Icma.az
close
up
RU
Qərb Azərbaycandan nə istəyir? Bütün cəhdlər uğursuz alınır RƏY

Qərb Azərbaycandan nə istəyir? Bütün cəhdlər uğursuz alınır RƏY

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qərb hər zaman çalışır ki, ayrı-ayrı ölkələrdə ona loyal siyasi rejimlər formalaşdırsın. Bu, Qərbin uzun illərdən bəri həyata keçirdiyi neokolonializm siyasətidir və yaxud da buna postneokolonializm dövrü də demək olar. Belə ki, artıq Qərb birbaşa hərbi yolla deyil, məhz öz nəzarətində olan insan kütlələri vasitəsilə ölkələrdə nəzarətini təmin edir.

Təsadüfi deyil ki, Qərb hər zaman israrla demokratiyanın əsas göstəricilərindən birinin də vətəndaş cəmiyyəti və vətəndaş cəmiyyətinin əsas komponenti olan qeyri-hökumət təşkilatlarının olmasını önə çəkir. Sözsüz ki, sağlam vətəndaş cəmiyyəti ideyası hər bir ölkənin həm inkişafı, həm də sabitliyi üçün çox əhəmiyyətli rol oynayır. Belə ki, vətəndaş cəmiyyəti ilə dövlət hakimiyyəti arasında konstruktiv dialoq olarkən, dövlət hakimiyyəti də çox səmərəli olur və o öz işini cəmiyyətin gözləntilərinə uyğun qurur. Beləliklə, cəmiyyət və dövlət arasında etibarlı kompromis olur, həm də dövlət məhz cəmiyyət üçün gərəkli olan addımları atmaq imkanına malik olur. Ancaq biz əksər hallarda görürük ki, Qərb vətəndaş cəmiyyətinin əsas elementi olaraq qeyri-hökumət təşkilatlarının inkişafını ayrı-ayrı ölkələrdə məhz öz maraqları naminə istəyir.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu dedi ki, Gürcüstanda 25 mindən artıq Qərbin maliyyəsi ilə fəaliyyət göstərən qeyri-hökumət təşkilatı mövcuddur.

"Ona görə də ABŞ başda olmaqla, Aİ Gürcüstanda “xarici agentlər haqqında qanun”un qəbul olmasını süngü ilə qarşıladı. Çünki bununla Qərbin həmin qeyri-hökumət təşkilatlarını nəzarətdə saxlamaq imkanı məhdudlaşır və bu qeyri-hökumət təşkilatları da Qərbin əlində çox işlək bir təsir alətidir. Gürcüstandakı bugünkü iğtişaşlar da göstərir ki, Qərb məhz həmin qeyri-hökumət təşkilatları vasitəsilə davamlı iğtişaşlar həyata keçirir”.

Həmsöhbətimiz qeyd edir ki, Ermənistanda da Qərb özünə loyal siyasi rejim formalaşdırmağı bacardı və növbəti olaraq Gürcüstanda yenidən belə bir rejim formalaşdırmağa cəhd etdilər. Gürcüstanda parlament seçkilərindən bir neçə ay öncə Qərb siyasi dairələrinin təmsilçiləri açıq mətnlə bildirirdilər ki, Qərb Gürcüstandakı seçkilərə yaxşı hazırlaşmalıdır. Yəni, yaxşı hazırlaşmalıdır deyərkən, hazırkı iğtişaşlar nəzərdə tutulurdu. Deməli, Qərb Gürcüstandakı seçkilərə həqiqətən də hazırlaşıb və bu gün də onun koordinasiyası ilə Gürcüstanda aksiyalar davam etdirilməkdədir.

"Sözsüz ki, Cənubi Qafqaz regionunun aparıcı dövləti olan Azərbaycanda da Qərb öz təsiri altında olan kütlələrin formalaşmasında çox maraqlıdır və ümumiyyətlə, Cənubi Qafqaz kimi strateji bir regionda Qərb özünün mümkün təsir imkanlarını formalaşdırmağa çalışır. ABŞ və Aİ əsasən bunu nəzarət edə biləcəkləri sosial qruplar üzərindən edirlər. Bu gün dünyada ən geniş vüsət almış cərəyanların formalaşdırılması, yaradılması, yayılması və müxtəlif formalarda dəstəklər olmaqla gələcəkdə onları etiraz kütləsi kimi əllərində hazır saxlamağa çalışırlar".

Elşad Mirbəşiroğlu bildirir ki, Azərbaycanda birincisi cəmiyyətin şüuruna, onun davranışlarına təsir edə biləcək kontentlərə diqqət yetirmək lazımdır.

"Azərbaycan xalqının öz milli mental və mədəni dəyərləri mövcuddur. Ancaq Qərb bütün xalqları unifikasiya etməklə, onları rahat, çox enerji sərf etmədən idarə etməyə çalışır. Əsasən də, bunu müxtəlif sosial qrupular, yaxud da insan kütlələri üzərindən etmək daha rahat olur. Ona görə də ABŞ-ın, Aİ-nin Azərbaycanda öz nəzarətləri altında olan insan qruplarının formalaşmasında marağı mövcuddur. Sözsüz ki, bütün bunlar hər bir ölkədə olduğu kimi Azərbaycanda da çox təhlükəlidir. Yəni, bir dövlətin müxtəlif qruplar üzərindən daxili işlərinə qarışmaq cəhdləri sözsüz ki, heç bir halda o dövlət üçün məqbul sayıla bilməz. Belə müdaxilələr yalnız müdaxilənin müəlliflərinin maraqlarına cavab verə bilər.

Bu baxımdan Qərb siyasi dairələri Azərbaycandakı proseslərə hər zaman təsir göstərməyə çalışıblar. Ölkəmizə qarşı sistemli şəkildə siyasi hücumlar təşkil ediblər və ya ayrı-ayrı əsassız ittihamlar üzərindən Azərbaycana təzyiqlər etməyə çalışıblar. Burada məqsəd, Azərbaycanın davranışlarını formalaşdırmaq, onun həyata keçirdiyi siyasətə təsir etməkdən ibarətdir. Bununla bərabər, ölkə daxilində Qərb siyasi dairələrinin maraqlarına uyğun davranacaq, onlara xidmət göstərəcək insan qruplarının, yaxud da V kalonun formalaşdırılması istiqamətində də Qərb hər zaman işlər aparıb və bu sahəni bu gün də o, diqqətindən kənarda qoymur. Bu, Qərbin həm təsirinin, həm də yanaşmasının əsas əlamətindən ibarətdir və bu uzun illərdir müşahidə edilən yanaşma formasıdır. Təbii ki, Azərbaycan öz milli maraqlarına uyğun müstəqil siyasətini bütün cəhdlərə baxmayaraq davam etdirəcək”, - deyə E.Mirbəşiroğlu vurğulayıb.

Aminə Nəzərova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 04 Dekabr 2024 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri