OpenAI ChatGPT də istifadə limitlərini birləşdirir Abunəçilər daha tez məhdudiyyətlə üzləşə bilər
Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif:Mehin Qasımova,Banco.az
"OpenAI" ChatGPT-də adi söhbət (Chat) və daha mürəkkəb tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulan İş (Work) funksiyalarının istifadə limitlərini birləşdirir.
Banco.az xəbər verir ki, bu dəyişiklik xüsusilə ChatGPT-dən intensiv istifadə edən abunəçilərin mövcud limitlərə daha tez çatmasına səbəb ola bilər.
"OpenAI" nümayəndəsinin sözlərinə görə, istifadəçilərin əksəriyyətinin dəyişiklikdən ciddi şəkildə təsirlənəcəyi gözlənilmir. Bununla belə, platformadan ən çox istifadə edən kiçik bir qrup əvvəlki ilə müqayisədə limitlərə daha tez çata bilər.
İstifadəçilər narazılıqlarını bildirirlər
Dəyişiklik bəzi "ChatGPT" abunəçiləri arasında narahatlıq yaradıb. İstifadəçilər sosial şəbəkələrdə və OpenAI-nin icma forumunda Chat və İş funksiyalarının limitlərinin birləşdirilməsinin qabaqcıl modellərdən istifadə imkanlarını azalda biləcəyini bildiriblər.
Xüsusilə qabaqcıl düşünmə modellərindən və "Codex" alətindən intensiv istifadə edən abunəçilər bu dəyişiklikdən narahatdırlar.
"OpenAI" isə yeni sistemin daha geniş tətbiqindən əvvəl istifadəçilərin rəylərini toplamağı planlaşdırdığını açıqlayıb.
Baxış sayı:91
Bu xəbər 27 Noyabr 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















