Icma.az
close
up
RU
Qərb bölgəsində forel balığı istehsalına maraq artır

Qərb bölgəsində forel balığı istehsalına maraq artır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tovuz, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Dövlət Proqramında kənd təsərrüfatı məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması, yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi ilə yanaşı, balıqçılıq və akvakultura sahəsində müasir texnologiyaların tətbiqi, təsərrüfatların maliyyə imkanlarının genişləndirilməsi və investisiya layihələrinin dəstəklənməsi ilə bağlı tədbirlər də nəzərdə tutulur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son illər ölkədə balıqçılığın və akvakulturanın inkişafı, balıq ehtiyatlarının qorunması və artırılması, eləcə də sahədə idarəetmənin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılıb.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin yaradılması da bu istiqamətdə həyata keçirilən tədbirlərdəndir.Mərkəzin fəaliyyət istiqamətlərinə ölkədə balıqçılıq və akvakulturanın inkişafının təmin edilməsi, balıq ehtiyatlarının artırılması, balıqçılıq təsərrüfatlarının fəaliyyətinin təkmilləşdirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqi daxildir. Ölkə üzrə balıqçılıq təsərrüfatlarının ilkin uçotunun aparılması və müvafiq şəhadətnamələrin verilməsi də həyata keçirilir. Bu isə təsərrüfatların sistemli uçotunun aparılmasına və sahədə şəffaflığın artırılmasına imkan verir.

Balıqçılıq və akvakultura sektorunun inkişafının stimullaşdırılması məqsədilə növbəti ildən etibarən müvafiq meyarlar əsasında subsidiyaların tətbiqi də nəzərdə tutulur. Gözlənilir ki, bu mexanizm təsərrüfatlarda istehsalın artırılmasına, müasir texnologiyaların tətbiqinə və sahəyə investisiya qoyuluşlarının təşviqinə imkan yaradacaq.

Dövlət səviyyəsində göstərilən diqqət qərb bölgəsində fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarının da inkişaf perspektivlərini genişləndirir. Bölgədə 14 ildir fəaliyyət göstərən və əsasən forel balığı yetişdirən təsərrüfatlardan biri mövcud imkanlardan istifadə edərək istehsalını genişləndirməyə çalışır.

Təsərrüfat rəhbəri Qəzənfər Yusifov bildirib ki, forel balığının yetişdirilməsi üçün ərazidəki su mənbəyinin temperaturu əlverişlidir. Təsərrüfatda istifadə olunan suyun temperaturu təxminən 14 dərəcə təşkil edir. Bu səbəbdən digər balıq növləri ilə müqayisədə forelə üstünlük verilib.

Hazırda təsərrüfatın illik istehsal gücü 20 tona qədərdir. Lakin yay aylarında havanın və suyun temperaturunun yüksəlməsi səbəbindən bu göstəriciyə tam çatmaq mümkün olmayıb.

“İstehlakçıların zövqü bölgələrə görə dəyişir. Bəzi yerlərdə 200–300 qramlıq balıqlara üstünlük verilir. Bizim bölgədə isə daha iri forel balığına tələbat var. Ona görə balıqları əsasən bir kiloqram və daha artıq çəkiyə çatdıraraq satışa çıxarırıq”, – deyə Q.Yusifov bildirib.

Onun sözlərinə görə, təsərrüfata 100 qramlıq çəkidə gətirilən forel balığının bir kiloqrama çatması təxminən 1 il 6 ay vaxt aparır. Balıqlar ölkə daxilində fəaliyyət göstərən iri təsərrüfatlardan alınır, burada böyüdülərək satışa çıxarılır. Forel balığının yemlənməsi də xüsusi yanaşma tələb edir. Təsərrüfatda bu balıq növü üçün xüsusi yemlərdən istifadə olunur. Əsasən Almaniya istehsalı olan “Aller” markalı yemə üstünlük verilir.

Təsərrüfat rəhbərinin sözlərinə görə, suyun keyfiyyəti və təmizliyi qorunduğu, yemləmə düzgün aparıldığı halda əlavə vitamin və preparatlara ehtiyac yaranmır. Forel təmiz və oksigenlə zəngin suya ehtiyacı olan balıq növü olduğundan təsərrüfatın fasiləsiz elektrik enerjisi ilə təmin olunması mühüm əhəmiyyət daşıyır.

“Forel oksigeni sevən, çay şəraitinə uyğunlaşmış balıqdır. Sağlam balıq yetişdirmək üçün suyun daim oksigenlə zəngin olması vacibdir. Buna görə elektrik enerjisindən asılıyıq. Gündüzlər Günəş panellərindən istifadə etsək də, axşam saatlarında əsas yük elektrik şəbəkəsinin üzərinə düşür”, – deyə Q.Yusifov vurğulayıb.

Təsərrüfatda Günəş panellərindən də istifadə olunur. Bununla belə, xüsusilə isti havalarda kondisionerlərin işləməsi elektrik enerjisinə olan tələbatı artırır.

Q.Yusifov bildirib ki, akvakultura sahəsində fəaliyyət göstərən təsərrüfatlar üçün müvafiq şəhadətnamənin alınması vacibdir. O, bu sənədi Kənd Təsərrüfatı Nazirliyinin və yerli aidiyyəti qurumların dəstəyi ilə əldə etdiyini, proses zamanı hər hansı bürokratik əngəllə qarşılaşmadığını qeyd edib.

Təsərrüfatın qarşılaşdığı məsələlərdən biri isə ixtioloq mütəxəssisə çıxış imkanının məhdud olmasıdır. Onun sözlərinə görə, xəstəliklərin vaxtında müəyyənləşdirilməsi və profilaktik tədbirlərin görülməsi baxımından bu sahə üzrə mütəxəssisə ehtiyac var.

Hazırda təsərrüfatda forel balığının bir kiloqramı 14 manata satılır. Məhsul əsasən yerli bazarda realizə olunur. Təsərrüfat rəhbərinin sözlərinə görə, satışla bağlı problem yoxdur və istehlakçılar məhsulu birbaşa təsərrüfatdan alırlar.

Ölkədə balıqçılıq və akvakultura sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər təsərrüfatın gələcək planlarına da təsir edib. Hazırda istehsalın artırılması, təsərrüfatın genişləndirilməsi və əlavə balıq növlərinin yetişdirilməsi nəzərdə tutulur.

Müxbir – Ruslan Novruzoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri