaya. Sizcə, hansısa daha çox önəm veriləcək? Təbii ki, xaricdə yetişmiş uşağa.

İkinci bir məsələ, Azərbaycan uşaqları sosial-rifah baxımından fərqlidir. Götürək, ölkəmizə gələn braziliyalıları, afrikalıları və s. Bu ölkələrdə futbola cəlb olunan uşaqlarda hərbi problem olmur. Amma Azərbaycanda isə akademiyalarda yetişən uşaq yaşı 18 olan kimi ya univerisitetə daxil olmalıdır, ya da hərbi xidmətə yollanmalıdır. Reallığa baxdıqda isə idmanla məşğul olanların çox az qismi universitetə qəbul ola bilir. Belədə 18 yaşını tamamlayan bir uşaq həm hərbi xidmətiylə bağlı problemlərlə boğuşur ki, necə edib qalsın və peşəkar karyerasına davam etsin. Akademiyalar 18 yaşına qədər yetişdirir sonra isə peşəkar müqavilə bağlamaq istəyir. Həmin uşaq isə 1 il və ya ilyarım gedib xidmət edir gəlir. O, bu qədər müddətdən sonra necə peşəkar futbolçu ola bilər? İstər-istəməz formasını itirir.

Biz respublika çempionatında 7 yaş üzrə 14 komanda ilə mübarizə aparırıq. 8 yaş üzrə Təhsil A”ları bölmüşük, Almaniyadakı kimi. “Zirvə” adıyla B komandaları yaratmışıq. İndi hesab edin ki, hərbi xidmətdən sonra yenidən qayıtmısız. Həm mental, həm də fiziki baxımdan formanızı itirəcəksiz. Ona görə də limitin ləğvinin akademiyalara güclü mənfi təsirləri olacaq. Onsuz da böyük komandalarda oynayan yerli futbolçularımızın sayı çox azdır. Yaxşı olardı ki, limit dəyişilməz qalardı və fərqli qərarlar qəbul edilərdi. Məsələn, hansı klub daha çox akademiyasının oyunçularından istifadə edirsə, onlara dəstək verilərdi. Onlara ayrıcalıq verilərdi ki, meydanda bir legioner daha çox istifadə edə bilsinlər. Çünki akademiyanın 5-6 keyfiyyətli yerli futbolçunu üzə çıxartması asan deyil. Yəni deməyim odur ki, həvəsləndirici təkliflər hazırlayardılar ki, klubların öz akademiyalarına diqqəti olsun. İndi isə əksini görəcəyik. İddialı pillələrdə qərarlaşan klublar rəqabətliliyi davam etdirmək üçün akademiyalarına legionerləri cəlb edəcəklər. Bəs, o zaman bizim U-15, U-16, U-17, U-18, U-19 milli komandalarımızın taleyi necə olacaq? Bir halda ki, bu uşaq heç bir göstəricidə Almaniyada yetişən biriylə müqayisə apara bilmir. Klubda oynamayan biri necə gəlib millidə oynayacaq?

Bunun digər bir tərəfi kommersiyadır. Məsələn, yerli akademiyalardakı oyunçuların transferində o qədər də qazanclar yoxdur. Amma xaricdən gətiriləcək olanlardan isə yüksək gəlirlər əldə etmək olacaq. Bu da təbiidir ki, agentliklər daha da fəallaşacaq. Doğrudan da bu qərar akademiyalar üçün bərbaddır. Biz öz uşaqlarımız üçün hansı şəraiti yaratmışıq ki, onlardan xaricilərlə rəqabət aparmağı tələb edək? İlk növbədə onlar üçün təbii ot örtüklü meydançalar, infrastruktur, beynəlxalq təcrübəli yarışlarda iştiraklarını təşkil edək, sonra isə bu limiti gətirək. O zaman deyə bilərik ki, bizim uşaqlarımız bacarmır. Biz bunların heç birini etmədən, artıq onlardan rəqabət aparmağı tələb edirik. Bizim 12 yaşa qədər kateqoriyamız Almaniyada, İtaliyada, Yunanıstanda beynəlxalq turnirlərdə iştirak ediblər. İnanın ki, həmin ölkənin iştirakçılarıyla başabaş mübarizə aparıblar. Neçə-neçə uşaqlarımız “Viktoriya” və “Köln” kimi akademiyalardan seçilib. Onları öz akademiyalarında saxlamaq istəyiblər. Bəs, 14-15 yaşda sonra rəqabətlilik niyə itir? Çünki klublar həmin yaşdan sonra futbolçularının xarici turnirlərdə yarışlara qatılmasını təmin etmirlər və rəqabətlilik unudulur. Hazırda təkcə Bakıda 26 U-10 komandası var. Bakı ətrafını da daxil etsək, təqribən bu rəqəm 50-yə çıxacaq. Hazırda U-10 üzrə 1000 uşaq akademiyalarda varsa, 14-15 yaşa çatdıqda, bu rəqəm 100-ə düşəcək. Belə qərarlardan sonra isə ümumiyyətlə, bu say aşağı düşəcək. Çünki klubları yetişdirməyə vaxt, maliyyə sərf etməkdənsə, xaricdən daha istedadlı və az maliyyəyə başa gələn transferlər edəcək.

Limitin ləğvinin nə Azərbaycan futboluna, nə akademiyalara, nə də milli komandaya xeyri yoxdur. Ancaq klublar üçün ola bilər.

Artıq akademiya məşqçilərinin də çoxu həvəsdən düşüb. Çünki Uşaq Gənclər İdman Məktəblərində (UGİM) məşqçilərin məvacib artımıyla bağlı belə bir bənd var ki, əgər onların yetişdirdiyi uşaqlar klublara və milliyə keçərsə, əməkdar məşqçi və ya başqa fəxri ad qazanacaq. Hansı ki, bu titullarda məşqçilərin məvacibinin artmasına səbəb olur. İndiysə məşqçilər düşünür ki, onsuzda legionerlər gəlib klublarda oynayacaq. Yaxşı olardı ki, bu qərar veriləndə təkcə klublar deyil, milli də nəzərə alınardı. Bəlkə də sadaladığım uşaq futbolundakı bu nöqsanlara 5-6 il əl gəzdirib, sonra bu qərarı qəbul etmək olardı.

Əslində Azərbaycan futbolunu inkişaf etdirməmək üçün çox lazımdır, inkişaf etdirmək üçün isə az. İlk növbədə infrastruktur yaradılmalıdır. Ondan sonra isə onsuz da rəqabətlilik öz-özünə yaranacaq. Almaniyada olanda gördüm ki, səhər yeməyi zamanı uşaqların yanına bükülmüş formada nəsə qoyuldu. Koordinatorla danışıb onun nə olduğunu soruşduqda isə farmatsep olduğunu dedi. Bildirdi ki, 6 aydan bir uşaqları test edirik və kimin nə çatışmazlığı varsa, biz onu qida əlavəsiylə düzəldirik. Ona görə də 14-15 yaşlarda bədən sulu qalır və yüklənməyə dözür. Sadəcə yeməklə inkişaf etmək olmur. Əzələ kütlələrinin inkişafı üçün vitaminlərə, proteinlərə ehtiyac var.

Xülasə, legioner limitinin ləğvi futbol naminə, həqiqət naminə heç kimə sərf etməyən qərardır”.

Mirkamal Kazım

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 Fevral 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri