Icma.az
close
up
RU
Qərar verən orqan beyin deyilmiş Alimlər təsdiqlədi

Qərar verən orqan beyin deyilmiş Alimlər təsdiqlədi

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

ABŞ-da aparılan yeni elmi araşdırma insan beyninin qərarvermə mexanizmi ilə bağlı uzun illərdir qəbul edilən yanaşmaları şübhə altına alıb. Tədqiqatın nəticələrinə görə, beyində seçimlərə nəzarət edən vahid “qərarvermə mərkəzi” yoxdur.
Qərarvermə hissi duyğuların, bədən hərəkətlərinin və ətraf mühitlə qarşılıqlı əlaqənin təsiri nəticəsində formalaşa bilər.
İndiana Universitetinin Psixologiya və Beyin Elmləri fakültəsindən professor Tom Ceymsin fikrincə, beynin fəaliyyəti “əvvəlcə qavrama, sonra düşünərək qərar vermə və sonda hərəkətə keçmə” ardıcıllığı ilə işləyən xətti sistem deyil.
Araşdırmada qeyd olunur ki, beyində həm duyğu, həm də hərəkətlə bağlı proseslərin konkret neyroloji mexanizmləri mövcuddur. Lakin bu iki prosesin arasında onlardan müstəqil şəkildə fəaliyyət göstərən ayrıca “qərar mexanizmi”nin mövcudluğuna dair dəlil yoxdur.
Ceyms insanların davranışlarını adətən inanc və niyyətləri ilə izah etdiklərini bildirərək, qərarvermənin gündəlik həyatda faydalı anlayış olduğunu, lakin beyində bu prosesi təkbaşına idarə edən ayrıca mərkəzin olmadığını vurğulayıb.
Professor nəzəriyyəsini izah etmək üçün sadə robot sistemlərini nümunə göstərib. Onun sözlərinə görə, yalnız ətraf mühiti qəbul edib hərəkət edə bilən robot divar boyunca irəliləyərkən kənardan müşahidə edən şəxs onun şüurlu şəkildə qərar verdiyini düşünə bilər. Halbuki robotun daxilində ayrıca qərarvermə mexanizmi yoxdur və o, sadəcə ətraf mühitdən aldığı məlumatlara uyğun hərəkət edir.
Tədqiqatçılar hesab edirlər ki, insan davranışlarını izah edərkən beyində bütün prosesləri idarə edən vahid “mərkəzi nəzarətçi” axtarmaq kifayət deyil. Onların fikrincə, gələcəkdə koqnitiv neyroelm təkcə zehni proseslərə deyil, bədənin və ətraf mühitin davranışlara kompleks təsirinə də daha çox diqqət yetirməlidir.
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Sentyabr 2026 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see399

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see277

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see273

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see267

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see266

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see262

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see260

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see258

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see257

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see256

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see243

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see236

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see235

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see235

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see234

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see233

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see232

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see232

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see231

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see231
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri