Icma.az
close
up
RU
Qərb artıq düşünür ki, Ukrayna gələcəkdə NATO və Avropa İttifaqı üçün siyasihərbi yükə çevriləcək

Qərb artıq düşünür ki, Ukrayna gələcəkdə NATO və Avropa İttifaqı üçün siyasihərbi yükə çevriləcək

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdən imtinası müqabilində NATO-ya üzv olmaq ssenarisini nəzərdən keçirə bilər. Lakin ölkəmiz bununla yalnız müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə razılaşa biləcək. Bunu Ukrayna prezidenti Volodimir Zelenski amerikalı podkaster Leks Fridmana müsahibəsində deyib. Zelenski həmçinin əlavə edib ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp da Rusiya enerjisinin bazara daxil olmasının qarşısını almaq üçün Rusiyaya qarşı sanksiyalar tətbiq etməli olacaq.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Bizimyol.info xəbər portalına bildirib ki, hazırda burada yalnız müharibənin davam etməsində Zelenski maraqlı tərəf olsa da, itirdiyi ərazi miqyasında artım olduğunun fərqindədir.

Xəyal Bəşirov

“Atəşkəsin əldə edilməsi masaya oturması məsələsi ilə bağlı, nəzərə alaq ki, hər iki tərəf masaya oturarkən ən azından daha "yaxşı" vəziyyətdə masaya oturmağa üstünlük verəcək. Rusiya mümkün qədər nəzarətində olan əraziləri genişləndirmək yolu ilə masaya oturmağa cəhd göstərəcək ki, onun əli daha güclü olsun və öz sülh şərtlərini diktə etmək imkanına sahib olsun.

Bu proses başladığı gündən bu günə qədər Ukrayna ərazilərinin təxminən 5/1-nin itirilməsi, Ukrayna ordusunun darmadağın olması, hazırkı vəziyyətdə silah-sursat və canlı qüvvə baxımından Ukrayna ordusunun xeyli zəifləməsi, Qərb ölkələrinin kifayət qədər dəstəyi olmasına baxmayaraq, Ukrayna şəhərlərinin Rusiya tərəfindən yerlə-yeksan edilməsi, yaşayış məskənlərinin dağılması, Ukrayna əhalisinin 20 milyona yaxın və bəzi rəqəmləri görə 20 milyondan artıq insanın qaçqın, məcburi köçkün kimi digər ölkələrə qaçması Ukraynanı və onun mövcud rəhbəri Zelenskini qane etmir”-deyə qeyd edən Xəyal Bəşirov qeyd edib ki, Zelenski bu vəziyyətdə masaya oturarsa, gələcəkdə mühakimə olunmaqdan və bu müharibənin niyə başlanması sualına cavab verməkdən çəkinir.

Xəyal Bəşirov hesab edir ki, Ukrayna hazırkı mərhələdə Rusiyanın tutduğu ərazilərdən çıxarılmasına ümidi itsə də, NATO-ya üzvlüklə bağlı hər hansı bir addımın atılmasını özü üçün uğurlu nəticə kimi qəbul edə bilər.

“Gələcəkdə xalqı qarşısında və eyni zamanda tarix qarşısında cavab vermək üçün Zelenski ən azından hazırki mərhələdə real görünə biləcək məsələ kimi NATO-ya və Avropa İttifaqına tamhüquqlu üzv kimi qəbul olunması real görünməsə belə, bu istiqamətdə hər hansı bir addımın atılması, irəliləyişin əldə edilməsi və bunu da ictimaiyyətin diqqətinə çox intensiv formada çatdırılması məsələsini düşünə bilər”-deyən politoloqun fikrincə, Ukraynanın bu vəziyyətdə Avropa İttifaqına və NATO-ya üzv kimi qəbul edilməsi heç Avropa dövlətlərinin də marağında deyil.

“Qərb artıq düşünür ki, Ukrayna NATO-ya güc qatmayacaq, əksinə Avropa üçün siyasi və iqtisadi yük olacaq”-deyə Xəyal Bəşirov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Yanvar 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri