Icma.az
close
up
RU
Attestat balı formalaşarkən buraxılış imtahanının nəticəsi də nəzərə alınsın Vüsalə Ağabəyli

Attestat balı formalaşarkən buraxılış imtahanının nəticəsi də nəzərə alınsın Vüsalə Ağabəyli

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Şagirdlərin attestat balı aşağı, buraxılış imtahanlarının nəticələri isə yüksək olur. Valideynlər etiraz edərək bildirirlər ki, məktəb onların övladlarının qiymətini bilərəkdən aşağı yazır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən filologiya elmləri doktoru, təhsil eksperti Vüsalə Ağabəyli bildirdi ki, əgər bir şagird buraxılış imtahanında yüksək bal toplayır, lakin attestat qiyməti aşağıdırsa, bu, təbii olaraq suallar doğurur: məktəb bu şagirdin ilboyu fəaliyyətini obyektiv qiymətləndiribmi? Yoxsa şagird yalnız imtahana hazırlaşıb, məktəbdə zəif iştirak edib?

"Burada iki əsas səbəbi qeyd etmək olar. Birincisi, qiymətləndirmə meyarlarının fərqliliyidir: məktəb şagirdin ilboyu dərs göstəriciləri, summativ qiymətləndirilməsi ilə yanaşı, davranışına, davamiyyətinə və prosesdə iştirakına əsaslanır, DİM isə yalnız nəticəyə baxır. İkincisi isə bəzi hallarda məktəbdaxili qiymətləndirmədə subyektiv yanaşmalar, yəni müəllimlərin şəxsi münasibət və yanaşmalarının qiymətə təsir etməsidir.
Daha çox rast gəlinən mənzərə odur ki, məktəbdə yazılan yüksək qiymətlər imtahan nəticəsində özünü doğrultmur. Belə hallarla daha çox qarşılaşmaq mümkündür. Bir çox şagirdin attestatında əksər hallarda subyektiv səbəblərə görə məktəb qiymətləndirməsi yüksək olsa da, DİM-dən topladığı bal aşağıdır".

Ekspert qeyd etdi ki, fərqli hallar da olur.

"Bəzi şagirdlər il ərzində məktəb dərslərində zəif iştirak etsə də, sonradan repetitorların köməyi ilə yalnız testlərə hazırlaşır və bu səbəbdən yüksək bal toplaya bilir. Bu zaman məktəbdəki zəif qiymətləndimə ilə DİM nəticəsi uyğun gəlmir. Məktəbdaxili qiymətləndirmədə subyektivlik, müəllimlərin şagirdə qarşı şəxsi münasibəti, sinifdə nizam-intizam və davamiyyət problemi, yaxud fərdi yanaşma meyarlarının olmaması qiymətlərə təsir göstərə bilir ki, bu da obyektivliyi şübhə altına alır. Bəzi hallarda müəllimlər “reallığı göstərmək üçün” qiymətləri aşağı sala bilir və ya əksinə, müəyyən hallarda qiymətləri süni şəkildə yüksək göstərə bilirlər. Lakin bir sıra məktəblərdə şahid olduğum təcrübəni qeyd edə bilərəm ki, bəzi məktəblər attestat balı ilə illik yekun qiyməti uyğunlaşdırırlar və ya cüzu fərqlərlə saxlayırlar. Bu səbəbdən, yaxşı olardı ki, problemin aradan qaldırılması üçün vahid qiymətləndirmə mexanizmi yaradılsın və attestat balı formalaşarkən buraxılış imtahanının nəticəsi də nəzərə alınsın. Bundan başqa, məktəblərdə qiymətləndirmə şəffaf və əsaslandırılmış şəkildə aparılmalı, şagirdlərə və valideynlərə hər qiymətin nəyə əsaslandığı aydın izah edilməlidir",- deyə V.Ağabəyli bildirdi.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyul 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri