Icma.az
close
up
RU
Qərarda vahid geyim forması əks olunur, kimsənin inancı müzakirə olunmur

Qərarda vahid geyim forması əks olunur, kimsənin inancı müzakirə olunmur

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nazirlər Kabinetinin ümumi təhsil müəssisələrində şagirdlər  üçün vahid geyim formasının tətbiqi və müəllimlər üçün geyim qaydalarını müəyyənləşdirməsi manipulyasiya edilərək hicabla əlaqəli müzakirələrə çevrilib. Qərarın bəzi çevrələr tərəfindən dini azadlıqlara məhdudiyyət kimi təqdim edilməsi və müzakirə mövzusunun fərqli istiqamətə yönəldilməsi fikir ayrılıqlarına səbəb olub.

Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, dini inanc ilk növbədə insanın öz daxilində, ikinci olaraq evinin içində, üçüncü isə məscidin, kilsənin, yaxud sinaqoqun içində olmalıdır:

“Digər məkanlarda nümayiş etdirilən inanc və ya inanc formatı daha çox ideoloji mahiyyət daşımağa başlayır. Buna görə də Azərbaycanda dindarlar iki qrupa bölünürlər: inancını sağlam şəkildə yaşayıb ölkəsinin qanunlarına, Konstitusiyasına tabe olan və faydalı vətəndaş olmağa çalışanlar; dini ideoloji xətti təmsil edərək, onu bir vasitə kimi cəmiyyətə təqdim etmək istəyənlər. Bu şəxslər bəzən özlərini dinin qoruyucuları kimi qələmə verirlər. Sanki dinin taleyi, gələcəyi və qorunması Allah tərəfindən məhz bunlara tapşırılıb”.

Fazil Mustafa qeyd edib ki, Azərbaycanın spesifikası fərqlidir:

“Biz dövlət müstəqilliyimizi elan etmişik, torpaqlarımızı azad etmişik, lakin din sistemimiz demək olar ki, böyük dərəcədə kənardan gələn təsirlərə məruz qalıb. Yəni dini nüfuz və avtoritetlərin böyük əksəriyyəti xaricdəki siyasi hakimiyyəti təmsil edən ruhani sinfidir. Belə bir vəziyyətdə səmimi dindarlar Azərbaycan dövlətinə bağlıdırlar, onun qanunlarına əməl edirlər və öz dövlətlərinin yaşaması üçün bütün fədakarlığı ortaya qoyurlar. Digərləri isə ancaq xarici ölkələrdən alınan təlimatlar vasitəsilə öz ideologiyalarını Azərbaycan cəmiyyətində təbliğ etməyi düşünürlər və istənilən vaxt xaricdən yönləndirilməklə öz ölkələrinə qarşı problemlər yaratmağa hazır olduqlarını göstərirlər”.

Komitə sədri vurğulayıb ki, səmimi, Azərbaycan dövlətinə bağlı olan dindarları incidəcək hər hansı bir addımın atılması mümkünsüzdür və dövlət də buna çox böyük həssaslıqla yanaşır:

“Diqqət etsəniz, bu qərarı kənardan fərqli şəkildə təqdim edənlərin, kliplər çəkənlərin, verilişlər hazırlayanların və bunu təbliğat materialına çevirənlərin böyük əksəriyyəti məhz xarici amillərdən qidalanan qüvvələrdir. Çünki burada konkret olaraq Nazirlər Kabinetinin müvafiq qərarı nəzərdə tutulur. Qərarda məktəblərdə vahid geyim formasının tətbiqi əks olunur, kimsənin inancı və ya dini müzakirə olunmur, qanunda buna qarşı heç bir məhdudiyyət nəzərdə tutulmur. Bu o deməkdir ki, bu motivlə etiraz edən müəyyən insanlar digər kateqoriyadan olanların da etirazı ilə qarşılaşa bilərlər. Məsələn, bir qrup adam da mini ətəklə məktəbə gəlmək istəyər. Nazirlər Kabinetinin qərarı bunu da qəbuledilməz sayır və hamını bir sinif və məktəb mühitində fərqlənməməyə çağıraraq bu addımı atır”.

O, məktəb və təhsil mühiti haqqında fikirlərini də bölüşüb:

“Məktəb haqqında hər birimiz deyirik — uşaqdan, valideyndən, müəllimdən də soruşsaq, bildirirlər ki, məktəb bizim evimizdir. Əgər hicab insanların kənar təhlükədən qorunması üçün dini tələb kimi anlaşılırsa, xüsusən qadınlar üçün bu tələb qoyulursa, onda söhbət küçədəki təhlükədən gedir. İnsanın öz evində olan təhlükədən söhbət getmir ki! Biz məktəbə əslində elə ev kimi baxmalıyıq. Biz övladımızı kimə əmanət edirik? Müəllimə. Müəllim kimə əmanətdir? Dövlətin himayəsinə və mühafizəsinə. Kimsə gedib məktəbdə müəllimə həqarət edə bilərmi? Bunun hüquqi məsuliyyəti var. Kimsə müəllimi aşağılaya bilərmi? Bəli, istisna epizodlar ola bilər, amma bunun məsuliyyət tərəfi var. Deməli, dövlət həm də müəllimi qoruyur. Əgər məktəbə bir ailə modeli kimi baxılırsa, bu ailədə kimsənin ailə standartlarından kənar, öz istəyi və seçimi üzrə, inanc adı altında addım atması dövlət tərəfindən məqbul sayılmır. Bəzən dövlətin qəbul etdiyi qərarlar cəmiyyətin hamısını tam razı salmaya bilər”.

Fazil Mustafa qeyd edib ki, dövlət birinci növbədə təhlükəsizlik maraqlarından çıxış edir:

“Məsələn, iqtisadiyyatda elə qərarlar qəbul olunur ki, sahibkarların bir qismini razı salmır. Yaxud sərhədlər bağlanarkən bu addım müəyyən insanların maraqlarına uyğun gəlmir. Lakin dövlət məsələyə bu cür yanaşmır. Dövlətin yanaşması, ilk növbədə, təhlükəsizlik maraqlarından irəli gəlir. Dövlət müəyyən təhlükəsizlik amillərini nəzərə alaraq insanların ümumi yaşayışına zərər vura biləcək hallara qarşı tədbirlər görməlidir.

Necə olur ki, dövlət məscid tikir, pirləri və ziyarətgahları təmir edir, hətta bir çox hallarda cəhalət yayan bəzi elementlərə belə tolerant yanaşır, başqalarının, xüsusən də kənardan gələnlərin inanclarına müdaxilə etmir, lakin dövlətə aid sistem daxilində kiminsə öz inancını müstəsna dəyərə çevirərək yaşamasına fərqli yanaşır? Dövlət məsələyə cəmiyyətin digər üzvlərinin ümumi maraqlarını nəzərə alaraq bu kontekstdən yanaşır. Ona görə də bu məsələdə ideoloji çalarlar axtarmaq, siyasi çağırışlar etmək və bunu inanca qarşı atılmış addım kimi qiymətləndirmək, fikrimcə, məsələni məqsədyönlü şəkildə başqa istiqamətə yönəltməkdir”.

Komitə sədri qonşu ölkələrdəki vəziyyətlə Azərbaycandakı durumu müqayisə edib:

“Diqqət etsəniz, qonşu ölkələrdə hicab taxmadığına görə insanları edam edirlər. Bizdə kimsə hicab taxdığına görə haradasa incidilirmi? Küçədə, bayırda belə hallara rast gəlinirmi? Hər birimizin qohumları, yaxınları, ailə üzvləri arasında hicablı şəxslər var. Lakin dövlətə aid məkanlarda belə bir tələb qoyulursa, deməli, dövlətin təhlükəsizlik və təhsildə ümumi davranış qaydalarının fərqləndirilməməsi baxımından narahat olduğu məqamlar var. Bu cür qərarların qəbul edilməsi bir çox hallarda zərurətdən irəli gəlir. Bu baxımdan, zənnimcə, hər kəs öz inancını həmin üç mexanizm çərçivəsində yaşatmağa davam etməlidir və heç kimin buna görə məhdudiyyətlə qarşılaşması nəzərdə tutulmur.

Lakin qeyd etdiyim kimi, ikinci kateqoriyaya aid olan dindarlar başqa ölkələrin keçdiyi yolun yaratdığı sıxıntıları bu ölkəyə daşımaq istəyirlər. Biz İran və Əfqanıstan kimi ölkələrdə baş verənlərə laqeyd yanaşa bilmərik”.

Komitə sədri əlavə edib ki, qadınlara qarşı münasibətin İslam ədalətinə uyğun olduğunu iddia etmək gülüş doğurur:

“Həmin ölkələrdə biz bunu görmürük. Bu ölkədə Azərbaycan qadınının bu formada diskriminasiyaya məruz qalmasına rast gələ bilərsinizmi? Yəni dünyəvi dövlət anlayışının hər bir ölkədə fərqli şərhi ola bilər. Azərbaycanda yanaşma belədir: heç kimin inancına qarşı çıxılmasın, amma dövlətə aid sistem daxilində vətəndaşların bərabərliyinin qorunması təmin olunsun. Bu, eyni zamanda, Azərbaycan məktəbində təhsil almaq istəyən hansısa yəhudiyə və ya xristiana da aiddir. Sabah kimsə xaç taxaraq məktəbə gəlib dərsdə otura bilməz, bu da qadağandır. Yəni demək istədiyim odur ki, bu, yalnız İslama aid məsələ deyil. Bəzən Azərbaycanı İslam dövləti kimi təqdim edənlər tamamilə yanlış mülahizə irəli sürürlər. Azərbaycan dünyəvi dövlətdir, sadəcə, bu ölkədə İslam etiqadına mənsub insanların sayı çoxdur. Bu çoxluq hüququn bütün üstünlüklərindən istifadə etmək mənasına gəlmir”.

Parlamentarinin fikrincə, diqqəti daha çox təhsilin keyfiyyətinin müzakirəsinə yönəltmək lazımdır:

“Bəli, təhsilin keyfiyyətində böyük problemlər var. Hicablı da, hicabsız da bizim övladlarımızdır. Hicabsız müəllimlər də bizim bacılarımız, ölkəmizin vətəndaşlarıdır. Bunların hamısı Vətənimizin dəyərli övladlarıdır. İndi aralarında ideoloji xəstəliyə yoluxmuş 5-10 faiz insan ola bilər, amma böyük əksəriyyət Azərbaycan dövlətini sevən, onun üçün övlad yetişdirən analarımız, bacılarımızdır. Ona görə də biz bu məsələyə ayrı-seçkilik kontekstindən yanaşmamalıyıq. Onların da dəyərini bilməli, hüquqlarının kənardan pozulmasına imkan verməməliyik.

Amma məktəb müstəvisində biz daha çox təhsilin keyfiyyəti, məktəbin gerçək mahiyyətinin anlaşılması, təhsilin və təlimin yüksək səviyyədə təşkili problemlərini həll etməliyik. Ona görə də bu məsələlərdə, məncə, fərqli bir yol izlənərsə, ilk növbədə, bu tezisləri və düşüncələri də kənara qoya bilərik. Məktəbin əsl mahiyyətinə uyğun bir məkana çevrilməsinə bütün cəmiyyət olaraq dəstəyimizi əsirgəməməliyik”.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azpost.info
archiveBu xəbər 12 Oktyabr 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see461

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see395

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see370

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see367

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see325

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see324

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see321

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see317

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see304

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see293

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see288

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see278

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see276

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see267

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see265

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see261

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see260

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri